Samsung Galaxy-də silinmiş əlaqə nömrələrini necə bərpa etməli
Samsung Galaxy telefonunuzdan səhvən sildiyiniz əlaqə nömrələrini bərpa edə bilərsiniz.
Silinmiş əlaqə nömrəsi SIM kartda yadda saxlanılmışdısa, onu bərpa etmək mümkün olmayacaq.
Telefonun yaddaşından silinən əlaqə nömrələri müvəqqəti olaraq zibil qutusuna yerləşdirilir.
Silinmiş əlaqə nömrələrinin zibil qutusunda saxlanma müddəti 30 gündür.
Əgər Google-da əlaqə nömrələrinizin ehtiyat surətini yaratmısınızsa, əlaqə nömrələrini oradan bərpa edə bilərsiniz.
Google-da əlaqə nömrələrinin ehtiyat surətini necə yaradacağınız barədə məlumatla aşağıdakı məqalədə tanış ola bilərsiniz:
Və ya brauzerdə açın: contacts.google.com.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.