HDMI kabeli vasitəsilə qəbuledicini Samsung televizoruna necə qoşmaq olar

Son yeniləmə tarixi : 17-12-2024

HDMI kabeli vasitəsilə Siz qəbuledicini Samsung televizoruna qoşa bilərsiniz. Bunun necə edildiyini öyrənmək üçün aşağıdakı məqalə ilə tanış olun. 

HDMI mənbəyi
1 Televizor və qəbuledicini söndürün, sonra isə HDMI kabelini qoşun.
  • Televizorunuzda STB kimi işarələnmiş HDMI yuvası varsa, HDMI kabelini ona qoşun.
  • Televizorunuzda STB HDMI yuvası yoxdursa, kabeli digər HDMI yuvasına qoşa bilərsiniz.
  • Sizdə Samsung One Connect varsa, o zaman kabeli modulun arxa tərəfində yerləşən HDMI yuvalarından birinə qoşa bilərsiniz.
Samsung televizorunda HDMI STB yuvası. Samsung televizorunda HDMI STB yuvası.

Samsung televizorunda HDMI STB yuvası.

Samsung televizorunda HDMI yuvası. Samsung televizorunda HDMI yuvası.

Samsung televizorunda HDMI yuvası.

Samsung One Connect modulunda HDMI yuvası. Samsung One Connect modulunda HDMI yuvası.

Samsung One Connect modulunda HDMI yuvası.

2 Hər iki cihazı işə salın.
3 Televizorunuzda siqnal mənbəyi kimi HDMI seçin.
  • C, B seriyalarına aid televizorlarda (2023-2022) mənbənin necə seçiləcəyini öyrənmək: 

    Pult vasitəsilə Home düyməsinə vurun və "Menyu" seçin. Mənbə kimi HDMI seçin - "Qoşulmuş Cihazlar" üzərinə vurun və "HDMI" seçin.

  • A, T, R, N, M, K seriyalarına aid televizorlarda (2021-2016) mənbənin necə seçiləcəyini öyrənmək:

    İdarəetmə pultu vasitəsilə "Home" düyməsinə vurun və "Mənbə" sonra isə "HDMI" seçin.

  • J, H, F seriyalarına aid televizorlarda (2015-2013) mənbənin necə seçiləcəyini öyrənmək:

    İdarəetmə pultu vasitəsilə "Source" düyməsinə vurun və "HDMI" seçin.

 

Şərhiniz üçün təşəkkür edirik!