CAM modulunu televizora necə qoşmaq lazımdır

Son yeniləmə tarixi : 31-05-2024

Bu məqalədə CAM modulu və giriş kartından (xarici qəbuledicidən istifadə etmədən) istifadə etməklə kabel televiziyasını və ya peyk antenasını birbaşa televizorunuza necə qoşmaq olar barədə öyrənəcəksiniz.

Giriş kartı ilə CAM modulu rəqəmsal televiziya xidməti provayderi tərəfindən təmin edilir və provayderin ödənişli rəqəmsal kanallarının şifrəsini açmaq üçün istifadə olunur.

Qeyd:

Peyk antenasını qoşmazdan əvvəl, televizorunuzda quraşdırılmış peyk tunerinin (televizorun arxa panelində ANT In Satellite yuvası) olduğundan əmin olun. Televizor peyk antenasının qoşulmasını dəstəkləmirsə, giriş kartı ilə CAM modulununun qoşulmasına ehtiyac yoxdur, çünki yayım yalnız xarici qəbuledici vasitəsilə mümkündür.

CAM-modulunu necə qoşmaq olar

Modeldən asılı olaraq, CAM modulunu aşağıdakı üsullarla qoşmaq olaq: 

  • Common Interface yuvası vasitəsilə (televizorun yan tərəfində);  
  • Televizorun arxa panelinə quraşdırılan Ayrıca Common Interface adapteri vasitəsilə (televizorla birlikdə dəstdə təqdim edilir).
  • One Connect Box-da Common Interface slotu vasitəsilə.
CAM-modulun qoşulma üsulları

Common Interface slotu vasitəsilə CAM-modulunu necə quraşdırmaq olar

1 Şərti giriş kartını CAM-moduluna daxil edin.
CAM-modulu
  • Əmin olun ki, kart düzgün şəkildə quraşdırılıb (Kart çipinin metal kontaktları CAM modulunun ön tərəfinə yönəldilməlidir).
  • Modul ilə kart ayrıca əldə edilir (adətən, kabel və ya peyk yayımının provayderindən).
2 Kartla CAM modulunu Common Interface yuvasına (televizorun yan tərəfində) qoşun.

COMMON INTERFACE (CI) adapteri vasitəsilə CAM modulunu necə quraşdırmaq olar

Common Interface (CI) adapteri televizorun dəstində təqdim olunur. Aksessuar itərsə, onu səlahiyyətli xidmət mərkəzlərimizdən əldə edə bilərsiniz.

1 Common Interface stikerini (televizorun arxa panelində) çıxarın.
CI stikeri
2 CI adapterini dirənənədək müvafiq boşluqlara daxil edin.
CI adapterini daxil edin
3 CI adapterini üzərinə basın və onu yuvaya qoşun.
CI adapterini daxil edin
4 Adapterin düzgün qoşulduğundan əmin olun.
CI adapterini daxil edin
5 Şərti giriş kartını CAM-moduluna daxil edin.
CAM-modulu
  • Əmin olun ki, kart düzgün şəkildə quraşdırılıb (Kart çipinin metal kontaktları CAM modulunun ön tərəfinə yönəldilməlidir).
  • Modul ilə kart ayrıca əldə edilir (adətən, kabel və ya peyk yayımının provayderindən)
6 Kart ilə CAM modulunu CI adapterinə qoşun.
Əmin olun ki, modul dirənənədək və düzgün tərəflə sıx daxil edilib.
Kart ilə CAM modulunu CI adapterinə qoşun.

CAM-modulunun müəyyən edildiyini necə yoxlamaq olar

CAM modulunu televizora qoşduqdan sonra cihazdakı tənzimləmələr menyusu vasitəsilə bağlantını yoxlamağı tövsiyə edirik.

1 Pult vasitəsilə Home düyməsinə vurun və Bütün Parametrlər seçin.
Bütün Parametrlər
2 Yayımlamaq seçin.
Yayımlamaq
3 Ümumi interfeys maddəsini seçin.

Menyu bölməsi əlçatandırsa, problemlər yoxdur. 

Ümumi interfeys

Bölmə əlçatan deyilsə, üçün aşağıdakı təlimatdan istifadə edin.

Ümumi interfeys
  1. Televizoru elektrik yuvadan ayırın.

  2. CAM-modulu ilə CI adapterini yenidən qoşmağa cəhd edin.

    Ola bilsin ki, adapter sıx yerləşdirilməyib. Bu ehtimalı aradan qaldırmaq üçün CAM modulunu yuxarıdakı təlimatlara uyğun olaraq yenidən qoşun.

  3. Digər CAM modulu ilə bağlantını yoxlayın.

    Digər CAM modulu ilə bağlantını yoxlayın (belə bir imkan varsa) 
  • Başqa CAM modulu uğurla qoşulursa, çox güman ki, problem əvvəllər istifadə etdiyiniz moduldadır. Ətraflı məlumat üçün provayderinizin dəstək xidməti ilə əlaqə saxlamağı məsləhət görürük. 
  • Digər CAM modulu da qoşulmursa, problem adapter və ya televizorda ola bilər. Problemi həll etmək üçün ən yaxın xidmət mərkəzinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!