Samsung Galaxy cihazım sınıb və ya ekranda çat əmələ gəlib

Son yeniləmə tarixi : 03-02-2025

Cihazınız təsadüfən əlinizdən düşüb? Cihaza təsadüfi fiziki təsir cihazın ekranında və ya arxa qapağında (arxa şüşəsində) çatların əmələ gəlməsi kimi zədələrin yaranmasına gətirib çıxara bilər. Zədələrin müxtəlif növləri və intensivliyi fərqli-fərqli problemlərin yaranmasına səbəb ola bilər. Zədənin aradan qaldırılması üçün ən yaxın Samsung servis mərkəzinə müraciət edin.

Mümkün ekran zədələri

 

Ekranın çatlaması

Cihaza birbaşa fiziki güc tətbiq edildiyi halda, cihazın displeyinin şüşə ekranı sına və ya çatlaya bilər. Siz, telefon qabları və ya qoruyucu şüşə sayəsində zərəri müəyyən dərəcədə minimuma endirə bilərsiniz, lakin cihazın zədəsi varsa, mümkün qədər qısa bir zamanda təmir üçün servisə mərkəzinə müraciət edin.

Galaxy cihazının ekranı çatladı

 

Ekranda qara ləkə

 

Ekranda mürəkkəb ləkəsinə oxşayan qara ləkə displeylərdə ekranın şüşəsi zədələnmədiyi, lakin onun daxili hissəsi uzunmüddətli fasiləsiz təzyiq səbəbi ilə zədələndiyi halda, əmələ gələ bilər.

Galaxy cihazının ekranında qara ləkə

 

Piksellərin axması

 

Piksellər, adətən, cihazınıza birbaşa zərbə endirildiyi halda, axır. Bu, piksel sətirlərində və ya sütunlarında qara və ya rəngli xətlərin əmələ gəlməsinə gətirib çıxara bilər.

Galaxy cihazlarında piksel sızması

 

Ekranın tam dəyişdirilməsi

 

Bu üsul bütün ekranın dəyişdirilməsini əhatə edir. Tam ekran dəyişdirmə, Samsung Electronics xidmət mərkəzinin texniki mütəxəssisi ekranın tam dəyişdirilməsinə ehtiyac olduğunu təsdiqlədikdən sonra həyata keçirilir.

 

Təmir xərcləri cihazın zəmanətindən, sığortasından və modelindən və çərçivənin zədələnməsindən asılıdır. Çərçivə bütövdürsə, ekranı çərçivəsiz dəyişdirmək mümkündür (UB-Təmir), belə bir əvəzetmə ekran dəstini dəyişdirməkdən daha sərfəlidir*

 

Cihaz modelinizin ekranının dəyişdirilməsinin təxmini qiymətini Samsung Electronics müştəri dəstək saytından əvvəlcədən öyrənə bilərsiniz.

 

* Modeldən asılı olaraq 30% - ə qədər fayda.

Korpusun arxa qapağının (arxa şüşəsinin) mümkün zədələri

Arxa şüşə dedikdə, cihazın arxa qapağının şüşə korpusu nəzərdə tutulur. Fiziki təsir və ya düşmə nəticəsində arxa qapaq zədələndiyi zaman onu Samsung Electronics servis mərkəzində dəyişdirmək olar. Təmirin dəyəri və üsulu daxili zədələrin mövcudluğundan asılı ola bilər, çünki daxili zədələr də, korpusun xarici arxa qapağının dəyişdirilməsindən əlavə, diqqət tələb edə bilər. Qiymətlər haqqında ətraflı məlumatları Samsung Electronics servis mərkəzində əldə edə bilərsiniz.

Galaxy cihazının arxa şüşəsinin zədələnməsi

Qeyd.
Ekran görüntüləri və cihazın menyusu cihazın modelindən və proqram təminatının versiyasından asılı fərqlənə bilər.

Şərhiniz üçün təşəkkür edirik!