Samsung televizorunun pultunda batareyaları necə əvəzləmək olar
Samsung məsafədən idarəetmə pultların aşağıdakı növləri vardır:
- Smart Control pultu - Bluetooth və ya İnfraqırmızı siqnal ilə işləyən kiçik az düymələr dəsti ilə müasir pultlar.
- Smart Touch Control pultu - İnfraqırmızı siqnal ilə işləyən sensor paneli və/və ya aeromouse funksiyası ilə pultlar.
- universal düyməli - İnfraqırmızı siqnal ilə işləyən istifadəçilər üçün ən çox tanış olan rəqəmlərlə pult.
Pultun daha uzun müddət işləməsi üçün qələvi və ya litium batareyalardan istifadə edin.
Batareyaları quraşdırarkən onların polyarlığına diqqət yetirin - bu məlumatlar batareyanın korpusunda "+" və "-" işarələri ilə göstərilir. Pultun korpusundakı batareyalar üçün nəzərdə tutulmuş boşluqlarda hər zaman polyarlıq göstərilməklə batareyaların yerləşdirilməsi sxemi mövcud olur.
Qeyd:
- Uzun müddət pultdan istifadə etməyəcəksinizsə, bu müddət üçün batareyaları çıxarın.
- Bluetooth pultunda enerji səviyyəsinə TV-nin menyu bölməsində baxmaq olar: Tənzimləmələr> Dəstək > TV haqqında açın və Smart Control batareyasının vəziyyəti bəndini tapın. Dəyər mətn formasında göstərilir, məsələn, “yüksək”, “çox aşağı” və s. 2022-ci ildən başlayaraq istehsal olunmuş televizorlarda, enerji səviyyəsi faizlə göstərilir. Bunun üçün Menyu > Tənzimləmələr > Ümumi məlumatlar və məxfilik > Enerjiyə qənaət > İdarəetmə pultunda batareyanın enerji səviyyəsini açın.
Aşağıda Samsung pultlarının ən çox yayılmış növlərində batareyaların quraşdırılmasına dair təlimatlar təqdim olunur. Pultunuz rəng, düymələrin yerləşməsi və ya yazı baxımından fərqlənirsə, müvafiq pulta bənzər pultun təsvir edildiyi təlimatlara keçid edin.
Pultun növünü müəyyən etmək üçün yuxarıdakı şəkillərdən istifadə edə və ya televizorun seriyası və ya istehsal ili üzrə müvafiq bölməyə keçid edə bilərsiniz.
Smart Control pultları
Bu pultlar 2016-cı ildən başlayaraq istehsal olunmuş televizorlar üçün nəzərdə tutulub (K, M, N, R, T, A, B, C seriyaları). Modeldən asılı olaraq, onlar Bluetooth və ya İnfraqırmızı siqnal ilə işləyə bilər. Bluetooth vasitəsilə işləyən pultlar İQS pultları ilə müqayisədə daha çox enerji sərf edir.
Pultun dizaynı bir neçə variantda ola bilər:
• Əyri, arxa paneldə düymələri olmayan pult
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Pultun arxa qapağının aşağı hissəsində ox işarəsi olacaq. Qapağı ox işarəsi ilə göstərilən istiqamətdə çəkin.
- Qapağın yeri dəyişəcək, qapaq bloklan çıxarılıb və onu çıxarmaq mümkündür.
- Qapağın altında, pultun aşağı hissəsində batareyalar üçün boşluq yerləşir.
- Bu pult modelində iki AA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - onları batareyalar üçün nəzərdə tutulmuş boşluqda göstərilən qaydada yerləşdirin.
- Yeni batareyaları quraşdırdıqdan sonra qapağı pultda elə yerləşdirin ki, yuxarıdakı hissədə cüzi boşluq qalsın və şıqqıltı səsinədək itələyin.
