Samsung televizorunun ekranında xətlər, zolaqlar, tünd ləkələr, izlər

Son yeniləmə tarixi : 31-05-2024

Bu məqalədə televizorun ekranındakı görüntü aydın olmadıqda və ya bulanıq olduqda nə edilməli olduğuna dair  tövsiyələr alacaqsınız.

Samsung TV ekranında xətt
1 Diqqətlə ekrana baxış keçirin.

Əmin olun ki, televizorun ekranında mexaniki zədələr, yəni çatlar, əyilmələr, zərbə əlamətləri yoxdur.

  • Mexaniki zədələr yoxdursa, növbəti tövsiyəyə keçin.
  • Zədələr varsa, Samsung xidmət mərkəzinə müraciət edin.
2 Görüntü testini işə salın.

Görüntü testi problemin nə ilə bağlı (televizor və ya siqnal) olduğunu müəyyən etməyə kömək edəcək.

  • Görüntü testi zamanı qüsur aşkarlanarsa Samsung xidmət mərkəzi ilə əlaqə saxlayın.
  • Qüsur yoxdursa, növbəti tövsiyəyə keçin.
3 "Hərəkətin işıqlanması" funksiyasını deaktiv edin.
Funksiya televizorda varsa onu deaktiv edin. "Parametrlər" açın - "Ümumi" - Enerjiyə qənaət rejimi" - "Hərəkətin işıqlanması"nı deaktiv etmək. Görüntünü yoxlayın.
  • Qüsur yoxdursa, televizor işləkdir, istifadə etməyə davam edin.
  • Qüsur hələ də mövcuddursa, növbəti tövsiyəyə keçin.
4 Televizorun tənzimləmələrini sıfırlayın.

Görüntü testi problemin nə ilə bağlı (televizor və ya siqnal) olduğunu müəyyən etməyə kömək edəcək.

Sıfırlamadan sorna görüntünü yoxlayın.
  • Qüsur yoxdursa, televizor işləkdir, istifadə etməyə davam edin.
  • Qüsur hələ də mövcuddursa, növbəti tövsiyəyə keçin.
5 Televizorun proqram təminatını yeniləyin.

Televizor üçün yeni proqram təminatı varsa, onu quraşdırın. Yeni proqram təminatı yoxdursa, növbəti tövsiyəyə keçin.

Proqram təminatını yenilədikdən sonra görüntünü yoxlayın.
  • Qüsur yoxdursa, televizor işləkdir, istifadə etməyə davam edin.
  • Qüsur hələ də mövcuddursa, növbəti tövsiyəyə keçin.
6 Xidmət mərkəzinə müraciət edin.

Yuxarıdakı tövsiyələr kömək etmirsə, televizor nasazdır.  Təmir üçün Samsung xidmət mərkəzinə müraciət edin.


Televizor soyuq mühitə olubsa

Televizor soyuq mühitdə saxlanılıbsa/daşınıbsa və ekranda izlər görünürsə, onu işə salın və ən azı üç saat işləməsini gözləyin. İzlər az miqdarda kondensata görə yaranıb, televizor işlədikdən sonra onlar itəcək.

Şərhiniz üçün təşəkkür edirik!