Samsung Smart TV televizorlarında HDMI ARC necə istifadə etmək olar
HDMI bütün cihazlarda istifadə olunan universal audio və video yuvasıdır.
ARC (Audio Return Channel - rezerv səs kanalı) ayrıca optik audio kabeldən istifadə etmədən səsin istənilən audio cihazına (məsələn, ev kinoteatrının qəbuledicisi) ötürülməsi texnologiyasıdır.
HDMI ARC nədir?
Bütün Samsung televizor modelləri (2011-ci ildən sonra istehsal olunmuş) Audio Return Channel adlanan HDMI kabellər texnologiyasını dəstəkləyir. Bu cür bağlantı ilə cihazlar qoşularkən kabellərin sayını azalda bilərsiniz. Audio siqnalı xarici cihazdan və əksinə hər iki istiqamətdə ötürülə bilər.
Başqa sözlə, HDMI ARC ilə uyğun dinamikə qoşulmuş ikinci optik audio kabelə ehtiyac yoxdur. Televizoru ARC-ni dəstəkləyən dinamikə qoşmaq üçün HDMI 1.4 və ya daha yeni versiyaya aid kabeldən istifadə etdiyinizə əmin olun.
HDMI-ARC funksiyası yalnız televizordakı müəyyən yuva və ya One Connect bloku vasitəsilə əlçatandır. Xarici dinamiklər də bu standarta uyğun olmalıdır.
Hansı xarici cihazlar qoşula bilər? Ev kinoteatrları və soundbarlar kimi audio cihazlar.
Bundan əlavə, HDMI ARC üzrə idarəetmə elementlərini aktivləşdirmək üçün xarici dinamiklərin tənzimləmələrini dəyişmək ehtiyacı yarana bilər.
HDMI ARC ilə dəstəklənən audio formatlar:
- PCM (2 kanallı)
- Dolby Digital (5.1-dək)
- DTS Digital Surround (5.1-dək)
Qeyd. DTS yalnız 2018-ci ildən əvvəl istehsal olunmuş televizor modellərində əlçatandır.
HDMI kabelinin qoşulması
Smart TV televizorunu audio cihaza qoşmaq üçün bu addımları yerinə yetirin:
Addım 1. HDMI kabelini hazırlayın.
Addım 2. Kabeli televizorun HDMI (ARC) giriş yuvasına qoşun.
Addım 3. Qoşulmanı təmin emtək istədiyiniz audio cihazın HDMI çıxışına (TV-ARC) qoşun.
Addım 4. Televizora qoşulmuş audio cihazı aktivləşdirin.
Addım 5. Televizorun səsi xarici dinamiklər vasitəsilə səsləndiriləcək.
Səs xarici cihaz vasitəsilə təmin edilmirsə, qoşulma ilə bağlı ətraflı təlimatla ilə tanış olun.
Qeyd.
- eARC-dən istifadə etmək üçün televizorunuzda Anynet+ (HDMI-CEC) funksiyası aktiv olmalıdır.
- Sertifikatlaşdırılmamış kabeldən istifadə etsəniz, xəta baş verə bilər.
- Televizorun və ya One Connect blokunun arxa panelindəki HDMI yuvası ARC kimi işarələnir.
- Əksər One Connect bloklarında HDMI-ARC yuvası var (adətən bu üçüncü HDMI yuvasıdır).
HDMI kabeli vasitəsilə qoşulma zamanı xətalaırn aradan qaldırılması
ARC/eARC-nin işləməsi ilə bağlı problem yaranarsa, ilk öncə aşağıdakıları sınayın:
- Televizoru şəbəkədən ayırın, 1 dəqiqə gözləyin və yenidən işə salın.
- Kabeli yenidən qoşun. HDMI kabelini televizor və audio cihazından ayırmağa və tərəfləri dəyişdirməyə cəhd edin. Cihazları söndürmək məcburi deyil.
- Televizora qoşulmuş bütün xarici cihazları ayırın, sonra isə yenidən cəhd edin.
