Samsung Galaxy-də tarix, vaxt və saat qurşağı tənzimləmələri itir

Son yeniləmə tarixi : 15-10-2024

Smartfonda tarix və vaxtı tənzimləməyin iki üsulu var: əllə tənzimləmə və ya tarix və vaxtın mobil əlaqə operatorundan avtomatik alınması.

Avtomatik tənzimlənmə — telefon vaxt haqqında məlumatları mobil əlaqə operatorunun şəbəkəsindən alır (bütün operatorlarda və bütün regionlarda dəstəklənmir).

Əllə tənzimləmə — istifadəçi vaxtı, tarixi və saat qurşağını özü təyin edir. Bu üsuldan istifadə etmək üçün avtomatik tənzimlənməni söndürmək lazımdır.

Tarix və vaxt tənzimləmələri niyə itir

Tarix və vaxt tənzimləmələrinin itməsinin əsas səbəbləri aşağıdakılardır: 

  • mobil operator şəbəkəsindəki xəta (vaxtın avtomatik təyini uğursuz olursa);
  • GPS və ya hər hansı serverlərə (VPN, Exchange) qoşulan proqramlardan istifadə.

Telefonda vaxt öz-özünə dəyişirsə, nə etməli

Problemi həll etməyin bir neçə variantı var:

1 Vaxt və saat qurşağının avtomatik müəyyən olunmasını söndürün.

Saat qurşağına diqqət yetirin. Əgər smartfonunuzda yanlış saat qurşağı seçilibsə, telefon vaxtı səhv göstərə bilər.

Ümumi tənzimləmələr Ümumi tənzimləmələr

1-ci addım. Tənzimləmələri açın. Ümumi tənzimləmələrə keçin (Ümumi tənzimləmələr bəndi əvəzinə Sistem, Ümumi və ya Seçimlər ola bilər).

Tarix və vaxt Tarix və vaxt

2-cü addım. Tarix və vaxt bölməsini seçin.

Vaxtın avtomatik müəyyən olunmasının söndürülməsi Vaxtın avtomatik müəyyən olunmasının söndürülməsi

3-cü addım. Vaxtın avtomatik müəyyən olunması bəndinin qarşısındakı sürüngəci sola doğru hərəkət etdirin.

2 Telefonu təhlükəsiz rejimdə işə salın və onun vaxtı səhv göstərib-göstərməyəcəyini yoxlayın.

Vaxtın nədən sonra dəyişdiyini izləyin. GPS və ya hər hansı serverlərə (VPN, Exchange) qoşulan proqramlardan istifadə etdikdən sonra vaxt dəyişə bilər. Təhlükəsiz rejim kənar proqramları bloklayır. Əgər təhlükəsiz rejimdə vaxt səhv görünmürsə, deməli, problem hansısa quraşdırılmış proqramdadır. Quraşdırdıqdan və ya yenilədikdən sonra vaxt tənzimləmələri ilə bağlı problem yaşadığınız tətbiqləri silməyi sınayın.

3 "Saat" tətbiqinin məlumatlarını təmizləyin.
4 Digər tövsiyələr kömək etmədisə, telefon məlumatlarını sıfırlayın. Sıfırlama telefonu zavod vəziyyətinə qaytaracaq - bu, problemi həll edə bilər.

Sıfırlama zamanı telefonun yaddaşı təmizlənəcək və bütün məlumatlar silinəcək. Əgər telefonda hansısa vacib məlumatlar varsa, sıfırlamadan öncə onların surətini yaradın.

5 Bunlardan heç biri kömək etmədisə, Samsung servis mərkəzinə müraciət edin.

Telefonu söndürüb-yandırdıqdan sonra tarix, vaxt və saat qurşağının avtomtik təyini uğursuz olursa, nə etməli

Telefonu söndürüb-yandırandan sonra şəbəkənin tarix və vaxt haqqında məlumatları təqdim etmədiyi barədə mesaj görünə bilər. Adətən, bu, telefon və onun tənzimləmələri ilə deyil, mobil operatorun şəbəkə xətaları ilə bağlı olur. Bu pəncərə yoxa çıxsın deyə Ləğv etmə düyməsinə basın.

1 Tarix və vaxtın avtomatik müəyyən olunmasının aktiv olub-olmadığını tənzimləmələrdə yoxlayın.
2 Başqa operatorun SIM-kartı ilə telefonun necə işlədiyini yoxlayın.

Əgər başqa kart işlətdikdə vaxt səhv görünmürsə, deməli, problem telefonda deyil, mobil operator şəbəkəsindədir.

Vaxt yenə də səhv görünürsə, növbəti addıma keçin.

3 Smartfonun mikroproqramını yniləməyə cəhd edin.
4 Galaxy Store-da bütün tətbiqlərin yenilənib-yenilənmədiyini yoxlayın.
5 Digər tövsiyələr kömək etmədisə, telefon məlumatlarını sıfırlayın. Sıfırlama telefonu zavod vəziyyətinə qaytaracaq - bu, problemi həll edə bilər.

Sıfırlama zamanı telefonun yaddaşı təmizlənəcək və bütün məlumatlar silinəcək. Əgər telefonda hansısa vacib məlumatlar varsa, sıfırlamadan öncə onların surətini yaradın.

Şərhiniz üçün təşəkkür edirik!