Kənar cihazları bağlayıcılar (RCA) vasitəsilə Samsung televizoruna necə qoşmaq olaq

Son yeniləmə tarixi : 30-05-2024

RCA - kabeldə və ya cihazlarda bağlayıcı növüdür. RCA kabeli 3 simdən ibarətdir: adətən onlar sarı, ağ və qırmızı rənglərdə olur, lakin digər rənglər də mümkündür. Simlərdən biri videonu ötürür, digər ikisi isə - stereo səsi ötürür. RCA kabeli vasitəsilə, məsələn, qəbulediciləri, DVD-ləri, müəyyən ev kinoteatrlarını və sounbarları qoşmaq olar. RCA kabeli vasitəsilə qoşulma "kompozit" adlandırılır. 

Rəng markalanma rahatlıq məqsədilə istifadə edilir, xüsusiyyətlərinə görə 3 kabel eynidir (bir-birini əvəz edə bilər).

Kənar cihazları bağlayıcılar (RCA) vasitəsilə Samsung televizoruna necə qoşmaq olaq
  • Siqnal analoq kompozit üsulla ötürüldükdə audio və görüntünün keyfiyyəti məhdud olacaq. Məsələn, videonun keyfiyyəti 576i-dən artıq olmayan həllə olacaq. Buna görə də, cihazlarda HDMI yuvası varsa, məhz HDMI bağlantısından istifadə tövsiyə olunur.
  • 2020-ci ildə istehsal olunmuş və daha yeni televizorlarda, habelə 2020-ci ildən əvvəl buraxılmış premium televizorlarda RCA yuvaları olmaya bilər.

RCA kabeli vasitəsilə cihazı televizora qoşmaq üçün 2 variant mövcuddur:

  • birbaşa televizora;
  • ötürücü vasitəsilə.

Bəzi televizorlarda cihazın RCA kabeli vasitəsilə qoşulması yalnız ötürücü vasitəsilə mümkündür.

RCA vasitəsilə cihazı televizora birbaşa necə qoşmaq olar

1 Sarı kabelin istənilən ucunu televizorun arxa hissəsindəki VİDEO yuvasına qoşun (adətən bu yuva sarı-yaşıl rəngdə olur).
2 Kabelin digər ucunu qoşduğunuz cihazdakı sarı VIDEO OUT yuvasına qoşun.

Kabel istənilən rəngdə ola bilər. Ən əsası, kabelin həm televizorda həm də kənar cihazda eyni yuvaya qoşulmasıdır. Yuvalar rənglər, sözlər və hərflərlə işarələnə bilər.

Yuvalar işarələnməyibsə, VIDEO yazısına əsaslanaraq hərəkət edin.

3 Kabel qoşulduqdan sonra televizorda AV siqnalının mənbəyini seçin.

K və daha yeni seriyalara aid smart televizorlarda siqnal mənbəyini necə seçmək olar:

Bir çox müasir televizor modellərində cihaz qoşulduğu zaman, siqnal mənbəyi avtomatik olaraq dəyişir. Bununla belə, biz siqnal mənbəyini tənzimləmələrdə yoxlamağı tövsiyə edirik. 

1-ci addım Pultda "Home" düyməsini vurun və açılan münyuda "Mənbə" maddəsini seçin.

2-ci addım. Qoşulmuş mənbələrin siyahısı göstəriləcək. Siqnal mənbəyi kimi AV seçilməyibsə, onu seçin və pultda Giriş seçin. 

 

K seriyasından əvvəlki televizorlarda mənbəni seçmək üçün:

1-ci addım. Pultda SOURCE düyməsini vurun.

2-ci addım. Qoşulmuş mənbələrin siyahısı göstəriləcək. AV seçin və pultda Giriş düyməsini vurun.

4 Televizorda görüntü yaranıbsa, qalan kabelləri (qırmızı və ağ) də qoşun - onlar televizor və kənar cihazdakı müvafiq yuvalara qoşulmalıdır. Televizorda bu yuvalar AUDIO, kənar cihazda isə adətən AUDIO OUT kimi işarələnir.

Görüntü yoxdursa, simlər düzgün qoşulmayıb və ya səhv siqnal mənbəyi seçilib. Görüntü ağ-qaradırsa, video üçün nəzərdə tutulmuş sim, səhv yuvaya qoşulub.

Ev kinoteatrı qoşulursa, qırmızı və ağ kabellərin (AUDIO) qoşulmasına ehtiyac yoxdur, çünki onun daxili audio sistemi mövcuddur. Bu kabellər qoşularsa, audio çıxışı televizorda olacaq.  Əlavə akustika istifadə edildikdə (və bu anda o qoşulmadıqda) da onların qoşulmasına ehtiyac yoxdur.

Ötürücü ilə RCA vasitəsilə cihazı televizora necə qoşmaq olar

1 3 simi (sarı, ağ, qırmızı) olan sarı ötürücüdən istifadə edin. Bir yuva ilə ucunu televizordakı sarı yuvaya qoşun.

Adətən televizor dəstində 2 ötürücü (sarı və mavi) mövcud olur.  Kompozit üsulla qoşulma zamanı mavi ötürücünün televizora qoşulmasına ehtiyac yoxdur.

Yuvalar işarələnməyibsə, VIDEO yazısına əsaslanaraq hərəkət edin. 

2 Sonra ötürücünün sarı siminə RCA kabelinin sarı simini (istənilən ucunu) qoşun.
3 Sarı simin digər ucunu kənar cihazdakı sarı VIDEO yuvasına qoşun.
4 Kabel qoşulduqdan sonra televizorda AV siqnalının mənbəyini seçin.

K və daha yeni seriyalara aid smart televizorlarda siqnal mənbəyini necə seçmək olar:

Bir çox müasir televizor modellərində cihaz qoşulduğu zaman, siqnal mənbəyi avtomatik olaraq dəyişir. Bununla belə, biz siqnal mənbəyini tənzimləmələrdə yoxlamağı tövsiyə edirik. 

1-ci addım. Pultda "Home" düyməsini vurun və açılan münyuda "Mənbə" maddəsini seçin.

2-ci addım. Qoşulmuş mənbələrin siyahısı göstəriləcək. Siqnal mənbəyi kimi AV seçilməyibsə, onu seçin və pultda Giriş seçin. 

 

K seriyasından əvvəlki televizorlarda mənbəni seçmək üçün - baxış üçün buraya vurun:

1-ci addım. Pultda SOURCE düyməsini vurun.

2-ci addım. Qoşulmuş mənbələrin siyahısı göstəriləcək. AV seçin və pultda Giriş düyməsini vurun.

5 Televizorda görüntü yaranıbsa, qalan kabelləri (qırmızı və ağ) də qoşun - onlar televizor və kənar cihazdakı müvafiq yuvalara qoşulmalıdır. Televizorda bu yuvalar AUDIO, kənar cihazda isə adətən AUDIO OUT kimi işarələnir.

Görüntü yoxdursa, simlər düzgün qoşulmayıb və ya səhv siqnal mənbəyi seçilib. Görüntü ağ-qaradırsa, video üçün nəzərdə tutulmuş sim, səhv yuvaya qoşulub.

Ev kinoteatrı qoşulursa, qırmızı və ağ kabellərin (AUDIO) qoşulmasına ehtiyac yoxdur, çünki onun daxili audio sistemi mövcuddur. Bu kabellər qoşularsa, audio çıxışı televizorda olacaq.  Əlavə akustika istifadə edildikdə (və bu anda o qoşulmadıqda) da onların qoşulmasına ehtiyac yoxdur.

Şərhiniz üçün təşəkkür edirik!