Samsung televizoru öz-özünə sönürsə, nasazlığı necə aradan qaldırmaq olar

Son yeniləmə tarixi : 31-05-2024

Televizor öz-özünə sönürsə, bunun bir neçə səbəbi ola bilər. Televizorun öz-özünə sönməsinin ən yayılmış səbəbləri tənzimləmələr və televizora qoşulmuş xarici cihazlardır.

Üsul 1: Televizoru elektrik yuvadan ayırın. 30 saniyə gözləyin.

Televizoru elektrik yuvadan ayırın. 30 saniyə gözləyin. Daha sonra onu işlək elektrik yuvaya qoşun. Bu metod "yumşaq sıfırlama" adlandırılır, bundan sonra televizorun yenidən tənzimlənməsi tələb olunur.

Üsul 2: Televizorun tənzimləmələrini yoxlayın

Enerjiyə qənaət parametrləri

"Enerjiyə qənaət" funksiyası uzun müddət ərzində giriş siqnalı olmadıqda enerjiyə qənaət üçün televizoru söndürür.

(Tənzimləmələr -> Ümumi -> Enerjiyə qənaət -> Avtomatik söndürmə -> Deaktiv etmək).

Enerjiyə qənaət parametrləri

Yuxu taymerinin tənzimlənməsi

Yuxu taymeri müəyyən edilmiş vaxtdan sonra televizoru söndürür.

(Tənzimləmələr -> Ümumi -> Sistem dispeçeri -> Vaxt -> Yuxu Taymeri -> Deaktiv etmək)

yuxu taymerinin tənzimlənməsi

Proqram təminatının yenilənməsi

Televizorun proqram təminatını mütəmadi olaraq yeniləyin.

(Tənzimləmələr -> Dəstək -> Proqram təminatının yenilənməsi -> İndi yeniləmək)

proqram təminatının yenilənməsi üzrə tənzimləmələr

Üsul 3: Bağlantını yoxlayın

  • Televizora qəbuledici, oyun konsolu, kompüter və ya digər xarici qurğular qoşulubsa, xarici cihazların elektrik kabellərini ayırın və sonra onları yenidən qoşun. Televizorun qoşulduğu mənbə sönərsə, televizorun ekranı qarala bilər.
  • Televizora hər hansı xarici cihaz qoşulmayıbsa, "Mənbələr" parametri üçün "TV" seçin. (Tənzimləmələr -> Mənbə -> TV)
  • Yalnız sertifikatlaşdırılmış HDMI kabelindən istifadə edin. Sertifikatlaşdırılmamış HDMI kabelindən istifadə etsəniz, ekran qara ola bilər və ya bağlantı xətası əks oluna bilər.

Qeyd.

  • Ekran görüntüləri və cihaz menyuları yalnız ingilis dilindədir - onlar həmçinin ölkənizin dilində də mövcuddur.
  • Yuxarıda göstərilən bütün üsulları sınadıqdan sonra belə televizordakı problem həll olunmayıbsa, ixtisaslı mütəxəssislərin köməyi üçün Samsung xidmət mərkəzi ilə əlaqə saxlayın.

Şərhiniz üçün təşəkkür edirik!