Knox qovluğu nədir və ondan necə istifadə etməli

Son yeniləmə tarixi : 11-10-2024

Qorunan qovluq (Knox qovluğu) - Samsung Galaxy-də özəl hesab etdiyiniz fotoşəkilləri, faylları, tətbiqləri və məlumatları saxlaya biləcəyiniz təhlükəsiz yerdir. 

Knox qovluğunun necə işlədiyi və ondan necə istifadə edilməli olduğu barədə məlumatı aşağıdakı məqalədə əldə edə bilərsiniz.

Qeyd:

Bu funksiya bütün cihazlarda mövcud deyil. Sizin telefonun modelində bu funksiyanın olub-olmadığını istifadəçi təlimatında dəqiqləşdirin.

Fon qismində Knox qovluğunun piktoqramının göstərildiyi Knox qovluğunun ekran nümunəsi

Knox qovluğunu necə yaratmalı

Knox qovluğu istənilən fayl və ya tətbiqləri köçürə biləcəyiniz, "smartfon içində smartfon" kimi işləyir. Ona daxil olan zaman sizin seçdiyiniz parol tələb olunacaq.

Qorunan qovluqda saxladığınız məlumatlar Samsung Knox təhlükəsizlik platformasının etibarlı müdafiəsi altındadır. Ona görə də telefonunuz cinayətkarların əlinə düşsə, şəxsi məlumatlarınızın qorunacağından əmin ola bilərsiniz.

Knox qorunan qovluğunu yaratmaqdan ötrü aşağıdakı hərəkətləri icra edin:

"Tənzimləmələr > Təhlükəsizlik və məxfilik" menyusunu açın "Tənzimləmələr > Təhlükəsizlik və məxfilik" menyusunu açın

1-ci addım. Parametrləri açın və Təhlükəsizlik və məxfilik (Biometriya və təhlükəsizlik) bölməsinə keçin.

"Knox qovluğu"nu seçin "Knox qovluğu"nu seçin

2-ci addım. Daha çox təhlükəs. parametri açın.

Smartfon ekranı Təhlükəsiz Qovluq  açın. Smartfon ekranı Təhlükəsiz Qovluq  açın.

3-cü addım. Təhlükəsiz Qovluq açın.

"Knox qovluğuna xoş gəlmisiniz" ekranı "Knox qovluğuna xoş gəlmisiniz" ekranı

4-cü addım. Samsung hesabınıza daxil olun və ya yenisini yaradın. Qaydaları və şərtləri oxuyub Davam et düyməsinə basın.

"Knox qovluğu üçün icazələr" ekranı "Knox qovluğu üçün icazələr" ekranı

5-ci addım. Knox qovluğu üçün zəruri olan icazələr siyahısı ilə tanış olun. Razısınızsa, Davam et düyməsinə basın.

Knox qovluğu üçün kilid növünü seçin Knox qovluğu üçün kilid növünü seçin

6-cı addım. Smartfonun tənzimləməni başa çatdırması üçün 1-2 dəqiqə gözləyin. Sonra Knox qovluğu üçün kilidləmə növü seçin: Cizgi, PIN və Parol.

Parolun sıfırlanması üsulunun seçilməsi Parolun sıfırlanması üsulunun seçilməsi

7-ci addım. Parol təyin edin. Parolu təyin etdikdən sonra onu unudacağınız halda Samsung hesabının köməyi ilə parolun sıfırlanmasını aktivləşdirmək təklifi göstərilən pəncərə açılacaq. Sizə lazım olan variantı seçin.

"Barmaq izləri"ni aktivləşdirin "Barmaq izləri"ni aktivləşdirin

8-ci addım. Knox qovluğunu qorumaq üçün Barmaq izi funksiyasını aktivləşdirə bilərsiniz.

Seçilmiş "Knox qovluğu" etiketinin olduğu tətbiqlər ekranı Seçilmiş "Knox qovluğu" etiketinin olduğu tətbiqlər ekranı

9-ci addım. "Knox qovluğu"nun etiketi tətbiqlər ekranında görünəcək.

Faylları Knox qovluğuna necə köçürməli

Knox qovluğunu açın və üç nöqtənin üzərinə basın Knox qovluğunu açın və üç nöqtənin üzərinə basın

1-ci addım. Knox qovluğunu açın və sağ yuxarı küncdə üç nöqtənin üzərinə basın.

"Faylları əlavə et" bəndini seçin "Faylları əlavə et" bəndini seçin

2-ci addım. Faylları əlavə et bəndini seçin.

Faylın növünü seçin Faylın növünü seçin

3-cü addım. Knox qovluğuna köçürməli olduğunuz fayl növünü seçib ona toxunun.

Faylları seçin Faylları seçin

4-cü addım. Faylları seçin və Hazırdır düyməsinə basın.

