Samsung Galaxy-də «Texniki xidmət rejimi» necə istifadə etməli

Son yeniləmə tarixi : 01-08-2024

Samsung Galaxy-ni servis mərkəzinə verməzdən öncə, cihazı «Texniki xidmət rejimi» keçirməyinizi tövsiyə edirik.

«Texniki xidmət rejimi» — cihazdakı şəxsi verilənlərinizin və məlumatlarınızın qorunması üçün nəzərdə tutulan xüsusi rejimdir.

Texniki xidmət rejimində, diaqnostika və təmirdən öncə, servis mərkəzinin mütəxəssis cihazda müvəqqəti servis hesabı açır. Bu hesabla cihaz sahibinin şəxsi məlumatlarına və tətbiqlərinə keçid mövcud verilmir. Qulluq başa çatdıqdan sonra «Texniki xidmət rejimi» istifadə edildiyi zaman açılmış servis hesabının bütün verilənləri silinir.

Qeyd:

Verilənlərinizin qorunub saxlanması məqsədilə, cihazınızı təmirə göndərməzdən öncə, həmişə verilənlərin ehtiyat surətini yaratmağı tövsiyə edirik.

«Texniki xidmət rejimi» Samsung Galaxy cihazınızda istənilən məxfi məlumatlara keçidi məhdudlaşdırır ki, onlara üçüncü şəxslərin keçidinin qarşısı alınmış olsun.

Cihazınızda «Texniki xidmət rejimi» aktiv olduqda:

  • Foto, video və digər fayllara keçid mövcud olmur;
  • Kontaktlarınızın və telefon zənglərinizin siyahısına keçid mövcud olmur;
  • İsmarışlara keçid mövcud olmur;
  • Yalnız əvvəlcədən quraşdırılmış tətbiqlər işləyir. Həmin tətbiqlərdə istənilən hesablara keçid əldə etmək üçün login və parolu daxil etmək lazımdır.

Qeyd:

Texniki xidmət rejiminə keçmək üçün cihazda kifayət qədər yaddaş olmalı, habelə, ekran kilidi aktiv olmalıdır:

  • Daimi yaddaş həcmi 64 Gb və daha az olan cihazlar üçün 1.5 Gb yaddaş boş olmalıdır.
  • Daimi yaddaşı 128 Gb və daha çox olan cihazlar üçün 500 Mb yaddaş boş olmalıdır.

Boş yaddaş daha az olarsa, Texniki xidmət rejimi işə düşməyəcək.

Samsung Galaxy-də «Texniki xidmət rejimi» aktiv etmək üçün aşağıdakı göstərişlərə riayət edin:

Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin. Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Addım 1Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Qulluq rejimini açın. Qulluq rejimini açın.

Addım 2. Texniki xidmət rejimi açın.

Aktiv et düyməsinə basın. Aktiv et düyməsinə basın.

Addım 3Aktiv et düyməsinə basın.

Qulluq rejiminə keçərkən sizə sistem jurnalı yaratmaq imkanı veriləcək. Qulluq rejiminə keçərkən sizə sistem jurnalı yaratmaq imkanı veriləcək.

Addım 4. Texniki xidmət rejiminə keçərkən sizə sistem jurnalı yaratmaq imkanı veriləcək.

Bu jurnalda tətbiqlərin yaxınlarda istifadəsi və sistem xətaları ilə bağlı cihazınızın təmiri zamanı yardım göstərə biləcək məlumatlar olacaq.

Təkrar işə sal düyməsinə basın. Təkrar işə sal düyməsinə basın.

Addım 5. Təkrar işə sal düyməsinə basın.

Qeyd: 

Jurnalın yaradılmasını deaktiv etməyin. Jurnalda xəta təsbit ediləcək və bu, nasazlığın səbəbini daha tez müəyyən etməyə kömək edəcək.

«Texniki xidmət rejimi» deaktiv edildikdə, nə baş verəcək:

  • Rejim aktiv ikən edilmiş bütün dəyişikliklər ləğv ediləcək;
  • Texniki xidmət rejimi istifadə edilərkən görülmüş tədbirlər haqqında məlumat yaddaşda saxlanmır. Bu, faylların yüklənməsinə, tətbiqlərin quraşdırılmasına və ya tənzimləmələrdə dəyişikliklərin edilməsinə aiddir.


Samsung Galaxy-də «Texniki xidmət rejimini» deaktiv etmək üçün aşağıdakı göstərişlərə riayət edin:

Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin. Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Addım 1. Tənzimləmələri açın və Cihaza qulluq əlavəsinə keçin.

Qulluq rejimini açın. Qulluq rejimini açın.

Addım 2. Texniki xidmət rejimini açın.

Çıx düyməsinə basın. Çıx düyməsinə basın.

Addım 3. Çıx düyməsinə basın.

Təkrar işə sal düyməsinə basın. Təkrar işə sal düyməsinə basın.

Addım 4. Təkrar işə sal düyməsinə basın.

Qeyd:

«Texniki xidmət rejimindən» çıxmaq üçün istifadə etdiyiniz şifrələmə kodunu (pin kod, barmaq izi, parol və ya qrafik açar) daxil etmək lazımdır. 

«Texniki xidmət rejimi» Android 13 (One UI 5.0) versiyasından başlayaraq Samsung Galaxy smartfonlarında və planşetlərində dəstəklənir.

Cihazınızda cari Android versiyasını öyrənmək üçün aşağıdakı məqalədən istifadə edin: «Samsung Galaxy smartfonunda və ya planşetində Android versiyasını necə öyrənmək olar»

Qeyd:

Texniki xidmət rejimi bütün modellərdə dəstəklənmir. Rejimin mövcudluğu modeldən, regiondan və proqram təminatının versiyasından asılıdır.

Şərhiniz üçün təşəkkür edirik!