Yaxınlaşma sensoru lazımi qaydada işləmir
Yaxınlaşma sensoru harada yerləşir və nə üçün lazımdır
Yaxınlaşma sensoru işıq şüalandırıcı və qəbuledicisindən ibarətdir. Şüalandırıcıdan gələn infraqırmızı şüalar fiziki obyektlərdən əks olunur, bununla da obyektlə cihaz arasındakı məsafəni ölçməyə imkan yaradır.
Yaxınlaşma sensoru, bir qayda olaraq, telefonun yuxarı hissəsində yerləşir: ekranın çərçivəsində və ya ekranın daxilində. Yaxınlaşma sensoru qoşulan zaman ekranın yuxarı hissəsində zəif görünən, yanıb-sönən işıq şüalandırır.
Telefonla danışan zaman cihazı qulağınıza yaxınlaşdıranda ekran avtomatik sönür - sensor yaxınlaşmaya bu şəkildə reaksiya verir.
- Yaxınlaşma sensorunun üstünü nəsə örtəndə ekran avtomatik kilidlənir (sönür).
- Sensorun üzəri örtülü olmayanda ekran yenidən yanır.
Bu, telefonla danışan zaman ekrandakı düymələrə səhvən basmağı istisna etməyə və akkumulyatorun enerjisinə qənaət etməyə imkan yaradır.
Qeyd:
- Galaxy S5 seriyasından sonrakı modellərdə yaxınlaşma sensorunu yandırmaq və ya söndürmək olmur.
- Yaxınlaşma sensoru saçlar və ya aksessuarlardan (məsələn, qoruyucu təbəqələr) əmələ gələn statik elektriklənmə səbəbindən səhv işləyə bilər.
- Mikrofona qoşulan zəng zamanı və ya Bluetooth qulaqcıqları vasitəsilə danışdığınız zaman yaxınlaşma sensoru sönür. Bu halda ekranın sönməsi funksiyası işləməyəcək, ona görə danışan zaman ekrandan istifadə edə bilərsiniz.
Sensor işləməsə, nə etməli
Aşağıdakı tövsiyələri sınamazdan əvvəl cihazınızdakı proqram təminatının aktual versiyaya qədər yeniləndiyindən əmin olun.
Proqram təminatını yeniləmək üçün Parametrlər > Proqram yenilənməsi > Endir və quraşdır ardıcıllığını yerinə yetirin və ekrandakı təlimatlara əməl edin.
Cihazın ön hissəsini təmiz yumşaq parça ilə silin.
Başqa istehsalçıların qoruyucu təbəqələri, çexolları, ekran üçün yapışqanları və ya qoruyucu şüşələri sensoru bloklaya bilər, ona görə onları çıxarmaq lazımdır. Ancaq Samsung şirkətinin təsdiqlədiyi aksessuarlardan istifadəni etməyi tövsiyə edirik.
- Parametrlər > Proqramlar açın. Çeşidləmədə Sistem proqramlarini göstər bəndini seçin. Zəng et tətbiqini tapıb açın. Ehtiyat bəndini seçin, sonra ekranın aşağısında Məlumatları sıl düyməsinə basın. Telefon tətbiqi üçün də eyni hərəkətləri təkrarlayın.
- Cihazı söndürüb yandırmaq üçün Enerji düyməsini basıb saxlayın, sonra ekranda Yenidən başladın düyməsinə basın.
Telefonla danışan zaman təsadüfən iki dəfə ekrana toxunsanız, kilid açılacaq.
- Samsung Members tətbiqini açın və ekranın aşağı hissəsində Servis düyməsini sıxın.
- Diaqnostika bölməsində yerləşən Testlərə bax düyməsinə basın.
- Diaqnostikaya başlamaq üçün Yaxınlaşmanın müəyyən edilməsi bəndini seçin.
- Ekrandakı təlimatlara əməl edin və ovuclarınızı ekranın yuxarı hissəsinə yaxınlaşdırın, amma ona toxunmayın.
- Diaqnostika başa çatdıqdan dərhal sonra ekranda cihazınızın vəziyyəti barədə nəticələri görə bilərsiniz.
Əgər diaqnostika nəticəsində xəta barədə mesaj aldınızsa, həmin xəta barədə hesabat göndərə bilərsiniz. Bunun üçün Samsung Members tətbiqinin Dəstəyi bölməsində Xətalar haqqında hesabatlar bəndinə basın, kateqoriyanı seçin, probleminizi təsvir edin və müraciətinizi göndərmək üçün təyyarə işarəsinə basın.
Ola bilsin ki, smartfonun işinə hansısa yüklənmiş fon proqramı təsir edir. Təhlükəsiz rejimdə bütün quraşdırılmış tətbiqlər sönəcək.
Tənzimləmələrin sıfırlanması cihazınızdan bütün məlumatların silinməsinə gətirib çıxaracaq: kənar proqramlar silinəcək, tənzimləmələr susmaya görə olan vəziyyətinə qayıdacaq.
Tənzimləmələri sıfırlamazdan əvvəl vacib məlumatların ehtiyat surətini yaratmağı unutmayın.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.