• Düz, arxa paneldə düymələri olmayan pult
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Pultun arxa qapağının aşağı hissəsində ox işarəsi olacaq. Qapağı ox işarəsi ilə göstərilən istiqamətdə çəkin.
- Qapağın yeri dəyişəcək, qapaq bloklan çıxarılıb və onu çıxarmaq mümkündür.
- Qapağın altında, pultun aşağı hissəsində batareyalar üçün boşluq yerləşir.
- Bu pult modelində iki AAA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - onları batareyalar üçün nəzərdə tutulmuş boşluqda göstərilən qaydada yerləşdirin.
- Yeni batareyaları quraşdırdıqdan sonra qapağı pultda elə yerləşdirin ki, yuxarıdakı hissədə cüzi boşluq qalsın və şıqqıltı səsinədək itələyin.
• Düz, arxa paneldə düyməsi olan pult
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Arxada, pultun yuxarı hissəsində bir düymə olacaq - həmin düyməni dirənənədək sıxın.
- Yaylar pultun daxili hissəsini itələyəcək - onu tutun və dirənənədək çəkin.
- Pultu çevirin, düymələr Sizə istiqamətdə olmalıdır, mərkəzi hissədə batareyalarla bölmə olacaq.
- Bu pult modelində iki AAA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - hər iki batareya eyni qaydada yerləşdirilməlidir: "mənfi" - düymələrə istiqamətdə, "müsbət" isə pultun aşağı hissəsinə istiqamətdə.
- Yeni batareyalar quraşdırdıqdan sonra pultun sürüşən hissəsini yenidən korpusun daxilinə salın.
• Düz, günəş paneli ilə pult
Pultunuzun arxa panelində düzbucaqlı əlavə varsa, bu günəş panelidir Bu cür pultlarda adi əvəz edilən batareyalara ehtiyac yoxdur.
Günəş paneli pultda enerji səviyyəsinin saxlanılması üçün nəzərdə tutulmuşdur - pultu günəş paneli yuxarı istiqamətdə, işıqlar yanıqlı olduqda otağın istənilən yerinə və ya pəncərənin yanına qoya bilərsiniz, o enerji yığmağa başlayacaq.
Pultda enerjini daha sürətli doldurmaq üçün onu USB-C kabeli vasitəsilə enerji doldurma cihazına qoşa bilərsiniz. USB-C yuvası pultun aşağı hissəsində yerləşir.
Cari enerji səviyyəsini yoxlamaq üçün TV-nin Menyu bölməsinə daxil olun:
- Faizlə: Tənzimləmələr > Ümumi məlumatlar və məxfilik > Enerjiyə qənaət > İdarəetmə pultunda batareyanın enerji səviyyəsi.
- Mətn formasında: Tənzimləmələr > Dəstək > TV haqqında > Smart Control batareyasının vəziyyəti.
Smart Touch Control pultları
Bu pultlar 2012-2015-ci illərdə istehsal olunmuş televizorlar (E, F, H, J seriyaları) üçün nəzərdə tutulmuşdur.
Dörd seriyanın hər biri üçün müəyyən pult növü nəzərdə tutulub:
• E seriyası üçün pult
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Pultun arxa qapağının aşağı hissəsində ox işarəsi olacaq. Qapağı dirənənədək oxla göstərilən istiqamətdə çəkin.
- Pultun aşağı hissəsində batareyalarla bölmə olacaq.
Bu pult modelində iki AA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - onları batareyalar üçün nəzərdə tutulmuş boşluqda göstərilən qaydada yerləşdirin. - Yeni batareyalar quraşdırdıqdan sonra qapağı şıqqıltı səsinədək pultun korpusuna itələyin.
• F seriyası üçün pult
- Pultu götürün və onun yan tərəflərini yoxlayın.
- Boşluğu tapın və dırnağınızla pult qapağını yuxarı qaldırın, sonra yavaş çəkin.
