Samsung Galaxy-nin batareyasının enerjisi tez bitirsə, nə etmək lazımdır

Son yeniləmə tarixi : 26-06-2024

Bu məqalədə siz Samsung Galaxy smartfonunun enerjisinin, smartfon az istifadə olunduqda belə, tez bitdiyi, habelə, cihazın enerjisi aktiv istifadə zamanı 4-6 saat ərzində bitdiyi halda nə etməli olduğunuzu öyrənəcəksiniz.

Samsung Galaxy Battery

Smartfonun və ya planşetin batareyası hansı müddət ərzində iş üçün kifayət etməlidir

Akkumulyatorun işləmə vaxtı sadəcə onun həcmindən deyil, bir neçə amildən asılıdır.

İşləmə vaxtına aşağıdakılar təsir göstərir:

1 İstifadə tezliyi və yüklənmə

Hər şey, sanki, çox sadədir: cihazdan çox istifadə edirsiniz, akkumulyatorun enerjisi də tez bitir. Lakin işləmə vaxtı yüklənmə dərəcəsindən də asılıdır.

  • Yüklənmə dərəcəsi yüksəkdirsə: mobil internet, filmlər, yaxşı qrafikalı oyunlar – cihazın enerjisi 2-5 saat ərzində bitir.
  • Yüklənmə dərəcəsi çox deyilsə: musiqi, kitablar, SMS, danışıqlar – cihaz 5-20 saatdan çox işləyir.
2 Quraşdırılmış tətbiqlərin sayı və keyfiyyəti

Cihazda nə qədər çox tətbiq quraşdırılıbsa, batareyanın enerjisi o qədər tez bitir.

Keyfiyyətin də böyük təsiri var: keyfiyyətsiz hazırlanmış tətbiqlər daima prosessoru yüklənməyə məruz qoyur və cihaza "yatmağa" imkan vermir.

3 Əməliyyat sistemindəki xətalar

Zamanla əməliyyat sistemində xətalara baş verir. Bunun səbəbləri müxtəlif olur: mikroproqram səhv yenilənib, keyfiyyətsiz tətbiqlər quraşdırılıb və səhv silinib, yaddaş köhnə fayllardan təmizlənməyib.

Xəta nə qədər çox olarsa, batareyanın enerjisi o qədər tez bitər.

4 Akkumulyatorun vəziyyəti

Akkumulyatorun faydalı həcmi zamanla azalır. Akkumulyatorun yaşı nə qədər çoxdursa, onun daşıya biləcəyi enerji həcmi də o qədər az olur.

5 Mobil şəbəkə siqnalı

Mobil şəbəkə siqnalı nə qədər pisdirsə, batareyanın enerjisi o qədər tez bitir. Bu, onunla əlaqədardır ki, cihazın ötürücüsü daha yüksək güc göstəriciləri ilə işləmək məcburiyyətində olur ki, şəbəkə ilə əlaqə qorunub saxlanmış olsun.

Batareyanın enerjisi tez bitirsə, nə etmək lazımdır

1 "Optimallaşdırma" funksiyasından istifadə edin
Parametrlər > Batareya və cihaza qulluq Parametrlər > Batareya və cihaza qulluq

1. Parametrlər bölməsini açın və Batareya və cihaza qulluq.

İndi optimallaşdır İndi optimallaşdır

2. İndi optimallaşdır düyməsinə basın.

Hazırdır Hazırdır

3. Optimallaşdırmadan sonra Hazırdır düyməsinə basın.

Burada siz, batareya enerjisindən ən çox istifadə edən tətbiqlərə baxmaq və onları yuxu rejiminə keçirmək üçün Batareya bölməsinə keçə bilərsiniz.

Qeyd: 

Sistem tətbiqlərini yuxu rejiminə keçirmək mümkün deyil.

Batareya maddəsini seçin. Batareya maddəsini seçin.

1. Batareya maddəsini seçin.

"Qrafikin" və ya "Təfərrüatlara bax" basın. "Qrafikin" və ya "Təfərrüatlara bax" basın.

2. Qrafikin və ya Təfərrüatlara bax basın.

Batareya enerjisini çox istifadə edən tətbiqi seçin. Batareya enerjisini çox istifadə edən tətbiqi seçin.

