Samsung televizoruna tətbiqi necə quraşdırmaq olar

Son yeniləmə tarixi : 17-12-2024

Televizorunuzda rəsmi tətbiqlər mağazası əvvəlcədən quraşdırılıb. Mağazadakı bütün tətbiqlər artıq cihazınız üçün optimallaşdırılıb və pulsuz yüklənə bilər. Tətbiqləri quraşdırmaq üçün məhz ondan istifadə etməyi məsləhət görürük. Samsung televizoruna tətbiqin quraşdırılmasına dair məlumat almaq üçün televizorunuzun ilini və ya seriyasını seçin, sonra isə aşağıdakı təlimatlardan birinə əməl edin. 

Diqqət edin: 

  • Rəsmi mağazada hər hansı tətbiqin yerləşdirilməsinə dair qərarı yalnız tərtibatçı verir.
  • Kompüterlər və smartfonlardan fərqli olaraq, kənar mənbələrindən tətbiqlərin televizorlara quraşdırılması tövsiyə edilmir. Samsung bu cür proqramların düzgün işləməsinə dair heç bir zəmanət vermir.
  • Mağazadakı mövcud tətbiqlərin siyahısı ölkə və televizor modelindən asılı olaraq dəyişə bilər. 

Qeyd: 

Tətbiqləri televizorunuza quraşdırmaq üçün Samsung hesabınıza daxil olmalısınız!

1 Smart Control pultunda "Home" düyməsini sıxın. “Media” maddəsini seçin.
“Media” seçin
2 sonra isə “Apps” ("Tətbiqlər") maddəsinə keçid edin.
“Apps” seçin
3 Təklif olunan kateqoriyalardan tətbiq seçin.

Apps bölməsində populyar tətbiqlər yerləşir. Lazımi tətbiqi tapmaq üçün kateqoriyalar vasitəsilə keçid etmək və ya yuxarı sağ küncdəki axtarışdan istifadə etmək olar.

Təklif olunan kateqoriyalardan tətbiq seçin
4 Tətbiqi seçin və «"Quraşdır"» sıxın.
"Quraşdır" sıxın
5 Endirmənin tamamlanmasını gözləyin.
6 "Aç" düyməsini sıxın. 
"Aç" düyməsini sıxın
7 Quraşdırıldıqdan sonra tətbiq "Endirilmiş Proqram" kateqoriyasında əks olunacaq.
Endirilmiş Proqram

Qeyd: 

Tətbiqləri televizorunuza quraşdırmaq üçün Samsung hesabınıza daxil olmalısınız!

1 Televizorunuzun pultunda "Home" ("Əsas") səhifə düyməsini sıxın.
2 Aşağıdakı açılan (pop-up) paneldə APPS bölməsini seçin.
3 Janrlardan tətbiq seçin və ya televizorun yuxarı sağ küncündəki axtarışdan istifadə edin.
4 "Quraşdır" seçin.
Proqram endiriləcək və Smart Hub əsas ekranında görünəcək.
5 Endirmənin tamamlanmasını gözləyin.
6 "Aç" seçin.
Quraşdırıldıqdan sonra tətbiq “Endirilmiş Proqram” kateqoriyasında əks olunacaq.

1 Smart Hub-ı işə salın.
Bunu etmək üçün televizorunuzun pultunda "Home" və ya "Smart" smart button düyməni sıxın.
2 APPS bölməsini seçin və ya televizorun yuxarı sağ küncündəki axtarışdan istifadə edin.
3 Tətbiq seçin və ya televizorun yuxarı sağ küncündəki axtarışdan istifadə edin.
4 "Quraşdır" seçin.
Proqram endiriləcək və Smart Hub əsas ekranında görünəcək.
5 Endirmənin tamamlanmasını gözləyin.
6 "Aç" seçin.
Quraşdırıldıqdan sonra tətbiq “APPS” kateqoriyasında əks olunacaq.

1 Smart Hub-ı işə salın.
Bunu etmək üçün televizorunuzun pultunda "Smart" smart button düyməni sıxın.
2 Aşağıdakı paneldə "APPS" ("Tətbiqlər") bölməsini seçin.
3 Təklif olunan kateqoriyalardan tətbiq seçin və ya televizorun yuxarı sağ küncündəki axtarışdan istifadə edin.
4 "Endirmək" seçin.
5 Endirmənin tamamlanmasını gözləyin.
6 "Aç" seçin.
 Quraşdırıldıqdan sonra tətbiq “Mənim tətbiqlərim” kateqoriyasında əks olunacaq.

1 Smart Hub-ı işə salın və Populyar olanlar menyusunda APPS bölməsini seçin..
Smart Hub-ı işə salmaq üçün pultda "Smart" smart button düyməni sıxın.
Bundan əlavə, tətbiqləri yükləmək üçün axtarışdan istifadə edə bilərsiniz.
2 "Kateqoriyalar" maddəsini seçin.
Tətbiq təklif olunan kateqoriyalardan birində yerləşə bilər: Video, Oyun, İdman və ya Stil.
3 Tətbiq seçin.
Kateqoriyanı seçdikdən sonra çərçivəni lazımi tətbiqə yönəldin pultda "OK" düyməsini sıxın.
4 "Endirmək" seçin.
5 Endirmənin tamamlanmasını gözləyin.
6 "Aç" seçin.
• "Ən populyar" bölməsində istifadəçilər arasında ən populyar tətbiqlər göstərilir.
• "Yeniliklər" bölməsində Samsung Apps mağazasına ən son əlavə edilmiş proqramlar göstərilir.

1 Smart Hub-ı işə salın və Samsung Apps seçin.
Bunu etmək üçün televizorunuzun pultunda rəngarəng "Smart" smart button düyməni sıxın və alt paneldə Samsung Apps-ı işə salın.
2 Lazımi kateqoriyanı seçin.
Tətbiq təklif olunan kateqoriyalardan birində yerləşə bilər: Video, Oyun, İdman və ya Stil.
3 Tətbiq seçin.
Kateqoriyanı seçdikdən sonra çərçivəni lazımi tətbiqə yönəldin pultda OK düyməsini sıxın.
4 "Endirmək" seçin.
Proqram endiriləcək və Smart Hub əsas ekranında görünəcək.
5 Endirmənin tamamlanmasını gözləyin.
6 "İşə salmaq" seçin.

Qeyd:

Ekran görüntüləri (skrinşotlar) və menyunun görünüşü cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişə bilər.

Şərhiniz üçün təşəkkür edirik!