Smart Control pultu vasitəsilə bir neçə cihazın idarə edilməsini necə tənzimləmək olar

Son yeniləmə tarixi : 13-09-2024

Smart Control pultundan təkcə televizorun idarə edilməsi üçün deyil, həm də başqa cihazlarla işi tənzimləmək üçün də istifadə etmək olar: səs ucaldan, ev kinoteatrı, oyun əlavəsi və ya DVD/Blu-ray pleyeri.

Universal pult funksiyası aşağıdakılarda istifadə oluna bilər:

  • analoji qoşulmuş qurğularda,
  • HDMI-CEC texnologiyasını dəstəkləməyən qurğularda.
Televizor və səs ucaldan eyni pultla yandırılır.

Qeyd:

Əgər televizorunuz və xarici qurğu HDMI kabeli vasitəsilə əlaqələnibsə, siz bu interfeysin quraşdırılmış funksiyasından - HDMI CEC texnologiyasından yararlana bilərsiniz.  Bu texnologiya əlavə tənzimləmələr olmadan cihazlar arasında qarşılıqlı əlaqə yaratmağa kömək edir.

Samsung cihazlarında HDMI CEC texnologiyasının imkanlarından istifadə etmək üçün Anynet+ funksiyasını aktivləşdirin. HDMI CEC texnologiyası digər istehsalçıların cihazlarında başqa cür adlana bilər. Bu funksiya aktivləşəndə xarici qurğu Smart Control pultundan idarəetmə komandaları alacaq.

Anynet+ funksiyasını aktivləşdirmək üçün xarici qurğlarda  Tənzimləmələr > Ümumi > Dispetçeri açın və Anynet + (HDMI-CEC) bəndinə basın.

2016-cı il buraxılışı olan televizor üçün Smart Control pultunu necə tənzimləməli

1 Televizorun pultunda Ev düyməsinə basın. Mənbə, sonra Universal pultun tənzimlənməsi bölməsini seçin.
  • B-seriyalı televizorlarda (2022-ci il buraxılışı):
    Pultda Ev düyməsini sıxın, Menyunu, sonra Qoşulmuş cihazları seçin və Universal UİP tənzimlənməsi yazısının üzərinə basın.
Mənbə, sonra Universal pultun tənzimlənməsi bölməsini seçin
2 Tənzimləməyə başlamaq üçün Başlama salma düyməsini sıxın.
Tənzimləməyə başlamaq üçün Başlama salmaq düyməsini sıxın.
3 3. Qoşmaq istədiyiniz cihazın növünü seçin:
  • Kabel və ya peyk əlavəsi - kabel televiziyası və ya peyk anteninin qoşulması üçün. 
  • Ev kinoteartı - ev kinoteatrı, səs ucaldan və digər səs qurğularını qoşmaq üçündür.
  • OTT-əlavə və ya oyun konsolu - İnternet şəbəkəsi vasitəsilə siqnal alan əlavənin qoşulması üçündür.
  • Blu-ray disklərinin oxuducusu - DVD və Blu-ray oxuducularını qoşmaq üçündür.
Qoşmaq istədiyiniz cihazın növünü seçin.
4 4. Qurğunun markasını, ya da xidmətlərin tədarükçüsünün adını seçin.
Qurğunun markasını, ya da xidmətlərin tədarükçüsünün adını seçin.
5 Xarici qurğunun qoşulduğu birləşdiricini seçin.
Xarici qurğunun qoşulduğu birləşdiricini seçin.

Əlavəni və ya oyun konsolunu televizora birbaşa, ev kinoteatrı və ya səs ucaldan vasitəsilə qoşmaq olar. Onlar üçün lazımi qoşulma metodikasını seçin.

6 Universal pult funksiyasının tənzimləməsini başa çatdırmaq üçün enerji doldurmaq testini işə salın.
Enerji doldurmaq testini başladın.

Xarici qurğudakı göstəriciyə baxın. Enerji doldurmaq testi düyməsinə basdıqdan sonra o yanmalı və ya sönməlidir (başlanğıc vəziyyətindən asılı olaraq). Televizorun ekranında sağdakı pəncərədə görüntü üzə çıxacaq və ya itəcək.