3. Batareya enerjisini çox istifadə edən tətbiqi seçin.

İstifadəni məhdudlaşdır İstifadəni məhdudlaşdır

4. İstifadəni məhdudlaşdır düyməsinə basın. İndi bu tətbiq yuxu rejiminə keçiriləcək.

2 Adaptiv akkumulyator rejimini aktiv edin

Siz Adaptiv batareya rejimini də aktiv edə bilərsiniz. Bu, nadir hallarda istifadə etdiyiniz tətbiqlər üçün akkumulyator enerjisi sərfiyyatını azaldacaq.

  • Android 14: "Parametrlər" > "Batareya və cihaza qulluq" > "Batareya" > "Batareyanın qorunmasi" seçin ve "Adaptiv" rejimini aktiv edin.
  • Android 13-10: "Parametrlər" > "Batareya və cihaza qulluq" > "Batareya" > "Digər batareya parametrləri" seçin ve "Adaptiv batareya" rejimini aktiv edin.
  • Android 9: "Parametrlər" > "Cihaza qayğı" > "Batareya" > ⁝ (Seçimlər) > "Parametrlər" seçin ve "Adaptiv batareya" rejimini aktiv edin.
3 Enerjiyə qənaət rejimini aktiv edin

Enerjiyə qənaət rejimi aşağıdakılar sayəsində akkumulyatorun işləmə vaxtını artırmağa imkan verir:

  • Fon verilənlərinin məhdudlaşdırılması;
  • Prosessorun məhsuldarlığının məhdudlaşdırılması;
  • Ekranın boz çalarları ilə istifadəsi;
  • Ekranın parlaqlığının və kadrlar tezliyinin azaldılması.

Qeyd:

Enerjiyə qənaət rejimi bütün cihazlarda mövcud deyil.

Tənzimləmələr panelini (pərdəni) açmaq üçün iki barmağınızı ekranın yuxarısından aşağıya doğru çəkin. Enerjiyə qənaət / Enerji rejimi (batareya işarəsi) bölməsinə basın, işarə rəngdə yanacaq.

Enerjiyə qənaət rejimini aktiv edin
4 Simsiz qoşulmalardan istifadə etmədiyiniz zaman onları deaktiv edin

Wi-Fi, Bluetooth, GPS, NFC və ya mobil internetdən istifadə etmirsinizsə, onları deaktiv edin, onlar çoxlu enerji sərf edir.

Bunun üçün ən asan yol tənzimləmələr panelinin istifadəsidir. 

Tənzimləmələr panelini (pərdəni) açmaq üçün iki barmağınızı ekranın yuxarısından aşağıya doğru çəkin. Wi-Fi / NFC / Bluetooth / GPS işarələrinə basın və onları deaktiv edin.

Wi-Fi/NFC/Bluetooth/GPC deaktiv edin
5 İşıqlandırma vaxtını, ekran parlaqlığını azaldın, sensor vibrasiyasını deaktiv edin

• İşıqlandırma vaxtını azaltmaq üçün:

Parametrlər > Displey Parametrlər > Displey

1. Parametrlər bölməsini açın və Displey.

Ekranın bitmə vaxtı Ekranın bitmə vaxtı

2. Ekranın bitmə vaxtı bölməsini seçin.

Smartfonun hansı müddətdən sonra yuxu rejiminə keçiriləcəyini seçin. Smartfonun hansı müddətdən sonra yuxu rejiminə keçiriləcəyini seçin.

3. Smartfonun hansı müddətdən sonra yuxu rejiminə keçiriləcəyini seçin.

  • Ekran parlaqlığını azaltmaq üçün:

    Tənzimləmələr panelini (pərdəni) açmaq üçün iki barmağınızı ekranın yuxarısından aşağıya doğru çəkin. Parlaqlığı tənzimləyin və tənzimləyin sürüşən düymə vasitəsilə tənzimləyin.
Parlaqlığı sürüşən düymə vasitəsilə tənzimləyin.
  • Sensor vibrasiyasını (ekrana basdığınız zaman vibrasiya) deaktiv etmək üçün:
Parametrlər > Səs və vibrasiya Parametrlər > Səs və vibrasiya

1. Parametrlər bölməsini açın və Səs və vibrasiya.

Sistemin səsi Sistemin səsi

2. Sistemin səsi bölməsinə basın.

Sensor əlaqələri və Samsung Klaviaturası Sensor əlaqələri və Samsung Klaviaturası

3. Ümumilikdə vibrasiyanı və ya yalnız Sensor əlaqələriSamsung Klaviaturası bəndlərini deaktiv edin.