Lazımi hərəkəti seçin Lazımi hərəkəti seçin

5-ci addım. Aşağıdakı elementlərlə mümkün hərəkətlərin əks olunduğu pop-up pəncərə görünəcək:
Ləğv et - yerdəyişməni ləğv etmək,
Kopyala - fayl ancaq Knox qovluğunda mövcud olacaq,
Köçür - Knox qovluğunda faylın surətini yaratmaq.



Knox qovluğunda "Mənim fayllarım" tətbiqi Knox qovluğunda "Mənim fayllarım" tətbiqi

6-cı addım. Knox qovluğundakı fayllara Mənim fayllarım tətbiqinin köməyi ilə baxmaq olar.

Faylları istənilən vaxt geri - ümumi istifadəyə qaytara bilərsiniz. Bunun üçün Knox qovluğunu açın və indi məlumatların saxlandığı tətbiqi işə salın. Məsələn, "Qalereya":

Knox qovluğundan fotoşəklin yerini dəyişmək Knox qovluğundan fotoşəklin yerini dəyişmək

1-ci addım. Knox qovluğundan ümumi istifadəyə qaytarmaq istədiyiniz elementin üzərinə basın.

Knox qovluğundan fotoşəklin yerini dəyişmək ve Doha çox Knox qovluğundan fotoşəklin yerini dəyişmək ve Doha çox

2-ci addım. Doha çox (⋮) basın.

Smartfon ekranı Təhlükəsiz Qovlug-dan köçür Smartfon ekranı Təhlükəsiz Qovlug-dan köçür

3-cü addım. Təhlükəsiz Qovlug-dan köçür seçin.

Hazırdır. İndi məlumatlar Knox qovluğundan kənarda belə bir tətbiqdə görünəcək.

Qeyd:

Knox qovluğunda Mənim fayllarımQalereya tətbiqlərinin ayrıca "Zibil qutusu" var. Bu, o deməkdir ki, əgər qorunan qovluqdakı məlumatları silsəniz, onları Knox qovluğundan kənar "Zibil qutusu"nda tapa bilməyəcəksiniz.

Knox qovluğunda tətbiqi necə quraşdırmalı və ya silməli

Knox qovluğunu açın və müsbət işarəsinə basın Knox qovluğunu açın və müsbət işarəsinə basın

1-ci addım. Knox qovluğunu açın və "+" (müsbət) işarəsinə basın.

Tətbiqi seçin Tətbiqi seçin

2-ci addım. Köçürmək lazım olan tətbiqi seçin, sonra Əlavə et düyməsinə basın.

Tətbiq Knox qovluğunda görünəcək Tətbiq Knox qovluğunda görünəcək

3-cü addım. Tətbiq Knox qovluğunda görünəcək.

Knox qovluğunun daxilində və xaricində olan eyni tətbiq  - iki bir-birindən asılı olmayan surətlərdir, deməli, onların məzmunu da bir-birindən fərqli olacaq.

Məsələn, qorunan qovluğa messencer quraşdırsanız və ona başqa hesabdan daxil olsanız, iki tətbiqin söhbətləri və yazışma tarixçələri fərqli olacaq. 

Tətbiqi Knox qovluğundan silmək üçün onun üzərinə basıb Poz bəndini seçin.

tətbiqi Knox qovluğundan silmək

Knox qovluğundan silinmiş tətbiq Knox qovluğundan kənarda quraşdırılmışdısa, smartfonunuzda qalacaq.

Əvvəlcədən quraşdırılmış tətbiqləri, məsələn, "Qalereya"nı qorunan qovluqdan silmək olmur. Belə tətbiqləri Knox qovluğundan ancaq gizlədə bilərsiniz.

Tətbiqi qorunan qovluqdan gizlətmək üçün onun üzərinə basın və Gizlət bəndini seçin.

tətbiqi Knox qovluğundan gizlətmək

Gizlədilmiş tətbiqi qaytarmaq üçün "+" (müsbət işarəsi) basın, ekranı "Knox qovluğunda gizlədilmiş tətbiqlər" bölməsinə qədər aşağı doğru vərəqləyin. Lazımi tətbiqi seçin, sonra Əlavə et düyməsinə basın.

tətbiqi Knox qovluğundan gizlətmək 2

Knox qovluğunu necə gizlətməli

Knox qovluğu tətbiqlər ekranında və ya əsas ekranda görünməsin deyə onu gizlətmək olar. Knox qovluğunun etiketinin əks olunmasını sürətli tənzimləmələr paneli ("pərdə") vasitəsilə yandırmaq və söndürmək olar.

"Tənzimləmələr > Təhlükəsizlik və məxfilik" menyusunu açın "Tənzimləmələr > Təhlükəsizlik və məxfilik" menyusunu açın

1-ci addım. Parametrlər açın və Təhlükəsizlik və məxfilik (Biometriya və təhlükəsizlik) bölməsinə keçin.