Bəzi xarici cihazlar HDMI kabeli vasitəsilə qoşulma üzrə spesifikasiyaya uyğun olmaya bilər, bu isə problemlər yarada bilər. Problem aradan qaldırılmazsa, aşağıdakıları yoxlamaq lazımdır.
Qeyd. Menyu maddələri, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq dəyişə bilər.
Anynet+ (HDMI-CEC) funksiyasının aktiv olduğundan əmin olun
Kənar səs paneli və ya ev kinoteatrı sistemindən istifadə edirsinizsə, HDMI CEC və ya ARC-nin aktiv olub-olmadığını yoxlayın. Daha sonra HDMI ARC-də dinamikdəki giriş siqnalını çevirin.
Daha sonra televizorun tənzimləmələrində HDMI-CEC protokolunu aktiv edin. Samsung televizorlarında HDMI-CEC protokolu Anynet+ adlanır.
Anynet+ funksiyasını aktivləşdirmək üçün yol:
- C və B seriyalarına aid televizorlar
Parametrlər > Bütün Parametrlər > Bağlantısı > Xarici Cihaz Meneceri > Anynet + (HDMI CEC)
- A, T, R, N və M seriyalarına aid televizorlar
Parametrlər > Ümumi > Xarici Cihaz Meneceri > Anynet + (HDMI CEC)
- K seriyasına aid televizorlar
Parametrlər > Sistem > Ekspert parametrləri > Anynet + (HDMI CEC)
- J seriyasına aid televizorlar
Menyu > Sistem > Anynet + (HDMI CEC)
- F və H seriyalarına aid smart televizorlar
Menyu > Səs > Dinamik parametrləri
- E və D seriyalarına aid smart televizorlar
Menyu > Sistem > Anynet + (HDMI CEC)
HDMI kabelini yoxlayın
Çıxan səsin keyfiyyəti HDMI kabelindən asılı olaraq dəyişə bilər. Səs bəzən itirsə və ya yoxdursa, səbəb çox güman ki, məhz kabeldədir.
Kabelin daha keyfiyyətli kabellə əvəz edilməsi hər zaman asan və ya rahat olmadığına görə, Samsung Smart TV modellərində HDMI input lag tənzimləmələri nəzərdə tutulmuşdir. Onun vasitəsilə kabellə uyğunluğunu təkmilləşdirmək üçün televizorun HDMI siqnalını necə qəbul etdiyini tənzimləyə bilərsiniz.
Parametrlər > Dəstək > Cihaza Qayğı > Özünüdiaqnoz > Siqnal Məlumatı > Siqnal Tarixi. > HDMI input lag keçid edin və seçim edin:
- Əsas: Bu normal iş üçün standart parametrdir.
- Zəif 1: Bu parametr HDMI kabelində siqnalın olmaması aşkar edildikdən əvvəl qısa input lag əlavə edir.
- Zəif 2: Bu parametr daha uzun input lag əlavə edir.
Zəif 1 və ya Zəif 2 variantlarının seçilməsi HDMI kabelindən gələn siqnalın keyfiyyətini yaxşılaşdırır, lakin nəzərə almaq lazımdır ki, mənbəni dəyişdikdə də gecikmə baş verə bilər.
Soundbar tənzimləmələrinin sıfırlanması
HDMI ARC kabeli səs panelinə qoşulub və bütün tənzimləmələr doğrudur, lakin sistem işləmir. Bu halda aşağıdakı addımları yerinə yetirməklə səs panelinin tənzimləmələrini sıfırlaya bilərsiniz:
Addım 1: Televizoru və səs panelini söndürün. (Gözləmə rejimi).
Addım 2: Displeydə INIT görünənədək uzaqdan idarəetmə pultunda səs səviyyəsini artırmaq (+) və səs səviyyəsini azaltmaq (-) düymələrinə vurun və ən azı 5 saniyə gözləyin.
Addım 3: Televizor və səs panelini işə salın.
Addım 4: Pultda Home düyməsinə vurun, Parametrlər > Səs seçin və Səsin Soundbar-a (Səs paneli) çıxışı seçin.
Addım 5: TV ARC bildirişi ön paneldə görünəcək, sonra isə televizorun səsi səslənəcək.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.