Mənim Galaxy Z Flip-də Bluetooth və ya Wi-Fi qeyri-sabit işləyirsə nə etməli

Son yeniləmə tarixi : 09-09-2024

Adi smartfonlardan fərqli olaraq, Galaxy Z Flip qatlanan konstruksiyaya malikdir. Samsung-un yeni qatlanan form faktoru cihazı, ovuc işi ilə tamamilə bağlayaraq, tutmağa imkan verir. Bu, Bluetooth, Wi-Fi və digər şəbəkələrin dalğalarının keçməsinə təsir göstərə bilər. 

Mənim Galaxy Z Flip-də Bluetooth və ya Wi-Fi qeyri-sabit işləyirsə nə etməli - surdotərcüməli video.

Ən tez-tez rast gəlinən səbəblər

Cihazın üzərinə antena tərəfdən (qapağın ekranı ilə eyni tərəfdə yerləşir) metal stikerlər yapışdırmayın.

Metal materiallardan istifadə etməklə hazırlanmış telefon qablarından istifadə etməyin.

Əllərin bilavasitə antena ilə təmasının qarşısını almaq üçün cihazı komplektə daxil olan telefon qabında istifadə edin. 

Qoşulma və şəbəkə tənzimləmələrinin yoxlanması

1-ci addım. Tənzimləmələr tətbiqini işə salın.

2-ci addım. Qoşulmalar bəndinə toxunun.  

3-ci addım. Sürüşən Bluetooth düyməsini aktiv vəziyyətə gətirin.

Qoşulma ilə olan problemlər aradan qalxmadıqda, cihaz şəbəkəsinin parametrlərini sıfırlamaq üçün aşağıdakıları edin. 

1-ci addım. Tənzimləmələr tətbiqini işə salın və Ümumi tənzimləmələrə keçin.

2-ci addım. Sıfırla menyusuna toxunun.

3-ci addım. Şəbəkə parametrlərinin sıfırlanması bölməsini açın.

4-ci addım. Tənzimləmələrin sıfırlanması düyməsinə basın.

Qeyd:

Şəbəkə parametrləri sıfırlandıqda, cihazda şəbəkə qoşulmaları haqqında yaddaşda saxlanmış məlumatlar (Wi-Fi şəbəkələrinin adları, parollar, qoşulmuş kənar cihazların adları) silinəcək.

Şərhiniz üçün təşəkkür edirik!