Qeyd: 

"Sensor əlaqələri" etmə və "Samsung Klaviaturası" funksiyaları üçün vibrasiyanı deaktiv etmək əhəmiyyət kəsb edir çünki bu funksiyalar, digər vibrasiya tənzimləmələrindən daha çox enerji sərf edir.

6 İstifadə etmədiyiniz halda, SIM kartı çıxarın

Telefonunuzda iki SIM kart varsa və onlardan birindən istifadə etmirsinizsə, onu çıxarın.

Smartfon mobil şəbəkə ilə əlaqəni qoruyub saxlamaq üçün enerji sərf edir və batareyanın enerjisi daha tez bitir. Olduğunuz ərazidə şəbəkəsi olmayan SIM kartları (məsələn turist SIM kartlarını) smartfonda saxlamayın.

7 Əlavə edilmiş akkauntların avtomatik sinxronlaşdırımasını deaktiv edin

Siz cihazdan istifadə etmədiyiniz zaman o, "yuxu" rejimində olur. Hər hansı verilənlərin sinxronlaşdırılması cihazı "oyadır" və akkumulyatorun enerjisinin daha çox sərf olunmasına səbəb olur.

Smartfonun işləmə vaxtını uzatmaq üçün əlavə edilmiş akkauntlarla avtomatik sinxronlaşdırma funksiyasını deaktiv edin. 

Tənzimləmələr panelini (pərdəni) açmaq üçün iki barmağınızı ekranın yuxarısından aşağıya doğru çəkin. Sinx işarə basın və onun deaktiv edin.

Sinx işarə basın və onun deaktiv edin.
8 Ekranın 120 Hz yenilənmə tezliyini deaktiv edin

Smartfonunuzda ekranın yenilənmə tezliyinin tənzimlənməsi varsa (yalnız ekranın 120 Hz yenilənmə tezliyini dəstəkləyən smartfonlar), standart rejimi aktiv edin.

Parametrlər > Displey Parametrlər > Displey

1. Parametrlər bölməsini açın və Displey.

Hərəkətin rahatlığı Hərəkətin rahatlığı

2. Hərəkətin rahatlığı bölməsinə basın.

Standart > Tətbiq et Standart > Tətbiq et

3. Standart (60 Hz) bölməsini və Tətbiq et düyməsinə basın.

9 Təhlükəsiz rejimdə smartfonun necə işlədiyini yoxlayın

Cihazda nə qədər çox tətbiq quraşdırılıbsa, batareyanın enerjisi o qədər tez bitir. Bəzi tətbiqlər o qədər çox təsir göstərir ki, akkumulyatorun enerjisi bir neçə saat ərzində bitir.

Problemin tətbiqlərlə bağlı olub- olmadığını öyrənmək üçün cihazı təhlükəsiz rejimdə işə salın. Təhlükəsiz rejimdə cihazın alınmasından sonra endirilmiş tətbiqlər işləmir. Yalnız sistem tətbiqləri, yəni istehsal zavodunda endirilmiş tətbiqlər işləyir.

Smartfonun təhlükəsiz rejimdə bir dəfəyə doldurulmuş enerji ilə nə qədər işləyəcəyinə baxın və müvafiq qənaətə gəlin.

Akkumulyatorun enerjisi daha çox qalırsa, deməli problem cihaz alındıqdan sonra quraşdırılmış hər hansı tətbiqlə bağlıdır. Yaxınlarda quraşdırdığını və ya yenilədiyiniz tətbiqləri növbə ilə silin və, batareyanın enerjisi daha çox qalmağa başlayana qədər, cihazın necə işlədiyini izləyin.

Təhlükəsiz rejimdə akkumulyatorun enerjisi eyni sürətlə bitirsə, digər tövsiyələri sınaqdan keçirin.

