Samsung Galaxy Watch-da Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyini necə istifadə etmək olar

Son yeniləmə tarixi : 13-09-2024

Samsung Health Monitor tətbiqindəki Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi yuxu sağlamlığınızı qiymətləndirməyə kömək etmək üçün əlavə edilmiş bir xüsusiyyətdir. Bu özəllik orta və ağır dərəcədə tənəffüs yollarının bağlanması ilə müşayiət olunan yuxu pozğunluğunu izləyir. Hal-hazırda Galaxy Watch7 tərəfindən dəstəklənir, lakin gələcəkdə Galaxy Watch4 və daha yeni modelləri də dəstəkləyəcək (Galaxy Fit istisna olmaqla). Aşağıdakı addımları izləyərək Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyini necə aktivləşdirəcəyinizi və istifadə edəcəyinizi öyrənin.

Arxa planda yatan şəxs və ön planda yuxu monitorinqi özəlliyinin loqosu olan Galaxy Watch.

Dəstəklənən modellər: Galaxy Watch Ultra, Galaxy Watch7

  • Dəstəklənən modellər gələcəkdə dəyişdirilə bilər.

Qeydlər:

  • Hamiləlik dövründə və ya qrip, astma, allergiya və ya digər səbəblərdən nəfəs almaqda müvəqqəti çətinlik çəkirsinizsə, bu özəlliyi istifadə etməyin, çünki nəticələr dəqiq olmaya bilər.
  • Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi bütün ölkələrdə mövcud olmaya bilər.
  • Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi Wear OS 5.0 və ya daha yeni versiyasını işlədən Galaxy Watch və Android OS 9.0 və ya daha yeni versiyalı telefonla bağlantılı cihaz tələb edir.

Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyini işə salmazdan əvvəl bunu etməmisinizsə, yerinə yetirməli olduğunuz bir neçə mərhələ var.

1. Samsung Health Monitor tətbiqini Galaxy Watch-unuza quraşdırın.
2. Galaxy Watch-unuz ilə Galaxy mobil cihazınız arasında bağlantı qurun.
3. Galaxy Watch-unuzu mobil cihazınızdakı Galaxy Wearable tətbiqinə qoşun.
4. Ən son proqram təminatından istifadə etdiyinizə əmin olun.

Bu əməliyyatlar tamamlandıqdan sonra siz Galaxy Watch və ya Galaxy mobil cihazınızdan istifadə edərək Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyini aktiv edə bilərsiniz.

Galaxy Watch

Samsung Health Monitor əsas ekranı. Samsung Health Monitor əsas ekranı.

Addım 1. Galaxy Watch-unuzda Samsung Health Monitor tətbiqini açın > Yuxu pozğunluğu-nu seçin.

Yuxu pozğunluğu özəlliyi haqqında məlumat. Yuxu pozğunluğu özəlliyi haqqında məlumat.

Addım 2. Təhlükəsizlik tədbirlərini oxuyun > Yuxarı sürüşdürün və Davam et-ini seçin.

Yuxu pozğunluğu özəlliyini aktivləşdirmək üçün açıq vəziyyətinə keçid edin. Yuxu pozğunluğu özəlliyini aktivləşdirmək üçün açıq vəziyyətinə keçid edin.

Addım 3. Yuxu pozğunluğu özəlliyini aktivləşdirmək üçün açıq vəziyyət-in üzərinə klikləyin > Yuxarı sürüşdürün və OK-un üzərinə klikləyin.

Özəlliyin aktiv edildiyi barədə bildiriş. Özəlliyin aktiv edildiyi barədə bildiriş.

Addım 4. Yuxu pozğunluğu özəlliyi istifadə üçün hazırdır.

Galaxy telefonu

Samsung Health Monitor Yuxu pozğunluğu bölməsi. Samsung Health Monitor Yuxu pozğunluğu bölməsi.

Addım 1. Galaxy mobil cihazınızda Galaxy Health Monitor tətbiqinə keçid edin və açın > Yuxu pozğunluğu bölməsini seçin > Yuxu pozğunluğu özəlliyi üçün açıq vəziyyətin üzərinə klikləyin.

Təhlükəsizlik tədbirlərinin sadalandığı açılmış pəncərə. Təhlükəsizlik tədbirlərinin sadalandığı açılmış pəncərə.

Addım 2. Açılan pəncərədə sadalanan təhlükəsizlik tədbirlərini oxuyun > Davam et-ini seçin.