"Knox qovluğu"nu seçin "Knox qovluğu"nu seçin

2-ci addım. Daha çox təhlükəs. parametri açın.

Smartfon ekranı Təhlükəsiz Qovluq  açın. Smartfon ekranı Təhlükəsiz Qovluq  açın.

3-cü addım. Təhlükəsiz Qovluq açın.

Təhlükəsiz Qovluq programini Programlar ekranina əlavə et  seçimini aktivləşdirin Təhlükəsiz Qovluq programini Programlar ekranina əlavə et  seçimini aktivləşdirin

4-cü addım. Təhlükəsiz Qovluq programini Programlar ekranina əlavə et bəndinin yanındakı sürüngəci aktivləşdirin.

Sürətli tənzimləmələr panelini ("pərdəni") açın və Knox qovluğunun işarəsinə basın:

  • yanılı olanda - qovluq əks olunur,
  • sönülü olanda - qovluq gizlədilir.
Knox qovluğunun etiketinin yandırılması və söndürülməsinin canlandırılması

Bundan başqa, siz tətbiqlər ekranında qovluğun xarici görünüşünü tənzimləyə bilərsiniz. Qovluğun adını və işarəsini elə dəyişin ki, yad adamlar onda özəl məlumatların olduğunu təxmin etməsinlər.

knox qovluğunu gizlətmək knox qovluğunu gizlətmək

1-ci addım. Knox qovluğunu açın və Seçimlər (⋮) işarəsinə basın.

"Knox qovluğunu" tənzimləmək "Knox qovluğunu" tənzimləmək

2-ci addım. Ferdiləşdir seçin.

Knox qovluğu üçün işarəni tənzimləmək Knox qovluğu üçün işarəni tənzimləmək

3-cü addım. Adı daxil edin, tətbiqin işarəsini və rəngini seçin. Sonra Tətbiq et düyməsinə basın.

İndi tətbiqlər ekranında və ya əsas ekranda tətbiq seçilmiş xüsusi görünüşə malik olacaq.

Fərqli Knox qovluq nişanları

Knox qovluğuna quraşdırılmış tətbiqlər sizi narahat etməsin deyə onlar üçün bildirişlərin icazəsini tənzimləyin:

Knox qovluğundakı tətbiqlər üçün bildirişləri tənzimləmək Knox qovluğundakı tətbiqlər üçün bildirişləri tənzimləmək

1-ci addım. Knox qovluğunu açın və Seçimlər (⋮) işarəsinə basın.

Smartfon ekranı Parametrleri seçin. Smartfon ekranı Parametrleri seçin.

2-ci addım. Parametrləri seçin.

Knox qovluğunun bildirişləri Knox qovluğunun bildirişləri

3-cü addım. Bildirişlər səsi bölməsinə keçin.

Knox qovluğunun tətbiqlərinin bildirişləri Knox qovluğunun tətbiqlərinin bildirişləri

4-cü addım. Program bildirişləri bəndini açın.

knox bildirişlərini söndürmək knox bildirişlərini söndürmək

5-ci addım. Bildirişlərini söndürmək istədiyiniz tətbiqin dəyişdiricisini sağa çəkin.

Knox qovluğunu necə silməli

Knox qovluğunu açın və müsbət işarəsinə basın Knox qovluğunu açın və müsbət işarəsinə basın

1-ci addım. Knox qovluğunu açın və sağ yuxarı küncdə üç nöqtənin üzərinə basın.

"Tənzimləmələri"i seçin "Tənzimləmələri"i seçin

2-ci addım. Parametrləri seçin.

Daha çox parametr keçin Daha çox parametr keçin

3-cü addım. Daha çox parametr bölməsinə keçin.

«Poz» düyməsinə basın «Poz» düyməsinə basın

4-cü addım. Poz düyməsinə basın.

Smartfon ekranı  «Sil» düyməsinə basın Smartfon ekranı  «Sil» düyməsinə basın

5-ci addım. Knox qovluğunun silinməsindən sonra faylları saxlamaq istəyirsinizsə, Knox qovluğundan mediafaylların yerini dəyiş yazısına quş işarəsi qoyun, əks halda onlar bərpa imkanı olmadan silinəcək. Sonra Poz düyməsinə basın.

Knox qovluğundakı məlumatları necə bərpa etməli

Telefon qırıldığı və ya itdiyi halda məlumatları saxlamaq üçün qorunan qovluğun ehtiyat surətini yaradın. Onda siz onun məzmununu istənilən vaxt bərpa edə biləcəksiniz. 

Bunun üçün aşağıdakı məqalənin tövsiyələrindən yararlanın.

Şərhiniz üçün təşəkkür edirik!