Samsung Galaxy-də video çəkərkən ekranda titrəmə və ya tünd zolaqlar əmələ gəlsə, nə etməli

Son yeniləmə tarixi : 17-12-2024

Samsung Galaxy kamerasından istifadə edərkən bəzən ekranda titrəmə baş verə, videoroliklərin çəkilməsi və oxunması zamanı isə tünd zolaqlar əmələ gələ bilər. Bunun necə bir hal olduğu və necə aradan qaldırılması barədə aşağıdakı məqalədə oxuyun.

Samsung Galaxy-də video çəkərkən ekranda titrəmə və ya tünd zolaqlar əmələ gəlsə, nə etməli

Süni işıq mənbəyi (məsələn, flüoresan və ya lüminesent lapmalar) olan məkanda kameradan istifadə etsəniz, bu halla qarşılaşa bilərsiniz.

Belə lampalar xüsusi konstruksiyası ilə əlaqədar olaraq, zəif seçilən işartıya malikdir. İnsan gözü onu seçmir, amma o, bir saniyədə çox sayda kadrların olduğu video çəkiliş zamanı görünür:

  • Super sabit fövqəl stabilləşdirmə rejimi;
  • yavaşıdılmış və ya olduqca yavaşıdılmış çəkiliş rejimi;
  • 1/125 və daha yüksək tezlikli kadrlar zamanı "Peşəkar video" rejimi.

Əgər titrəmə bu rejimlərin birində çəkiliş zamanı üzə çıxsa, cihazınızla bağlı hər şey qaydasındadır, bu, qısa ekspozisiyalı çəkiliş zamanı kameranın normal işidir.

Videonu qeydə alarkən titrəməni aradan qaldırmaq üçün təbii işıq mənbəyi ilə yaxşı işıqlandırılan yerdə çəkiliş aparın, ya da aşağıdakı tövsiyələri yerinə yetirin.

Videoçəkiliş zamanı titrəməni necə aradan qaldırmalı

Süni işıqlandırılan məkanda videoçəkiliş zamanı zolaqlar əmələ gəlməsin deyə aşağıdakı hərəkətləri icra edin:

Super sabit rejimini söndürün

Kamera tətbiqini açın. Kamera tətbiqini açın.

1-ci addım Kamera tətbiqini açın.

Video bəndini seçin. Video bəndini seçin.

2-ci addım Video bəndini seçin.

Super sabit işarəsi sarı rəngdə yanırsa, onun üzərinə toxunun. Super sabit işarəsi sarı rəngdə yanırsa, onun üzərinə toxunun.

3-cü addım Super sabit işarəsi sarı rəngdə yanırsa, onun üzərinə toxunun.
Əgər işarə ağ rəngdədirsə, deməli funksiya söndürülüb.

Süni işıq mənbəyi ilə pis işıqlandırılan yerdə yavaşıdılmış və olduqca yavaşıdılmış rejimlərdən istifadə etməyin.

"Peşəkar video" rejimində daha qısa ekspozisiya təyin edin.

"Peşəkar video" rejimini aktivləşdirməkdən ötrü aşağıdakı hərəkətləri yerinə yetirin:

Kamera tətbiqini açın. Kamera tətbiqini açın.

1-ci addım Kamera tətbiqini açın.

"Daha çox" menyusu açılana qədər ekranı sağdan sola doğru sürüşdürün. "Daha çox" menyusu açılana qədər ekranı sağdan sola doğru sürüşdürün.

2-ci addım Daha çox menyusu açılana qədər ekranı sağdan sola doğru sürüşdürün.

Peşəkar video işarəsinə toxunun. Peşəkar video işarəsinə toxunun.

3-cü addım Peşəkar video işarəsinə toxunun.

Ekspozisiyanın tənzimlənməsi üçün Speed işarəsinə basın və zəruri qiyməti təyin etmək üçün sürüngəci hərəkət etdirin.

Videoçəkiliş zamanı titrəməni necə aradan qaldırmalı

Titrəmə 1/90 və daha çox qiymətdə kəsiləcək.

Videoçəkiliş zamanı titrəməni necə aradan qaldırmalı

Qeyd:
Gündüz işığında "Peşəkar video" rejimində sizə lazım olan istənilən ekspozisiya qiymətindən istifadə etmək olar.

Şərhiniz üçün təşəkkür edirik!