Yuxu pozğunluğu özəlliyindən istifadə edərkən Galaxy Watch-unuz ilə yatmaq üçün təlimatlar. Yuxu pozğunluğu özəlliyindən istifadə edərkən Galaxy Watch-unuz ilə yatmaq üçün təlimatlar.

Addım 3. Ekrandakı təlimatları oxuyun > Davam ed-inin üzərinə klikləyin.

Özəlliyin aktiv edildiyi barədə bildiriş. Özəlliyin aktiv edildiyi barədə bildiriş.

Addım 4. Özəllik istifadəyə hazırdır > Açılan pəncərədə OK-un üzərinə klikləyin.

Galaxy Watch-unuzla yatın

Addım 1. Galaxy Watch-unuzu biləyinizə rahat yerləşdirdiyinizə və bilək sümüyünüzdən uzaqda olduğuna əmin olun.
Addım 2. Saatı 10 gün ərzində iki gecə (hər gecə minimum 4 saat) taxın.

* Qaçılması lazım olan maddələr:

  • Həddindən artıq alkoqol istehlakı
  • Həddindən artıq kofein istehlakı
  • Yuxu gətirən dərmanlar (təyin edilmiş dərmanları dayandırmazdan əvvəl həkiminizlə danışın)
  • Həddindən artıq siqaret çəkmək

Qeyd: İki gecəlik ölçmədən sonra özəllik avtomatik olaraq sönəcək.

Yuxu pozğunluğu riskinin aşkarlanması nəticələrini yoxlayın

Addım 1. Galaxy Watch-unuzda ekranda göstərilən məlumatı oxuyun > Telefonda göstər-in üzərinə klikləyin.
Addım 2. Galaxy mobil cihazınızda ekranda göstərilən məlumatları nəzərdən keçirin.

Qeydlər:

  • Əgər sizə yuxu pozğunluğu diaqnozu qoyulubsa, bu özəllikdən istifadəni dayandırın. Bu özəllik yalnız ilkin diaqnoz vasitəsidir və müalicənizin təsirli olub-olmadığını dəqiq göstərməyəcək.
  • İstifadəçinin ürək, ağciyər və ya nevroloji xəstəliklər daxil olmaqla, digər tibbi halları varsa, nəticələr qeyri-dəqiq ola bilər.

S. Yuxu pozğunluğu olan insanlar Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyindən istifadə edə bilərmi?

C. Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi yuxu pozğunluğu diaqnozu qoyulmamış 22 və daha yuxarı yaşlı istifadəçilər üçün nəzərdə tutulub. O, istifadəçilərin yuxu sağlamlığını idarə etməyə başlaya bilməsi üçün orta və ağır dərəcədə tənəffüs yollarının bağlanması kimi yuxu pozğunluğu əlamətlərini erkən aşkar etməyə kömək etmək üçün nəzərdə tutulub. O, yuxu pozğunluğunun müalicəsi, simptomlarının müşahidəsi, izlənilməsi və ya monitorinqi üçün nəzərdə tutulmayıb.

 

S. Nə üçün Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi iki gün ərzində istifadə edilməlidir?

C. Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi daha dəqiq ölçmə üçün müəyyən miqdarda yuxu məlumatı tələb edir. Yuxu pozğunluğu analizinin nəticələri saatınızı taxaraq ən azı iki gecə yatdıqdan sonra görünəcək.

 

S. Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi davamlı olaraq açıq qala bilərmi?

C. Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyi ölçmə tamamlandıqdan sonra avtomatik olaraq sönür. Bu özəllik izləmə və ya monitorinq məqsədləri üçün nəzərdə tutulmayıb və ondan tez-tez istifadə daha dəqiq nəticələr verməyəcək.

 

S. Yuxu pozğunluğu riskinin aşkarlanması özəlliyini istifadə edərkən kifayət qədər məlumat olmadığını bildirir. Nə etməliyəm?

C. Siz yatarkən saatın kifayət qədər məlumat topladığından əmin olmaq üçün biləyinizə rahat yerləşdirdiyinizə və bilək sümüyünüzdən uzaqda olduğuna əmin olun. Ətraflı məlumat üçün Samsung Health Monitor mobil tətbiqinə > Yuxu pozğunluğu bölməsinə > Yatmazdan əvvəl təhlükəsizlik tədbirləri

-nə keçid edin.

Şərhiniz üçün təşəkkür edirik!