AirPlay 2 vasitəsilə iOS cihazını Samsung televizorunda necə əks etdirmək olar
Samsung televizorunuz AirPlay texnologiyasını dəstəkləyirsə, onda Wi-Fi şəbəkəsi ilə Apple cihazlarından video, foto, musiqi və digər kontent yayımlamaq olar.
Samsung televizorunda Apple cihazınızın ekranının yayımını işə salmaq üçün bu məqalədəki tövsiyələrdən istifadə edin.
AirPlay aşağıdakı televizorlarda dəstəklənir:
- 2018-ci il istehsal tarixli və daha yeni, habelə, aktual əməliyyat sistemi versiyalı televizorlarda,
- iOS v.12.3 ilə (və ya daha sonrakı versiyalı) işləyən smartfonlarda,
- Mojave 10.14.5 (və ya daha sonrakı versiyalı) işləyən MAC cihazlarında.
Ekranı necə əks etdirmək olar
Evinizdə iki şəbəkə (2,4 Ghz və 5 Ghz) paylaşan iki diapazonlu router varsa, telefonun da, televizorunda eyni tezlikdə Wi-Fi şəbəkəsinə qoşulu olduğundan əmin olun.
B seriyalı və daha yeni (2022-ci ildə istehsal olunmuş və daha yeni) televizorlar üçün: Bütün Parametrlər → Qoşulmalar → Apple Airplay Parametrləri,
A seriyalı və daha köhnə (2021-ci ildə istehsal olunmuş və daha köhnə) televizorlar üçün: Bütün Parametrlər → Bağlantisi → Apple Airplay Parametrləri.
Televizorunuz AirPlay funksiyasını dəstəkləyir, lakin bu bənd mövcud və ya aktiv deyilsə, mağazadan Apple TV quraşdırın.
- iPhone X (və daha yeni)/ iPadOS 13 ilə işləyən iPad (və daha yeni) üçün: barmağınızı ekranın sağ yuxarı küncündən aşağıya doğru çəkin,
- iPhone SE, iPhone 8 (və daha köhnə) cihazında: barmağınızı ekranın aşağı kənarından yuxarıya doğru çəkin.
Bu mərhələdə sizin televizorunuz siyahıda yoxdursa, deməli telefon onu görmür. Bu, yanlış şəbəkə tənzimləmələri, yeniləmələrin mövcudluğu və cihazın fəaliyyətindəki nasazlıqlar səbəbi ilə baş verə bilər.
Nasazlıqların aradan qaldırılması üçün aşağıdakı məqalədən istifadə edin.
Hazırdır. Televizorda Apple cihazınızın ekranının yayımlanması başlayacaq.
Yayımı dayandırmaq üçün İdarəetmə bəndini açın → Ekranın təkrarlanması → Yayımı dayandır.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.