Qapağı barmaqlarınızla aça bilmirsinizsə, boşluğa düz, sərt əşyanı (məsələn, plastik kartın küncü və ya düz vintaçan) daxil edin və qapağı yavaşca qaldırın. Sonra qapağı saxlayan qıfılları açmaq üçün əşyanı pultun kənarı boyunca sürüşdürün.
3. Qapağı çıxarın - həmin qapağın altında batareyalarla bölmə var.
4. Bu pult modelində iki AAA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - onları batareyalar üçün nəzərdə tutulmuş boşluqda göstərilən qaydada yerləşdirin.
5. Yeni batareyaları quraşdırdıqdan qapağı yerinə yerləşdirin və pultun perimetri boyunca bərkidin.
• H seriyası üçün pult
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Pultun arxa tərəfində ilgəklə qapaq yerləşir. İlgəkdən tutaraq qapağı yuxarı çəkin.
- Qapağın altında batareya üçün bölmə yerləşir.
- Bu pult modelində iki AA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - hər iki batareya eyni qaydada yerləşdirilməlidir: "müsbət" mərkəzi hissədə və "mənfi" pultun aşağı hissəsində.
- Quraşdırıldıqdan sonra qapağın üzərindəki çıxıqa diqqət yetirin: onu batareya bölməsinin yuxarı hissəsindəki boşluğa yerləşdirmək, sonra isə qapağın üzərinə basmaq lazımdır.
• J seriyası üçün pult
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Pultun arxa qapağının yuxarı hissəsində ox işarəsi olacaq. Qapağı ox işarəsi ilə göstərilən istiqamətdə çəkin.
- Qapağın yeri dəyişəcək, qapaq bloklan çıxarılıb və onu çıxarmaq mümkündür.
- Qapağın altında, pultun aşağı hissəsində batareyalar üçün boşluq yerləşir.
- Bu pult modelində iki AA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - onları batareyalar üçün nəzərdə tutulmuş boşluqda göstərilən qaydada yerləşdirin.
- Yeni batareyaları quraşdırdıqdan sonra qapağı pultda elə yerləşdirin ki, yuxarıdakı hissədə cüzi boşluq qalsın və şıqqıltı səsinədək itələyin.
Universal düyməli pultlar
Bütün düyməli pultlarda batareyalar üçün boşluq pultun arxa hissəsində yerləşir.
• Variant 1
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Pultun arxa tərəfində boşluq və istiqamətləndirici oxla qapaq var. Barmağınızla boşluğun mərkəzinə basın və qapağı oxla göstərilən istiqamətdə sürüşdürün.
- Qapağın yeri dəyişəcək, qapaq bloklan çıxarılıb və onu çıxarmaq mümkündür.
- Qapağın altında, pultun aşağı hissəsində batareyalar üçün boşluq yerləşir.
- Bu pult modelində iki AAA növlü batareyalar istifadə edilir. Onlar bir sıraya düzülür. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - onları batareyalar üçün nəzərdə tutulmuş boşluqda göstərilən qaydada yerləşdirin.
- Yeni batareyaları quraşdırdıqdan sonra qapağı pultda elə yerləşdirin ki, aşağı hissədə əlavə qalsın və şıqqıltı səsinədək itələyin.
• Variant 2
- Pultu çevirin - düymələr Sizə əks istiqamətdə olmalıdır.
- Pultun arxa tərəfində ilgəklə qapaq yerləşir. İlgəki sıxın və qapağı yuxarı çəkin
- Qapağın altında batareya üçün bölmə yerləşir.
- Bu pult modelində iki AAA növlü batareyalar istifadə edilir. Quraşdırma zamanı, batareyaların polyarlığına diqqət yetirin - onları batareyalar üçün nəzərdə tutulmuş boşluqda göstərilən qaydada yerləşdirin.
- Yeni batareyaları quraşdırdıqdan sonra qapağı pulta daxil edin və sabit saxlamaq üçün ilgəkə basın.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.