Bluetooth qulaqlıqlarını Samsung televizoruna necə qoşmaq olar
Simsiz qulaqlıqların qoşulması funksiyası J seriyasına aid televizorlarda əlçatandır.
Ekran görüntüləri və cihazın menyusu cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişir.
Bluetooth Dinamik Siyahısı seçin.
Televizorun ekranında bütün qoşulmaya hazır olan cihazlar əks olunacaq. Lazımi qulaqlıqları seçin.
Cütləşdir və qoş seçin.
Qoşulmadan sonra məlumatlandırıcı pəncərə açılacaq. OK düyməsini vurun.
Televozorun səsi yalnız qulaqcıqlarda eşidiləcək. Səsi yenidən TV dinamikinə keçirmək üçün Səs Çıxış bölməsində mənbə kimi TV Dinamikini seçin.
- Televizor modeliniz 2015-ci ildə istehsal olunmuş K seriyasına aiddirsə:
Menyu > Audio > Dinamik seçmək > Audio Bluetooth > Qulaqlıqlar seçmək > Əlaqəli bağlantı və qoşulma.
- Televizor modeliniz 2015-ci ildə istehsal olunmuş J seriyasına aiddirsə:
Menyu > Audio > Dinamik tənzimləmələri > Bluetooth qulaqlıqlarının siyahısı > Qulaqlıqlar seçmək > Qoşulma.
Audio çıxışını eyni zamanda qulaqlıqlara və TV dinamikinə necə tənzimləmək olar
Metod 1.
- Qulaqlıqları televizora qoşduqdan sonra, Parametrlər bölməsinə keçid edin. Ümumi bölməsini açın.
- Daxil olmaq imkanı seçin.
- Çoxçıxışlı Audio açın.
- Çoxçıxışlı Audio aktivləşdirin.
Metod 2.
- Qulaqlıqları televizora qoşduqdan sonra, Parametrlər bölməsinə keçid edin. Sistem bölməsini açın.
- Xüsusi imkanlar seçin.
- Audio multiçıxış > Aktiv etmək vurun.
Bluetooth qulaqlıqlarının televizorla istifadəsinin xüsusiyyətləri
- Qulaqlıqlarda səsin gücünü menyu vasitəsilə tənzimləmək imkanı yalnız müəyyən televizor modellərində mümkündür. Səsin gücünü tənzimləmək imkanı ilə qulaqlıqlardan istifadə edin.
- Eyni anda televizora yalnız bir qulaqlıqlar qoşa bilərsiniz.
- Televizor əlaqəli bağlantı ilə qoşulan bütün qulaqlıqları yadda saxlayır, onların təkrarən qoşulmasına ehtiyac yoxdur.
- Bluetooth qulaqlıqlarının qoşulması digər cihazlardan istifadəyə təsir göstərmir. Bu cür cihazlara gamepad, mouse, klaviatura və s. aiddir.
- Televizor söndürülüb qoşulduqdan sonra səs avtomatik olaraq televizorun dinamiklərinə qayıdacaq.
- Televizor işləyərkən, əlaqəli bağlantı ilə qoşulan qulaqlıqları aktivləşdirsəniz, televizor səsi onlara köçürməyi təklif edəcək.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.