Galaxy Buds3 Pro-da qulaqcıq yastıqlarını necə dəyişməli

Son yeniləmə tarixi : 13-08-2024

Galaxy Buds3 Pro dəstinə üç cüt yastıq qoyulur: kiçik, orta və böyük ölçüdə. 

Galaxy Buds3 Pro-da yastıqları necə dəyişəcəyinizi aşağıda oxuyun.

Galaxy Buds3 Pro-da qulaqcıq yastıqlarını necə dəyişməli

Qulaqcığın yastıqlarını dəyişməzdən əvvəl seçdiyiniz cütün qulaqlarınıza uyğun gəldiyindən və qulaqcıqları düzgün qoyduğunuzdan əmin olun.  

Vacibdir:
  • Qulaqcıqların yastıqlarını dəyişən zaman səliqəli olun və onları dırnaqlarınızla tutmayın, bu, yastıqların zədələnməsinə gətirib çıxara bilər.
  • Yastıqları fırlatmayın və onlara güc tətbiq etməyin.
  • Yastıqları çıxararkən onları sürətlə dartmayın, bu, onların cırılmağına səbəb ola bilər.
  • Əgər taxan zaman yastıq qulaqcığın xarici tərəfindəki boşluqda ilişib qalıbsa, onu çıxarın və təkrar cəhd edin.
  • Qulaqcıqları yastıq olmadan istifadə etməyin - qulaqlarınız travma ala bilər. Əgər qulaqcıqlardan istifadə zamanı qulaqlarınızda ağrı və ya dəri qıcıqlanması hiss edirsinizsə, dərhal istifadəni dayandırın və həkimə müraciət edin.
1 Qulaqcığa bitişik yastığı götürün və çölə çıxarmaq üçün onu digər əlinizlə səliqə ilə dartın.
Galaxy Buds3 Pro-da qulaqcıq yastıqlarını necə dəyişməli
2 Yastığı ayırmaq üçün onu bütövlükdə götürüb dartın.
Ehtiyatlı olun və ona dırnağınızı vurmayın, çünki bu, yastıqların zədələnməsinə gətirib çıxara bilər.
Galaxy Buds3 Pro-da qulaqcıq yastıqlarını necə dəyişməli
3 Sizə uyğun yastığı seçin və qulaqcığın çıxıntılı hissəsini yastığın girintili dinamik tərəfi ilə uyğunlaşdırın. Şıqqıltı səsi gələnə qədər yüngülcə basın.
Galaxy Buds3 Pro-da qulaqcıq yastıqlarını necə dəyişməli
4 Hər iki yastığı taxdıqdan sonra qulaqcıqlardan istifadə etmək olar.

Şərhiniz üçün təşəkkür edirik!