  • Əgər qurğu yandısa və ya söndüsə - əlaqə quruldu. Tənzimləməni başa çatdırmaq üçün "Bəli" düyməsinə basın.
  • Əgər qurğu reaksiya vermədisə, "Xeyr" düyməsinə basın və testi təkrar edin.

Qurğunun qoşulması üçün 1-4 dəfə cəhd etmək lazım gələcək.

Bəli Xeyr
  • Əgər 4-cü cəhddən sonra qoşulma alınmadısa:
    bağlantını əllə yaratmağa cəhd edin. Bunun üçün Modelin nömrəsinin axtarışı düyməsinə basın və lazımi qurğunu seçin. Qurğunun testini təkrarlayın.
  • Əgər qurğu siyahıda yoxdursa və ya Smart Control pultuna reaksiya vermirsə:
    təəssüf ki, bəzi xarici qurğular universal pult funksiyasını dəstəkləməyə bilər. 
"Bəli", "Xeyr", "Modelin nömrəsinin axtarışı" düymələri
7 Qurğu müvəffəqiyyətlə qoşulduqdan sonra Hazırdır düyməsinə basın.
Prosesi başa çatdırmaq üçün Hazırdır düyməsinə basın

E, F, H və ya J seriyalı televizorlarda universal pult funksiyasının işləməsi üçün ona infraqırmızı siqnal ötürücüsünü qoşmalı olacaqsınız.

Televizor üçün Samsung İQ-detektoru

Qurğuların televizora qoşulma qaydasına diqqət yetirin. Əgər o səhv yerinə yetirilsə, universal pult funksiyasını tənzimləyə bilməyəcəksiniz.

İQ-detektorunu televizora qoşmaq qaydası
1 Menyunu açın. Sistem bölməsində Qurğuların dispetçeri bəndini seçin. Universal UİP tənzimləmələrinə basın.
2 Tənzimləməyə başlamaq üçün Start salmaq düyməsinə basın.
 Tənzimləməyə başlamaq üçün İşə salmaq düyməsinə basın.
3 Qurğunun növünü seçin: TV-əlavəsi, Blu-ray oxuducusu və ya ev kinoteatrı.
Cihazın növünü seçin.
4 Qurğunun markasını, ya da xidmətlərin tədarükçüsünün adını seçin.
Bəli və Xeyr düymələri
5 Xarici qurğunun qoşulduğu birləşdiricini seçin.
Xarici qurğunun qoşulduğu birləşdiricini seçin.
6 Enerji doldurmaq testini başladın.
Enerji doldurmaq testini başladın.

Xarici qurğudakı göstəriciyə baxın. Test funksiyası düyməsini basdıqdan sonra enerji yığımı başlamalı və ya dayanmalıdır (başlanğıc vəziyyətindən asılı olaraq). Televizorun ekranında sağdakı pəncərədə görüntü üzə çıxacaq və ya itəcək.

  • Əgər qurğu yandısa və ya söndüsə - əlaqə quruldu. Tənzimləməni başa çatdırmaq üçün "Bəli" düyməsinə basın.
  • Əgər qurğu reaksiya vermədisə, "Xeyr" düyməsinə basın və testi təkrar edin..

Qurğunun qoşulması üçün 1-3 cəhd lazım olacaq.

Bəli; və Xeyr düymələri
  • Əgər 3-cü cəhddən sonra qoşulma alınmasa:
    televizor əllə bağlanma yaratmağı təklif edəcək. Bunun üçün Modelin nömrəsinin axtarışı düyməsinə basın və lazımi qurğunu seçin. Qurğunun testini təkrarlayın.
  • Əgər qurğu siyahıda yoxdursa və ya Smart Touch Control pultuna reaksiya vermirsə:
    təəssüf ki, bəzi xarici qurğular universal pult funksiyasını dəstəkləməyə bilər. 
7 Tənzimləməni başa çatdırmaq üçün Çıxış düyməsini sıxın.
Çıxış düyməsinə basın.

Şərhiniz üçün təşəkkür edirik!