Samsung Galaxy avtomatik sönüb-yanır

Son yeniləmə tarixi : 06-02-2025

Smartfon və ya planşet bir neçə səbəblə özü yanıb-sönə bilər. Onlardan hər biri üçün tövsiyələri növbə ilə yoxlayın.

Android 12-ə qədər yeniləndikdən sonra cihaz 1-2 dəfə yanıb-sönürsə, bu, yeniləmələrin və ikili tətbiq profilinin tənzimlənməsi ilə əlaqədar olan normal prosesdir.

1 Birdəfəlik proqram xətası

Cihaz nadir hallarda: həftədə bir və ya iki dəfə yanıb-sönürsə, narahat olmayın.

Birincisi, bu, təsadüfən İşəsalma və səsazaltma düyməsinin basılması ilə əlaqədar ola bilər. Bu düymələrin basılıb saxlanması yanıb-sönməyə səbəb olacaq.

İkincisi, zaman keçdikcə, akkumulyator köhnəlir və qeyri-sabit gərginlik verə bilər, xüsusilə, çox yükləndikdə. Bu, təbii prosesdir, gələcəkdə onu dəyişdirmək lazım olacaq.

2 Avtomatik yanıb-sönmə funksiyası aktivdir

Cihaz həftədə bir dəfə dəqiqliklə müəyyən vaxtda yanıb-sönürsə, ola bilər ki, avtomatik yanıb-sönmə aktiv olsun. Yoxlamaq üçün Menyu bölməsini açın → Parametrlər Cihaza qayğı → Avtomatik optimallaşdırma Avtomatik yenidən başlat.

  • Bu funksiya aktivdirsə, onu deaktiv edin və ya smartfonun və ya planşetin lazım olan vaxtda yanıb-sönməsi üçün qrafik qurun.
  • Avtomatik yanıb-sönmə deaktivdirsə, belə bir funksiya yoxdursa və ya bu tövsiyə kömək etmədisə, növbəti tövsiyəyə keçin.
3 Quraşdırılmış tətbiqlərin təsiri

Cihaz alındıqdan sonra quraşdırılmış tətbiqlərə görə yanıb-sönə bilər. Quraşdırılmış tətbiqlərdən hansısa biri «donur» v əməliyyat sisteminin fəaliyyətini dayandırır. Bu xətanı sıfırlamaq üçün cihaz yanıb-sönür.

Quraşdırılmış tətbiqlərin cihazın fəaliyyətinə təsir göstərib-göstərmədiyini yoxlayın. Bunun üçün cihazı təhlükəsiz rejimdə işə salın. Bu rejimdə bütün endirilmiş tətbiqlər deaktiv edilir və yalnız zavodda quraşdırılanlar fəaliyyət göstərir.

  • Təhlükəsiz rejimdə cihaz normal işləyirsə, deməli "təqsirkar" hansısa endirilmiş tətbiqdir. Təəssüflər olsun ki, hansı tətbiqin buna səbəb olduğunu müəyyən etmək mümkün deyil, buna görə tətbiqləri, ən son quraşdırılmış və ya yenilənmiş olandan başlayaraq, bir-bir silmək tövsiyə olunur. Tətbiq silindikdən sonra cihazın fəaliyyətini izləyin. Problem aradan qalxsa, deməli, problem silinmiş tətbiqdə idi. Problem aradan qalxmadığı halda, problem həmin tətbiqdə deyil, növbəti tətbiqi silin.
  • Cihaz təhlükəsiz rejimdə də yanıb-sönürsə, növbəti tövsiyəyə keçin.
4 Aşağı temperaturların təsiri

Telefon məhz soyuqda sönüb-yanırsa, cihazın istifadə edilməsinə və saxlanmasına icazə verilən temperaturlar diapazonuna diqqət edin (adətən, 0-35°).

Məsələ odur ki, smartfon uzun müddət ərzində aşağı temperatur şəraitində istifadə üçün nəzərdə tutulmayıb. Belə şəraitdə enerjinin sürətlə azalması və ya telefonun öz-özünə sönməsi müşahidə oluna bilər. Bu, qüsur deyil. 0-35° temperatur şəraitində akkumulyatorun işləmə qabiliyyəti bərpa olunacaq.

5 Kifayət qədər boş yaddaş yoxdur

Boş yaddaşın həcmini yoxlayın. Yaddaş çox azdırsa (maksimal həcmin 5-10%-i), lazımsız verilənləri silin.

Yaddaş həcminin az olması telefonun sönüb-yanmasına səbəb ola bilər.

6 Yaddaş kartının nasaz olması

Yaddaş kartını çıxararaq, smartfonun necə işlədiyini yoxlayın. Yaddaş kartında nasazlıq varsa, smartfon buna görə sönüb-yana bilər.

7 Ciddi proqram xətası

Yuxarıdakı tövsiyələr kömək etmirsə, böyük ehtimalla, problem ciddi proqram xətasındadır. Onu arada qaldırmaq üçün, smartfonunuzdakı proqram təminatını (PT) son versiyaya qədər yeniləyin.

  • Nasazlıq aradan qalxmadığı və ya yeni mikroproqram mövcud olmadığı halda, verilənləri sıfırlayın. 

Verilənlər sıfırlandıqdan sonra cihazı müşahidə edin. Heç bir tətbiq yükləməmək tövsiyə olunur.

  • Telefonun öz-özünə sönüb-yanması aradan qalxdığı halda, deməli, cihaz qaydasındadır, ondan istifadə etməyə davam edə bilərsiniz.
  • Problem aradan qalxmadığı halda, növbəti tövsiyəyə keçin.
8 Elektronika nasazlığı

Tövsiyələrdən heç biri kömək etmirsə, böyük ehtimalla, problem elektronika ilə əlaqədardır. Dəqiq səbəbi servis mərkəzinin ustası, diaqnostikadan sonra, müəyyən edə biləcək.


Şərhiniz üçün təşəkkür edirik!