Samsung Galaxy-nin enerji yığması çox vaxt aparırsa, nə etməli
Bu məqalədə cihazınızın naqilli doldurucu qurğu ilə enerjini çox uzun müddətə - 5 saatdan çox yığdığı halda nə edəcəyiniz barədə məlumat alacaqsınız.
Bəzi modellərin enerji yığması üç saata yaxın vaxt aparır, amma bu, nasazlıq deyil. Telefonunuzun təlimatına baxın, bir çox modellər üçün enerji yığmanın təqribi vaxtı xüsusiyyətlərdə göstərilib.
Proqram xətasını istisna etmək üçün USBSettings tətbiqinin məlumatlarını təmizləməyi sınayın.
Bunun üçün Tənzimləmələr > Tətbiqlər > Sistem tətbiqlərini göstər menyusunu açın > siyahıda USBSettings > Yaddaş > Məlumatları təmizlə ardıcıllığını seçin.
Ola bilsin ki, smartfonun işinə hansısa yüklənmiş proqram təsir edir.
Əgər təhlükəsiz rejimdə enerjinin yığma vaxtı azaldısa, nasazlıq aradan qalxana qədər yüklənmiş proqramları bir-bir silin. Ən sonuncu yüklənmiş və ya yenilənmiş proqramdan başlaya bilərsiniz.
Doldurucu qurğunun üzərindəki cərəyan və gərginlik parametrlərinə baxın, onların uyğunluğunu yoxlayın. Ola bilsin, smartfona uyğun gəlməyən enerji blokundan istifadə edirsiniz.
Cihazınızın başqa elektrik yuvasında enerji yığıb-yığmadığını yoxlayın, ola bilsin, onda gərginlik kifayət qədər deyil.
Həmçinin doldurucu qurğunu başqa enerji bloku ilə yoxlamaq zəruridir, sizinki nasaz ola bilər.
Əgər siz cihaza əlavə olunmuş Google hesabının məlumatlarını xatırlayırsınızsa, smartfonun proqram xətalarını istisna etmək üçün təmzimləmələri sıfırlayın. Təəssüflər olsun ki, bu halda smartfonun yaddaşında yazılmış bütün məlumatlar silinəcək.
Əvvəlki addımların heç biri kömək etmədisə, servis mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Servis mərkəzinə müraciət edərkən təkcə doldurucu qurğu nasaz olsa belə, həm smartfonu/planşeti, həm də doldurucu qurğu dəstini vermək lazım gələcək.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.