Samsung Galaxy-də bloklama ekranda bildirişləri necə tənzimləmək olar

Son yeniləmə tarixi : 17-12-2024

Samsung Galaxy cihazında bildirişlərin bloklama ekranında necə əks olunmasını seçə bilərsiniz.

Məsələn, telefon bloklanmış olduqda belə daxil olan mesajları görmək üçün məzmunun əks olunması funksiyasını aktiv edə bilərsiniz. Və əksinə - bildirişlərin mətnini gizlədə və ya tamamilə deaktiv edə bilərsiniz.

Bloklama ekranında bildirişlərin necə idarə olunması barədə ətraflı məlumatlar üçün aşağıdakı məqalə ilə tanış olun.

Tənzimləmə üsulları proqram təminatının versiyasından asılı olaraq dəyişir. Cihazınızda hansı Android versiyasının quraşdırıldığını yoxlayın, bundan sonralazımi təlimatdan istifadə edin. 

Bloklama ekranında bildirişlərin əks olunmasını tənzimləmək üçün aşağıdakı addımları yerinə yetirin:

1-ci addım. Tənzimləmələri açın və Bloklama ekranı bölməsinə keçin.

2-ci addım. Bloklama ekranı bölməsi üzərinə vurun.

3-cü addım. Bildirişlər bölməsinə keçin.

4-cü  addım. Bloklama ekranında müvafiq bildirişlər növünü seçin.

Üç variantdan birini seçə bilərsiniz:

  • "Yoxdur” – bildirişlər bloklama ekranında göstərilməyəcək;
  • Yalnız işarə” – yalnız bildirişin gəldiyi tətbiqin işarəsi görünəcək;;
  • “Məlumatlar” – qısa xülasə əks olunacaq: tətbiqin işarəsi, bildirişin mətni və qəbul vaxtı.

"Məlumatlar" opsiyası üçün həmçinin şəffaflıq tənzimləmələri mövcuddur:

  1. Aşağı şəffaflıq: Bildirişlər kontrastlı fonda göstəriləcək..
    Aktivləşdirmək üçün düyməni sola çəkin.
  2. Yüksək şəffaflıq: bildirişlər fonsuz göstəriləcək.
    Aktivləşdirmək üçün düyməni sağa çəkin.

Bildirişlər və mesajların mətninin bloklanmış ekranda görünməməsi üçün "Məzmunu gizlət" funksiyasını aktivləşdirin - bunun üçün aşağıdakı addımları yerinə yetirin:

Samsung Galaxy-də bloklama ekranda bildirişləri necə tənzimləmək olar? Samsung Galaxy-də bloklama ekranda bildirişləri necə tənzimləmək olar?

1-ci addım. Tənzimləmələri açın və Bildirişlər bölməsinə keçin.

2-ci addım. Bloklama ekranını açın.

Samsung Galaxy-də bloklama ekranda bildirişləri necə tənzimləmək olar? Samsung Galaxy-də bloklama ekranda bildirişləri necə tənzimləmək olar?

3-cü addım. "Məzmunu gizlət" üzərinə vurun.

Hazırdır. İndi mesajlar və digər bildirişlərin mətni bloklanmış ekranda görünməyəcək.

Bloklama ekranında bildirişlərin əks olunmasını tənzimləmək üçün aşağıdakı addımları yerinə yetirin:

1-ci addım. Tənzimləmələri açın və Bloklama ekranı bölməsinə keçin.

2-ci addım. "Bildirişlər" üzərinə vurun.

3-cü addım. Bloklama ekranında müvafiq bildirişlər növünü seçin.

Üç variantdan birini seçə bilərsiniz:

  • Deaktiv” – bildirişlər bloklama ekranında göstərilməyəcək; Bunu etmək üçün ekranın yuxarı hissəsindəki düyməni sola çəkin;
  • “Yalnız işarələr” – yalnız bildirişin gəldiyi tətbiqin işarəsi görünəcək;
  • “Məlumatlar” – bildirişlər üçün qısa xülasə əks olunacaq: tətbiqin adı, bildirişin mətni və qəbul vaxtı.

Bildirişlər və mesajların mətninin bloklanmış ekranda görünməməsi üçün "Məzmunu gizlət" funksiyasını aktivləşdirin - bunun üçün düyməni sağ tərəfə çəkin.

"Məlumatlar" opsiyası üçün həmçinin şəffaflıq tənzimləmələri mövcuddur:

  1. Aşağı şəffaflıq: Bildirişlər kontrastlı fonda göstəriləcək..
    Aktivləşdirmək üçün düyməni sola çəkin.
  2. Yüksək şəffaflıq: bildirişlər fonsuz göstəriləcək.
    Aktivləşdirmək üçün düyməni sağa çəkin..

Bloklama ekranında bildirişlərin əks olunmasını tənzimləmək üçün aşağıdakı addımları yerinə yetirin:

1-ci addım. Tənzimləmələri açın və Bildirişlər bölməsinə keçin.

2-ci addım. "Bildirişlər" üzərinə vurun.

3-cü addım. Bloklama ekranında müvafiq bildirişlər növünü seçin.

Üç variantdan birini seçə bilərsiniz:

  • “Deaktiv” – bildirişlər bloklama ekranında göstərilməyəcək; Bunu etmək üçün ekranın yuxarı hissəsindəki düyməni sola çəkin;
  • “Yalnız işarələr” – yalnız bildirişin gəldiyi tətbiqin işarəsi görünəcək;
  • “Məlumatlar” – bildirişlər üçün qısa xülasə əks olunacaq: tətbiqin adı, bildirişin mətni və qəbul vaxtı.

Bildirişlər və mesajların mətninin bloklanmış ekranda görünməməsi üçün "Məzmunu gizlət" funksiyasını aktivləşdirin - bunun üçün düyməni sağ tərəfə çəkin.

"Məlumatlar" opsiyası üçün həmçinin şəffaflıq tənzimləmələri mövcuddur:

  1. Aşağı şəffaflıq: Bildirişlər kontrastlı fonda göstəriləcək..
    Aktivləşdirmək üçün düyməni sola çəkin.
  2. Yüksək şəffaflıq: bildirişlər fonsuz göstəriləcək. 
    Aktivləşdirmək üçün düyməni sağa çəkin.

Şərhiniz üçün təşəkkür edirik!