Samsung televizorundan pult işləmirsə nə etməli

Son yeniləmə tarixi : 29-05-2024
Kanalların çevrilməsi

 

 

Televizorun uzaqdan idarəetmə pultu bir neçə səbəbə görə işləməyə bilər. 

Aradan qaldıra biləcəyiniz sadə səbəblər:

  • Pultdakı batareyaların enerjisi bitib;
  • televizor uzaqdan idarəetmə pultu ilə əlaqəni itirib;
  • pultun düymələri çirklidir;
  • proqram xətası baş verib;
  • bəzi düymələr televizorun müəyyən rejimində işləməyə bilər. Məsələn, “a/b/c/d” çoxrəngli funksiya düymələri yalnız müəyyən menyu bəndlərində və ya Smart Hub tətbiqlərində əlçatandır.

Samsung xidmət mərkəzinin mühəndisinin aradan qaldıra biləcəyi texniki səbəblər:

  • pultda mexaniki zədələr;
  • televizorun daxilində pultdan gələn siqnal qəbulu sensorunun nasazlığı.

Hər bir hal üzrə tövsiyələrə baxmaq üçün aşağıya vurun:

1 Ekranın yuxarı sol küncündə “Start Playback” yazısının olub-olmadığını yoxlayın (2018-ci ildən əvvəl istehsal olunmuş televizorlar üçün keçərlidir)

Yazı varsa və Siz düyməli pultdan istifadə edirsinizsə, pultda Mute > Stop > Stop > Stop > Exit düymələrinə göstərilən ardıcıllıqla vurun.

2 Düzgün (dəstə daxildir) Samsung pultunu işlətdiyinizə, pultdakı batareyaların enerji ilə doldurulduğuna və televizorun korpusundakı nəzarət düyməsinin sıxılmadığına əmin olun.
3 Televizorunuzu yenidən işə salın.

Televizoru şəbəkədən ayırın, təxminən bir dəqiqə gözləyin və yenidən işə salın. One Connect televizora qoşulubsa, onu da ayırın. Bu cür yenidən işə salınma, televizorun işində mümkün xətaları aradan qaldıracaq.

4 Televizoru və pultu silin.

Televizor elektrik şəbəkəsindən çıxarıldıqda, hər hansı çirklənmənin olmamasını təmin etmək üçün pultu və televizor ekranının ətrafındakı çərçivəni silin. Toxunmamış parça və ya mikrofibradan istifadə edin.

5 Bütün xarici cihazları televizordan ayırın və Anynet+ funksiyasını deaktiv edin.

Anynet+ funksiyası aşağıdakı qaydada aktiv və deaktiv edilir:

K seriyasına aid televizorlar: Tənzimləmələr > Sistem > Əlavə tənzimləmələr > Anynet+ (HDMI-CEC).

M seriyasına aid televizorlar və daha yeni modellər: Tənzimləmələr > Ümumi > Xarici cihaz dispeçeri > Anynet+ (HDMI-CEC).

6 Pultdakı batareyaları çıxarın və televizorun işini yoxlayın.

• Televizor pultda batareyalar olmadan kanalları çevirmirsə, pult nasazdır. Pultun əvəzlənməsi üçün Samsung xidmət mərkəzinə müraciət edin..

• Televizor pultda batareyalar olmadan kanalları çevirməyə davam edərsə, növbəti tövsiyəyə keçid edin.

7 Televizorun parametrlərini sıfırlayın - bu mümkün xətaları və səhvləri aradan qaldıracaq.
8 Televizorun proqram təminatını yeniləyin.

Proqram təminatının yeniləmələrində mümkün səhvlər aradan qaldırılır və sistemin işi sabitləşir. 

9 Pultda mexaniki zədələrin, məsələn çatlar, zədələr, əziklərin olmamasından əmin olun.

Zədələr yoxdursa, lakin televizor yenə də mənbəni və ya səs səviyyəsini öz-özünə dəyişirsə, lütfən, ən rahat üsuldan istifadə etməklə, dəstək xidməti ilə əlaqə saxlayın.

