Samsung Galaxy-də barmaq izini necə təyin etmək olar

Son yeniləmə tarixi : 16-12-2024

Barmaq izi mobil cihazda şəxsiyyətin yoxlanması üçün sürətli və rahat üsuldur. Barmaq izi skaneri ilə təchiz edilmiş Samsung Galaxy smartfonlarında siz onları telefonun kilidinin açılması və ayrı- ayrı tətbiqlərə və servislərə keçid üçün istifadə edə bilərsiniz.

Qeyd:

  • Barmaq izi skanerinin mövcudluğu smartfonun modelindən asılıdır. Sizin modelinizdə sensorun mövcudluğunu və yerləşdiyi istifadəçi təlimatında yoxlamaq olar.
Samsung Galaxy-də barmaq izini necə təyin etmək olar

Smartfonunuza barmaq izi əlavə etmək üçün cihazınızda quraşdırılmış Android versiyasını dəqiqləşdirin və müvafiq təlimatlardakı tövsiyələrə riayət edin.

1-ci addım Tənzimləmələri açın və Təhlükəsizlik və məxfilik bölməsinə keçin. 1-ci addım Tənzimləmələri açın və Təhlükəsizlik və məxfilik bölməsinə keçin.

1-ci addım. Tənzimləmələri açın və Təhlükəsizlik və məxfilik bölməsinə keçin.

2-ci addım Biometrik verilənlər bəndinə basın. 2-ci addım Biometrik verilənlər bəndinə basın.

2-ci addım. Biometrik verilənlər bəndinə basın.

3-cü addım Barmaq izi bəndinə daxil olun və telefonunuzda qoyulmuş şifrəni daxil edin. 3-cü addım Barmaq izi bəndinə daxil olun və telefonunuzda qoyulmuş şifrəni daxil edin.

3-cü addım. Barmaq izi bəndinə daxil olun və telefonunuzda qoyulmuş şifrəni daxil edin.

4-cü addım Davam et düyməsinə basın. 4-cü addım Davam et düyməsinə basın.

4-cü addım. Davam et düyməsinə basın.

5-ci addım Qeydə al düyməsinə basın. 5-ci addım Qeydə al düyməsinə basın.

5-cü addım. Qeydə al düyməsinə basın.

Barmağınızı barmaq izi skanerinin üzərində yerləşdirin və, ekranda göstərilən təlimatları yerinə yetirərək, onu yavaş-yavaş hərəkət etdirin. Barmaq izi qeydə alındıqdan sonra onu yaddaşda saxlamaq üçün Tamamla düyməsinə basın. Daha bir barmaq izi əlavə etmək istəyirsinizsə, Əlavə et düyməsinə basın.

Samsung Galaxy-də barmaq izini necə təyin etmək olar

Qeyd:

Barmaq izi skaneri smartfonunuzun qabaq, arxa və ya yan hissəsində yerləşə bilər. Ekranda göstərilən təlimatlara riayət edin.

1-ci addım. Tənzimləmələri açın və Biometriya və təhlükəsizlik bölməsinə keçin.

2-ci addım. Barmaq izi bəndinə daxil olun və telefonunuzda qoyulmuş şifrəni daxil edin.
Smartfonda qoruyucu ekran kilidi aktiv edilməyibsə, PIN kodu, şifrəni və ya qrafik açarı daxil etmək tələb olunacaq.

3-cü addım. Davam et düyməsinə basın.

4-cü addım. Ekrandakı göstərişlərə riayət edin.

Barmağınızı barmaq izi skanerinin üzərində yerləşdirin və onu yavaş-yavaş hərəkət etdirin.

Barmaq izi qeydə alındıqdan sonra onu yaddaşda saxlamaq üçün Tamamla düyməsinə basın. Daha bir barmaq izi əlavə etmək istəyirsinizsə, Əlavə et düyməsinə basın.

Qeyd:

Barmaq izi skaneri smartfonunuzun qabaq, arxa və ya yan hissəsində yerləşə bilər. Ekranda göstərilən təlimatlara riayət edin

Şərhiniz üçün təşəkkür edirik!