Samsung televizorunu necə qeydiyyatdan keçirmək olar
Yeni Samsung Smart televizorunu əldə etmisiniz? Televizoru qeydiyyatdan keçirməyi unutmayın və müştərilərimiz üçün nəzərdə tutulmuş əlavə xidmətlərdən yararlanın.
Məhsulun qeydiyyata alınmasının üstünlükləri və qeydiyyatın necə baş verdiyi haqqında məlumat verəcəyik. Televizorun qeydiyyata alınması üçün 2 üsul mövcuddur: birbaşa televizorda və ya Samsung Members tətbiqində.
Televizorun qeydiyyata alınmasının üstünlükləri
Məhsulların qeydiyyata alınması daha sürətli dəstək və bir hesab vasitəsilə qeydiyyatdan keçirilmiş bütün məhsullar üçün bütün xidmətlərə çıxış təmin edir. Hesab vasitəsilə aşağıdakı əlavə üstünlüklər əldə edirsiniz:
- Məhsul haqqında ətraflı məlumatlar Samsung Müştəri Xidmətləri vasitəsilə dərhal əldə oluna bilər, bu isə sənədləri asanlıqla tapmağa və sorğuları daha sürətli emal etməyə imkan verir.
- Ən son təlimatların, tez-tez verilən sualların endirilməsi.
- Xidmət sorğusu yaratmaqla problemlərin həllini onlayn tapmaq imkanı.
- Xidmət statusunun onlayn izlənilməsi.
2020-ci ildə buraxılmış məhsulların qeydiyyatı
Televizoru qeydiyyatdan keçirdikdən sonra hər dəfə seriya nömrəsini yoxlamağa və bildirməyə ehtiyac yoxdur. 2020-ci ildə istehsal olunmuş televizor modelləri sizə birbaşa televizorda qeydiyyatdan keçməyə imkan verən yeni qeydiyyat funksiyası təklif edir. Televizor haqqında suallar vermək və ya dəstək xidməti ilə əlaqə saxlamaq üçün televizorun seriya nömrəsi lazım ola bilər. Televizorda qeydiyyata alınmaq üçün aşağıdakı hərəkətləri yerinə yetirin.
Qeyd: Ekran görüntüləri və cihaz menyuları yalnız ingilis dilindədir - onlar həmçinin ölkənizin dilində də mövcuddur.
Samsung hesabınız yoxdursa, məhsulun qeydiyyatına davam etmək üçün hesab yaratmalısınız.
Məhsulu Samsung Members vasitəsilə qeydiyatdan keçirin
Samsung Members tətbiqini quraşdırın və Samsung məhsullarını qeydiyyatdan keçirmək üçün Samsung hesabınıza daxil olun. Məhsulu qeydiyyatdan keçirmək üçün aşağıdakı hərəkətləri yerinə yetirin.
- QR kod: Məhsulunuzun QR kodunu skan edin, məhsulun növünü seçin, sonra isə modelin nömrəsini daxil edin və ya skan edin.
- Wi-Fi: Wi-Fi skan edin, qeydiyyata almaq istədiyiniz məhsulun üzərinə vurun, sonra isə modelin növünü seçin.
- Əl ilə daxiletmə və ya ştrix-kod: məhsulun növünü seçin, barkodu skan edin və ya məhsulunuzun modelini/seriya nömrəsini əl ilə (manual) daxil edin.
Qeyd:
Stiker üzərindəki QR kod, barkod, modelin nömrəsi və seriya nömrəsi adətən məhsulun və ya qablaşdırmanın yan və ya arxa hissəsində yerləşir.
Bundan əlavə, pultdan istifadə etməklə QR kodu, modelin nömrəsini və seriya nömrəsini yoxlaya bilərsiniz: Menyu → Parametrlər → Dəstək → Bu TV haqqında açın.
Qeydiyyat zamanı xətaların aradan qaldırılması
- VPN-dən istifadə bağlantı ilə bağlı problemlər yarada bilər. Qeydiyyat zamanı VPN-dən istifadə etməməyi tövsiyə edirik.
- Samsung Members proqramından istifadə etməklə məhsulu qeydiyyatdan keçirə bilmirsinizsə, tətbiqi silib yenidən quraşdırın.
Qeyd:
- Ekran görüntüləri və cihazın menyusu cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişir.
- Bundan əlavə, məhsulu Samsung saytında qeydiyyatdan keçirə bilərsiniz.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.