Samsung televizorunda səs yoxdur

Son yeniləmə tarixi : 29-05-2024
1 Diqqətlə televizora baxış keçirin.

Əmin olun ki, televizorda mexaniki zədələr, yəni çatlar, əyilmələr, zərbə əlamətləri yoxdur.

  • Mexaniki zədələr yoxdursa, növbəti tövsiyəyə keçin.
  • Zədələr varsa, Samsung xidmət mərkəzinə müraciət edin.
2 Televizoru elektrik yuvadan ayırın və 5 dəqiqə gözləyin. Sonra yenidən işə salın.

Ola bilsin ki, televizorda kiçik proqram xətası baş verib. Elektrik yuvadan ayırma onu yenidən işə salacaq və xətaları aradan qaldıracaq. Televizoru elektrik yuvadan ayırın və 5 dəqiqə gözləyin. Sonra yenidən işə salın. Səsi (audio) yoxlayın.

  • Tətbiq işləyirsə, televizor işləkdir, istifadə etməyə davam edin.
  • Səs bərpa olunmazsa, növbəti tövsiyəyə keçin.
3 Audio testi işə salın.

Audio test problemin nə ilə bağlı (televizor və ya siqnal) olduğunu müəyyən etməyə kömək edəcək.

  • Test zamanı səs varsa, problem siqnal mənbəyi (antena, kompüter, qəbuledici) ilə bağlıdır.
  • Səs yoxdursa və ya fasilələrlə eşidilirsə, növbəti tövsiyəyə keçin.
4 Qulaqlıqların qoşulub-qoşulmadığını yoxlayın

Televizora qulaqlıqlar qoşulubsa, səsin çıxışı qulaqlıqlar vasitəsilə həyata keçiriləcək. Qulaqlıqlar qoşulubsa, onları ayırın.

  • Tətbiq işləyirsə, televizor işləkdir, istifadə etməyə davam edin.
  • Səs bərpa olunmazsa, növbəti tövsiyəyə keçin.
5 Televizorun tənzimləmələrini sıfırlayın.

Sıfırlama televizorun zavod tənzimləmələrini qaytaracaq və xətaları aradan qaldıracaq.

6 Sıfırlamadan sorna səsi yoxlayın.
  • Tətbiq işləyirsə, televizor işləkdir, istifadə etməyə davam edin.
  • Səs bərpa olunmazsa, növbəti tövsiyəyə keçin.
7 Televizorun proqram təminatını yeniləyin

Televizor üçün yeni proqram təminatı varsa, onu quraşdırın. Yeni proqram təminatı yoxdursa, növbəti tövsiyəyə keçin.

Proqram təminatını yenilədikdən sonra səsi yoxlayın.

  • Tətbiq işləyirsə, televizor işləkdir, istifadə etməyə davam edin.
  • Səs bərpa olunmazsa, növbəti tövsiyəyə keçin.

Yuxarıdakı tövsiyələr kömək etmirsə, televizor nasazdır.  Təmir üçün Samsung xidmət mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!