Samsung Galaxy-də taym-aut (gözləmə vaxtı) necə təyin etmək olar
Taym-aut (gözləmə vaxtı) — bu müddətdən sonra smartfonun ekranı sönür. Müddəti tənzimləmək üçün bu təlimatlara əməl edin.
- Ekranın gözləmə vaxtı 15 saniyədən 30 dəqiqəyədək ola bilər, bu smartfonun modelindən asılıdır.
- Ekranın daimi açıq qalması mümkün deyil.
- Bloklama ekranının işıqlandırma vaxtını tənzimləmək mümkün deyil.
Ekranın gözləmə vaxtını necə təyin etmək olar
Qeyd:
- Bölmələr aktiv deyilsə (boz rəngdə), smartfonun enerji səviyyəsini yoxlayın. Batareyada enerji səviyyəsi aşağı olduqda (5-15%), tənzimləmə funksiyası mövcud olmaya bilər.
- Bəzi tətbiqlər (oyunlar, YouTube və s.) ekranın sönmə vaxtına təsir edə bilər. Məsələn, bir video və ya oyun işə salınıbsa, "İşə salma" (Power) düyməsini basanadək ekran sönməyəcək.
Gözləmə vaxtı hər dəfə 30 saniyə kimi müəyyən edildikdə nə etməli
Android 9 və ya 10 Smartfonu istifadə edirsinizsə və ekranın gözləmə vaxtı avtomatik olaraq 30 saniyə kimi müəyyən edilirsə, tənzimləmələrin optimallaşdırılmasını deaktiv etmək lazımdır.
Android 10 üçün: Yuxarı sağ küncdəki üç nöqtə üzərinə vurun, "Əlavə" seçin.
Optimallaşdırmanın deaktiv edilməsi kömək etmirsə və ya smartfonda Android-in fərqli versiyası quraşdırılıbsa, bu tövsiyələrə əməl edin:
Mövcud yeniləmələr varsa, onları quraşdırın. Yeniləmələr smartfonun proqram təminatında yaranan səhvlərlə bağlı problemləri aradan qaldıra bilər.
Bəzi endirilmiş tətbiqlər tənzimləmələri dəyişə və cihazın normal işinə mane ola bilər. Təhlükəsiz rejimdə yalnız sistem tətbiqləri işləyir. Bütün quraşdırılmış kənar tətbiqlər qeyri-aktivdir.
Təhlükəsiz rejimdə ekranın gözləmə müddəti normal işləyirsə, problem quraşdırılmış tətbiqlərdən biri ilə bağlıdır.
Tənzimləmələrin sıfırlanması cihazınızdan bütün verilənlərin silinməsinə gətirib çıxaracaq.
Biz, sıfırlanmanı həyata keçirməzdən öncə bütün əhəmiyyətli verilənlərin ehtiyat surətini yaratmağınızı israrla tövsiyə edirik.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.