Smartfonda qatlanan ekran və qoruyucu təbəqə nədir

Son yeniləmə tarixi : 08-10-2024

Yeni Samsung məhsulunu qablaşdırmadan çıxararkən qatlanan ekranı və cihaza taxılmış qoruyucu təbəqəni görəcəksiniz. Aşağıda cihazın mühafizəsi üçün nəzərdə tutulmuş vasitələrin ətraflı təsviri və qoruyucu təbəqə ilə bağlı çətinlik yaransa, nə etməli olduğunuz barədə məlumat verilib.

Qatlanan Samsung smartfonları.

Qatlanan Samsung smartfonlarına Infinity Flex Display ekranları və ultra nazik şüşə quraşdırılır ki, onları cihaza heç bir zərər vermədən qatlamaq olur.

Ultra nazik şüşəli, qatlanan Samsung smartfonu.

Qatlanan ekranın özünəməxsus konstruksiyası və ultra nazik şüşəsi istifadəçiyə yeni imkanlar verir, onlar təkcə smartfonu qatlamağa deyil, həm də OLED innovativ texnologiyasının köməyi ilə təsviri ən yüksək keyfiyyətdə göstərməyə imkan yaradır.

Samsung-un qatlanan ekranının tərkibinə qoruyucu təbəqə, qoruyucu qat və ultra nazik şüşə daxildir. Belə konstruksiya AMOLED ekranın maksimal rəng dolğunluğuna, təzadlılığına və rəng ötürməsinə nail olmağa imkan yaradır, aşağıda hər bir komponentin xüsusiyyətləri göstərilib: 

  • Qoruyucu təbəqə: Ekranın xarici qatıdır, ekranı intensiv yükləməyə qarşı dözümlü edir, onu dəyişdirmək mümkündür.
  • Qoruyucu qat: Ultra nazik şüşənin üzərinə taxılır, xarici təsirlərdən, zərbə yüklənmələrindən qorumaq və ekranın qırılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
  • Ultra nazik şüşə: Səthin hamarlığını təmin edən və qatlanan ekranın möhkəmliyini artıran nazik şüşə.
  • Aktiv AMOLED matris: Hər piksel işıq mənbəyi olub, sürətli cavab almağa, mükəmməl rəng ötürməyə və nazik ekranın dəqiq təsvirinə imkan yaradır. 
  • Qatlanan ekranı müxtəlif bucaqlar altında əymək olar, nazik elasik şüşə və təbəqə də qatlanma funksiyasını təmin edir. Ekranın mərkəzi boyunca uzanan qatlanma sahəsində büküşlər görünə bilər.
  • Güclü zərbə nəticəsində ekranda qara / ağ nöqtələr və ya zolaqlar əmələ gələ bilər. Ekranın içərisində kiçik qara ləkələr formasında görünən ləkələr əmələ gələ, parlaqlıq dərəcəsi öz-özünə dəyişə və ya ekran çatlaya bilər. 
  • Ekrana zərbə dəyməsinə yol verməyin, çünki ultra nazik şüşəyə dəyən zərbələr qonşu sahələrə də yayıla bilən çat və ya sınıqların əmələ gəlməsinə gətirib çıxara bilər, bunun nəticəsində cihazı qatlayan zaman ağ ləkələr peyda ola bilər.

 

Qatlanan cihazların istismarı zamanı aşağıdakı hallara yol verməməyə çalışın:

  • Cihazın döşəməyə düşməsi.
  • Ekranın qatlanma sahəsinə həddindən artıq təzyiq göstərmək və ya plastik kart, açar, qum, metal yonqar və s. kimi yad predmetlərin ekranın qatlanma yerinə düşməsi.
  • Ekranın qələm, dırnaq, açar və s. ilə təması, ya da predmetlərin bilavasitə ekranın üzərinə düşməsi.
  • Barmağı qatlanmış ekranın tayları arasına qoyaraq smartfonu açmaq.
Qatlanan ekrandan istifadə zamanı yolverilməz olan hərəkətlər.

Qatlanan ekranın üzərinə taxılan qoruyu təbəqə məxaric materialıdır. Müəyyən müddət istifadə etdikdən sonra təbii aşınma səbəbindən təbəqədə cızıqlar, qabarcıqlar və soyulmalar əmələ gəlir.

Bəzi hallarda qoruyucu təbəqə zədələnə bilər. Cihazın istismarı qoruyucu təbəqəni dəyişdikdən sonra mümkündür. Qoruyucu təbəqəni dəyişməklə bağlı təlimat almaq üçün konsultasiya mərkəzinə müraciət edin.

Ehtiyatlı olun, çünki qoruyucu təbəqəni səhv taxsanız və ya çıxarsanız, panel zədələnə bilər. Telefondan ancaq qoruyucu təbəqəsi olduğu halda istifadə etməyinizi təkidlə tövsiyə edirik. Əgər cihazınıza Samsung şirkətinin sertifikatlaşdırmadığı təbəqə taxılıbsa, ekran təsviri təhrif oluna və ya onun keyfiyyəti aşağı düşə bilər.

Şərhiniz üçün təşəkkür edirik!