10 Lazım olmayan tətbiq icazələrini ləğv edin

Bir çox tətbiq məcburi olmayan və ya ümumiyyətlə tətbiqin işləməsi üçün lazım olmayan icazələrin verilməsini tələb edir (məsələn, «Fənər» tətbiqi «İnternetə keçid» və ya «Məkanın müəyyən edilməsi» üçün icazə istəyir). Tətbiqə nə qədər çox icazə verilsə, həmin tətbiq batareyanın enerjisini o qədər tez bitirir.

Tətbiqlərə verdiyiniz lazımsız icazələri ləğv edin. Hər hansı icazələr tətbiqin müəyyən funksiyalarının işləməsi üçün lazımdırsa, tətbiq sizdən təkrar keçid tələb edəcək.

Bunun necə edildiyini öyrənmək üçün aşağıdakı təlimatdan istifadə edin.

Parametrlər > Proqramlar Parametrlər > Proqramlar

1. Parametrlər bölməsini açın və Proqramlar.

Bildiriş almaq istəmədiyiniz tətbiqin işarəsinin üzərinə basın. Bildiriş almaq istəmədiyiniz tətbiqin işarəsinin üzərinə basın.

2. Bildiriş almaq istəmədiyiniz tətbiqin işarəsinin üzərinə basın.

İcazələr İcazələr

3. İcazələr bölməsini seçin.

 Konkret icazənin üzərinə basın.  Konkret icazənin üzərinə basın.

4. Konkret icazənin üzərinə basın.

İcazə verməyin İcazə verməyin

5. İcazə verməyin düyməsinə basın.

11 Tənzimləmələri sıfırlayın

Cihaza əlavə edilmiş Google akkauntunun verilənlərini xatırlayırsınızsa, tənzimləmələri sıfırlayın.

Təəssüflər olsun ki, bu halda smartfonun yaddaşında saxlanmış bütün verilənlər silinəcək. Buna görə, sıfırlamanı həyata keçirməzdən öncə verilənlərin ehtiyat surətini yaratmağı tövsiyə edirik.

12 Xarici akkumulyatordan istifadə edin

Aktiv istifadə zamanı smartfonun batareyasının enerjisi həqiqətən bir neçə saat ərzində bitə bilər. Xarici akkumulyatordan istifadə etməyi tövsiyə edirik. Smartfondan aktiv şəkildə istifadə edirsinizsə və onun işləmə vaxtı sizə kifayət etmirsə, xarici akkumulyator əldə edə bilərsiniz.

Xarici akkumulyator daşınan elektrik yuva kimi işləyir:

  1. Xarici akkumulyatora enerji doldurun;
  2. Smartfonu və ya planşeti ona qoşun;
  3. Xarici akkumulyator cihazınızın quraşdırılmış batareyasına enerji dolduracaq.
Xarici akkumulyatord
13 Yalnız akkumulyatoru çıxarıla bilən modellər üçün

Yuxarıda qeyd olunan tövsiyələr fayda vermədiyi halda, quraşdırılmış akkumulyatoru dəyişdirin.

İstismar zamanı akkumulyator tədricən öz həcmini itirir və zamanla onun enerjisi azalır. Akkumulyatorun orta istismar müddəti, istismar intensivliyindən asılı olaraq, 1-3 il təşkil edir. Eyni zamanda, akkumulyator, mənfi və ya çox yüksək (50°C-dən yüksək) müsbət temperatur şəraitində istifadə edildiyi zaman da sıradan çıxır.

akkumulyatoru çıxarıla bilən Samsung Galaxy modellər

Smartfonu aldığınızdan uzun müddət keçibsə, akkumulyatoru dəyişdirməyinizi tövsiyə edirik. Yeni akkumulyatoru Samsung servis mərkəzlərində əldə edə bilərsiniz. Lazım olan modeli akkumulyatorun özünün üzərindən öyrənmək olar.

akkumulyatoru çıxarıla bilən Samsung Galaxy modellər

Smartfonun və ya planşetin arxa qapağı çıxmırsa, akkumulyator servis mərkəzində dəyişdirilməlidir.

14 Servis mərkəzinə müraciət edin

Batareyanın enerjisini tez azalmasının səbəbi akkumulyator olmaya da bilər. Problem, misal üçün, kontrollerdə və ya platada ola bilər. Buna görə, batareyanı dəyişdirməzdən öncə, habelə, digər addımlar fayda vermədiyi halda, rəsmi servis mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.


Şərhiniz üçün təşəkkür edirik!