Samsung televizoru işə salınmırsa nə etməli

Son yeniləmə tarixi : 28-05-2024

Samsung Smart televizorun işə salınması ilə bağlı problemlər yaranarsa, səbəb elektrik yuva, elektrik kabeli, uzaqdan idarəetmə pultu və ya televizorun özündə ola bilər.
Gözləmə rejiminin qırmızı indikatoru (televizorun gövdəsindəki işıq) olduqca vacibdir. Normal rejimdə, televizor söndürüldükdə Gözləmə rejiminin qırmızı indikatoru  yanır, televizor istifadə edildikdə isə sönür.

Aşağıdakı vəziyyətlər mümkündür:

  • Gözləmə rejiminin indikatoru yanır, lakin televizor işə salınmır - çox güman ki, pultda problemlər yaranıb; 
  • Gözləmə rejiminin indikatoru yanmır - televizorun enerji təchizatı və ya daxili komponentində problem var;
  • Gözləmə rejiminin indikatoru yanıb sönür - televizorun enerji təchizatı və ya daxili komponentində problem var;

Televizor nə pult nə korpusdakı düymə vasitəsilə işə salınmır. İndikator yanmır və ya yanıb-sönür.

1 Televizoru hər tərəfdən diqqətlə yoxlayın: mexaniki zədə olmamalıdır.
  • Zədələr varsa, Samsung xidmət mərkəzinə müraciət edin.
  • Zədələr yoxdursa, növbəti tövsiyəyə keçin.
2 Bütün cihazları və kabelləri televizordan ayırın (elektrik enerjini təmin edən kabeldən başqa): CAM modulu, antena, İnternet, HDMI kabeli və s. Onlar televizorun iş qabiliyyətinə təsir edə bilər.
3 Televizoru işə salmağa cəhd edin
  • Televizor işə salınıbsa, proqram təminatını mütləq ən son mövcud versiyayadək yeniləyin.
  • Televizor işə salınmırsa, növbəti tövsiyəyə keçin.
4 Elektrik kabelini televizor korpusundan və elektrik yuvadan ayırın və elektrik kabelini diqqətlə yoxlayın.
  • Kabeldə zədələr varsa, onun əvəzlənməsi üçün Samsung xidmət mərkəzinə müraciət edin.
  • Kabeldə zədələr yoxdursa, növbəti tövsiyələrə keçin.
5 Kabeli geriyə yerləşdirin Əmin olun ki, kabel yuvaya möhkəm birləşdirilib. Televizoru işə salmağa cəhd edin
  • Televizor işə salınarsa, o işlək vəziyyətdədir, onun istifadəsinə davam etmək olar.
  • Televizor işə salınmırsa, növbəti tövsiyəyə keçin.
6 Elektrik yuvanın işlək olmasından əmin olun (məsələn yoxlamaq üçün fen qoşun) və şəbəkədəki gərginliyin sabitliyini yoxlayın. Gərginlik 100V - 240V olmalıdır.
  • Şəbəkə fitrindən istifadə edirsinizsə, onu yoxlayın. Uzun müddət istifadə edildikdə, şəbəkə filtri televizor üçün kifayət qədər gərginlik təmin etməyə bilər. Ola bilsin ki, onu əvəzləmək lazımdır.
  • Enerji mənbəyi işlək vəziyyətdə, gərginlik isə sabit olduğu təqdirdə televizor işə salınmadıqda, Samsung xidmət mərkəzinə müraciət edin.
  • Enerji mənbəyi nasazdırsa və ya gərginlik qeyri-sabitdirsə, elektriklə əlaqə saxlayın.

Televizor pult vasitəsilə işə salınmır, lakin korpusdakı düymə vasitəsilə işə salınır. İndikator yanır.

Smartfonunuzun ön kamerasından istifadə etməklə pultu yoxlayın. Arxa hissədə yerləşən əsas kamera pulta reaksiya verməyə bilər.

  • Kameranı işə salın.
  • Pultu ona istiqamətləndirin.
  • Pultdakı düymələrə vurun. 

Pult işlək olduqda, smartfonun kamerası vasitəsilə işıq diodun işləməsi görünür.

İşıq diodu yanıb-sönmürsə, pultdakı batareyaları əvəz edin və onun işini yoxlayın. 
İşıq diodu yanıb-sönürsə, lakin televizor pulta reaksiya vermirsə, pultun əvəzlənməsi üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.


1 Pultdakı batareyaları əvəz edin və televizorun işini yoxlayın. Bu kömək etmirsə, növbəti addımlara keçid edin.
2 Televizoru elektrik yuvasından ayırın, 30 saniyə gözləyin və yenidən işə salın.
3 Pultu televizora yenidən qoşun
  • Pult işləyirsə avadanlıq işlək vəziyyətdədir və istifadəyə yararlıdır.
  • Pult işləmirsə Samsung xidmət mərkəzinə müraciət edin.
4 MAC ünvanını yoxlayın: Tənzimləmələr > Dəstək > Televizor haqqında/Samsung-a müraciət.

Ünvan yoxdursa və ya 00:00:00:00:00:00 və ya ff:ff:ff:ff:ff:ff simvolları əks olunursa, təmir sorğu edin.

5 Tənzimləmələri sıfırlayın (mümkünsə) və uzaqdan idarəetmə pultunu yenidən qoşun. Tənzimləmələrin sıfırlanması mümkün xətaları və səhvləri aradan qaldıracaq.

Qoşulma zamanı televizor ekranında qırmızı X işarəsi, “Mövcud deyil” mesajı və ya oxşar xətalar görünərsə, fleş yaddaşı sıfırlayın.

Bunlar problemi aradan qaldırmırsa, bundan sonra nə edəcəyinizi anlamaq üçün smartfon vasitəsilə pultu yoxlayın:

  1. mobil telefonda Bluetooth-u aktivləşdirin və yeni cihazların axtarışını işə salın.
  2. Pultda HOME düyməsindən kənarda olan 2 düyməyə vurub saxlayın və smartfonda mövcud cihazların siyahısında məlumatın əks olunub-olunmamasını yoxlayın.
Pultda HOME düyməsindən kənarda olan 2 düyməyə vurub saxlayın

Adətən siyahıda "aksessuar" və ya "naməlum cihaz" sözü və ya "2A:D5:F8:53" formasında Bluetooth ünvanı göstərilir.

  • Pult smartfon vasitəsilə müəyyən edilmir - pultun əvəzlənməsi üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.
  • Pult smartfon vasitəsilə müəyyən edilir - texnikanın diaqnostikası və təmiri üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.

Televizor korpusdakı düymə vasitəsilə işə salınmır, lakin pult vasitəsilə işə salınır. İndikator yanır və ya yanıb-sönür.

İşləməsinin diaqnostikası və texnikanın təmir edilməsi üçün səlahiyyətli xidmət mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!