Samsung Galaxy-də kontaktları SIM kartdan telefona və əksinə necə köçürmək olar
Smartfonda kontaktları cihazın yaddaşında və ya SIM kartda yadda saxlaya bilərsiniz. İstənilən vaxt onları bir məkandan digərinə köçürə və ya kopyalaya bilərsiniz.
Məlumat itkisinin qarşısını almaq və ya onları iki telefon arasında mübadilə etmək lazımdırsa, bu funksiya faydalı ola bilər.
Qeyd:
- İki SIM kartdan istifadə edirsinizsə, kontaktları kartlar arasında da köçürmək olar.
- SIM kartda yalnız kontaktın adı və telefon nömrəsi yadda saxlanıla bilər.
Kontaktların SIM karta köçürülməsi və ya kopyalanması zamanı, qalan əlaqə məlumatları (məsələn, e-poçt ünvanı və s.) yadda saxlanmayacaq.
Kontaktları SIM kartdan telefona və əksinə necə köçürmək olar
Mövcud kontaktları digər yerə köçürmək istəyirsinizsə, telefondakı Android versiyasını yoxlayın və sonra müvafiq təlimatları seçin.
Diqqət edin:
Kontaktlar kopyalanmayacaq, lakin yeni məkana köçürüləcək: əvvəlki yerdə isə yadda saxlanılmayacaq.
Kontaktları kopyalamaq istəyirsinizsə, məqalənin növbəti bölməsinə keçid edin.
Android 14 – 9
Kontaktları SIM kartdan telefonun yaddaşına və ya əksinə köçürmək üçün bu addımları yerinə yetirin:
Android 8-dək
Kontaktları cihazın yaddaşı və SIM kart arasında ötürmək üçün İxrac və ya İdxal funksiyasından istifadə edin. Bunun üçün məqalənin növbəti maddəsinə keçid edin.
Kontaktları SIM kartdan telefona və əksinə necə kopyalamaq olar
- Telefondan SIM karta:
Kontaktları telefondan SIM karta kopyaladıqda onların hər ikisində yadda saxlanılmasını istəyirsinizsə, kontaktların ixrac həyata keçirin:
- SIM kartdan telefona:
Kontaktları SIM kartdan telefona kopyaladıqda onların hər ikisində yadda saxlanılmasını istəyirsinizsə, kontaktların ixdal həyata keçirin:
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.