Samsung televizorunuz heç bir Wi-Fi şəbəkəsi tapmasa nə etmək lazımdır
Simsiz şəbəkənin qoşulması cəhdi zamanı televizor heç bir Wi-Fi şəbəkəsini görmür, sonsuz yükləmə gedir və ya boş ekran çıxırsa, bu məqalədəki tövsiyələrə riayət edin.
Televizor digər Wi-Fi şəbəkələrini görür, lakin sizin Wi-Fi şəbəkənizi tapmırsa, deməli problem router tənzimləmələrindədir. Router istehsalçısının dəstək xidmətinə və ya internet provayderə müraciət edin.
- Digər cihazlar şəbəkəni görmürsə, routerinizi söndürüb-işə salmağa çalışın. Routerin qidalanma blokunu elektrik yuvadan çıxarın, 1-2 dəqiqə gözləyin, sonra onu işə salın. Router tamamilə işə düşənə qədər gözləyin və simsiz şəbəkənin vəziyyətini yoxlayın.
Bu, fayda vermədiyi halda, provayderinizə müraciət edin.
- Digər cihazlar şəbəkəni görürsə, növbəti tövsiyəyə keçin.
10-15 saniyə gözləyin, sonra isə, televizoru işə salın.
- MAC ünvan düzgün əks etdirilirsə, növbəti tövsiyəyə keçin.
- MAC ünvan səhv əks etdirilirsə («00:00:00:00:00:00» və ya «ff:ff:ff:ff:ff:ff» или «****»), aşağıdakı tədbirləri görün və hər addımdan sonra problemin aradan qalxıb- qalxmadığını yoxlayın:
Addım 1. Televizorun proqram təminatının versiyasını yoxlayın. Yeni versiya mövcuddursa, mikroproqramı yeniləyin.
Addım 2. Televizor tənzimləmələrini sıfırlayın.
Addım 3. Televizorun elektrik qidalanmasını 10-15 dəqiqəlik kəsin. Bunun üçün şnuru elektrik yuvadan çıxarın. Sonra onu təkrar qoşun və cihazın işləyib-işləmədiyini yoxlayın.
Problem davam edirsə, digər tövsiyəyə keçin.
Cihazlar arasındakı divarlar və metal konstruksiyalar da Wi-Fi siqnalının gücünə təsir göstərə bilər.
Məsələn, keçid nöqtəsi kimi smartfon istifadə oluna bilər.
- Bu qoşulma müvəffəqiyyətlə başa çatdısa, qoşulma xətasının səbəbi routerin iləməsi və ya İnternet qoşulmanın keyfiyyəti ilə əlaqəlidir. İnternet provayderinizin dəstək xidmətinə müraciət edin.
- Televizor başqa Wi-Fi keçid nöqtəsini görmür və ya ona qoşulmursa, növbəti tövsiyəyə keçin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.