Samsung televizorunuzda görüntü titrəyirsə nə etməli
Nə baş verir
Samsung televizorunun ekranı titrəyir və ya sayrışır.
Bu niyə baş verir
- Televizora ona uyğun gəlməyən modul və ya One connect kabeli qoşulub
- Televizorun işində nasazlıq baş verib
- Siqnal mənbəyi və onun qoşulması ilə bağlı problem mövcuddur
- Televizorun proqram təminatı köhnəlib
- Tənzimləmələrdə xüsusi işıqlandırma funksiyası aktivdir (qüsur hesab olunmur)
Nə etməli
Bəzən sadəcə televizorun söndürülüb-yandırılması problemi həll edə bilər –– nasazlıqlar aradan qaldırıla bilər. Əvvəlcə televizoru düymə ilə söndürün, sonra elektrik yuvasından çıxarın, bir dəqiqə gözləyin və təkrar yandırın.
Hər bir televizor modeli üçün One Connect blokunun müvafiq modeli nəzərdə tutulub. Buna görə televizor modelinin kodunun One Connect blokunun zavod lövhəsinin üzərindəki model koduna uyğun gəlib-gəlmədiyini yoxlayın.
Samsung televizorlarında xüsusi hərəkət işıqlandırması və LED işıqlandırma mövcud olur. Bəzən işıqlandırma titrəmə kimi qəbul edilir. Bu işıqlandırma aktivdirsə, onu deaktiv etməyə çalışın.
Hərəkət işıqlandırmasının necə deaktiv edildiyini öyrənmək üçün buraya keçin
Addım 1. Tənzimləmələri açın.
Addım 2. Ümumi tənzimləmələri seçin (belə bənd yoxdursa, Sistem bəndini seçin).
Addım 3. «Enerjiyə qənaət» bəndinə keçin (bu bəndin adı Qənaət rejimi də adlana bilər).
Addım 4. Hərəkət işıqlandırması bölməsinə basın və onu deaktiv edin. Bəndin qarşısındakı dairə boş olmalıdır.
LED işıqlandırmasının necə deaktiv edildiyini öyrənmək üçün buraya keçin
- JS seriyalı televizorlarda:
Menyu > Görüntü > Görüntü parametrləri menyusunu açın. Smart Led bölməsini seçin və onu deaktiv edin..
- KS seriyalı televizorlarda:
Tənzimləmələr > Görüntü > Əlavə tənzimləmələr menyusunu açın. Smart Led seçin və onu deaktiv edin.
- M və daha yeni seriyalı televizorlarda:
Addım 1. Tənzimləmələri açın.
Addım 2. Görüntünü seçin.
Addım 3. Əlavə tənzimləmələr bölməsinə keçin.
Addım 4. Görüntü aydınlığı tənzimləmələri bölməsinə basın. Bəzi televizor modellərində müvafiq bənd Auto Motion Plus tənzimləmələri və ya Motion Plus tənzimləmələri adlanır.
Addım 5. LED aydın görüntü bölməsini seçin.
Addım 6. Aktiv et bölməsini seçin.
Görüntünün işlənməsi tənzimləmələri dinamikdir. Onlar aktiv olduqda, görüntü, yayımlanan kontentdən asılı olaraq, işlənəcək. Bəzən bu, titrəmənin yaranmasına səbəb ola bilər.
Görüntünün işlənməsi ilə bağlı bütün tənzimləmələrin necə deaktiv edilməsini öyrənmək üçün buraya keçin
Addım 1. Tənzimləmələri açın.
Addım 2. Görüntünü seçin.
Addım 3. Əlavə tənzimləmələr bölməsinə keçin.
Addım 4. Görüntünün işlənməsi ilə bağlı bütün tənzimləmələri deaktiv edin:
Modeldən asılı olaraq, görüntünün işlənməsi ilə bağlı aşağıdakı tənzimləmələr mövcud ola bilər:
- Görüntü aydınlığının tənzimlənməsi:
«Görüntü aydınlığı tənzimləmələri», bölməsini seçin, sonra «Görüntünün aydınlığı» bölməsinə basın və onu deaktiv edin. - Kontrastın yaxşılaşdırılması:
«Kontrastın yaxşılaşdırılması» bölməsini seçin, «Deaktiv et» düyməsinə basın. - Rəqəmsal səs-küy filtri
- Motion Plus tənzimləmələri (və ya Auto Motion Plus tənzimləmələri)
- Yerli tündləşdirmə
- Test zamanı qüsur müəyyən edilmədi — televizor qaydasındadır. Problem siqnal mənbəyində və ya onun qoşulmasında ola bilər. Bunun yoxlamaq üçün kabeli və siqnal mənbəyini dəyişdirməyi sınaqdan keçirin.
- Test zaman qüsur müəyyən edildi — PT-ni yeniləyin. PT artıq yenilənibsə, Samsung servis mərkəzinə müraciət edin..
Qeyd:
- Görüntüdə qüsur müntəzəm olaraq baş verirsə, test onu müəyyən etməyə də bilər. Titrəmə vaxtaşırı olaraq baş verirsə, tənzimləmələri sıfırlayın.
Proqram təminatının yeni versiyası buraxılıbsa, onu quraşdırın. Proqram təminatının yeni versiyalarında sistemin işi stabil olur və mümkün səhvlər aradan qaldırılır.
Cari siqnal mənbəyini dəyişmək üçün, pultun üstündəki «ОК» və ya «INFO» düyməsinə basın. Ekranda siqnal mənbəyi görünəcək.
Məsələn, efir və ya peyk televiziyasından istifadə edirsinizsə, televizora kompüter və ya smartfon qoşmağı sınaqdan keçirin. Daha sonra televizorun necə işlədiyini yoxlayın.
Digər mənbədən yayım zamanı görüntünün normal olması o deməkdir ki, televizor qaydasındadır. Problem adətən istifadə etdiyiniz siqnal mənbəyindədir.
Mövzu üzrə:
Sıfırlanma televizoru zavod vəziyyətinə geri qaytaracaq və televizor işləyərkən yaranan xətaları aradan qaldıracaq.
Yuxarıda qeyd olunan tövsiyələr sizə kömək etmədiyi halda, texnikanın işinin diaqnostikası və təmiri üçün rəsmi servis mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.