1 Müəyyən düymə işləmirsə, onun işini televizorun digər iş rejimində və ya digər menyuda yoxlayın.

Bəzi rejimlərdə (brauzer rejimi, Smart hub, USB və s.) və televizorun menyu bəndlərində müəyyən düymələrin funksionallığı məhdudlaşdırıla bilər. Məsələn, Play/Pause düyməsi yalnız USB rejimində işləyir. “a/b/c/d” çoxrəngli funksiya düymələri yalnız müəyyən menyu bəndlərində və ya Smart Hub tətbiqlərində əlçatandır.

2 Pultdakı batareyaların enerjisinin doldurulduğuna və onların düzgün quraşdırıldığına əmin olun.
3 Televizorunuzu yenidən işə salın.

Televizoru söndürün və şəbəkədən ayırın, təxminən bir dəqiqə gözləyin, sonra isə yenidən işə salın. One Connect televizora qoşulubsa, onu da ayırın. Bu cür yenidən işə salınma, televizorun işində mümkün xətaları aradan qaldıracaq.

4 Televizoru işə salın və pultu yaxın məsafədə yoxlayın.

Televizora 20-30 sm məsafədə yaxınlaşın və onun işləmə qaydasını yoxlayın.

Düzgün işləməsi üçün pultu birbaşa televizorun infraqırmızı sensoruna yönəldin. Pult və televizor arasında heç bir maneənin olmaması vacibdir.

5 MAC ünvanını yoxlayın.

"Tənzimləmələr > Dəstək > Televizor haqqında/Samsung-a müraciət"ə daxil olun.

Ünvan yoxdursa və ya 00:00:00:00:00:00 və ya ff:ff:ff:ff:ff:ff formasında simvollar əks olunursa, diaqnostikanın aparılması və avadanlıqların təmiri üçün ən yaxın səlahiyyətli xidmət mərkəzi ilə əlaqə saxlayın.


6 Pultu yenidən televizora qoşun.

Bunu etməzdən əvvəl tənzimləmələri sıfırlamağı məsləhət görürük (mümkünsə). Tənzimləmələrin sıfırlanması mümkün xətaları və səhvləri aradan qaldıracaq.

Pultun qoşulması zamanı televizor ekranında qırmızı X işarəsi, “Mövcud deyil” mesajı və ya oxşar xətalar görünərsə, fleş yaddaşı sıfırlayın.

7 Televizorun proqram təminatını yeniləyin.

Proqram təminatının yeniləmələrində mümkün səhvlər aradan qaldırılır və sistemin işi sabitləşir. 

Bunlar kömək etmirsə, pultu smartfon vasitəsilə yoxlayın.

8 İnfraqırmızı pultdan istifadə edirsinizsə, onun işini smartfon kamerası vasitəsilə yoxlayın.

Kameranı işə salın, pultu ona yönəldin və pultdakı düymələrə vurun. Pult işləyirsə (İQ siqnalı göndərir), qırmızı LED yanacaq. 

iPhone smartfonlarında pultu ön kamera vasitəsilə yoxlayın, əsas kamera İQ siqnalını əks etdirməyəcək.

Smart Control pultunun yoxlanılması

• Pult smartfon vasitəsilə müəyyən edilmir - pult nasazdır, pultun əvəzlənməsi üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.

• Pult smartfon vasitəsilə aşkar edilir, lakin hələ də televizoru idarə etmir - nasazlıq televizorun özündə ola bilər, diaqnostika və avadanlığın təmiri üçün Samsung xidmət mərkəzi ilə əlaqə saxlayın.


9 Smart Control pultundan istifadə edirsinizsə, onun işini smartfon vasitəsilə yoxlayın.

Addım 1. mobil telefonda Bluetooth-u aktivləşdirin və yeni cihazların axtarışını işə salın.

Addım 2. Pultda HOME düyməsindən kənarda olan 2 düyməyə vurub saxlayın və smartfonda mövcud cihazların siyahısında pultun əks olunub-olunmamasını yoxlayın.

Adətən siyahıda "aksessuar" və ya "naməlum cihaz" sözü və ya "2A:D5:F8:53" formasında Bluetooth ünvanı göstərilir.

Smart Control pultunda düymələr

• Pult smartfon vasitəsilə müəyyən edilmir — pult nasazdır, pultun əvəzlənməsi üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.

• Pult smartfon vasitəsilə aşkar edilir, lakin hələ də televizoru idarə etmir — nasazlıq televizorun özündə ola bilər, diaqnostika və avadanlığın təmiri üçün Samsung xidmət mərkəzi ilə əlaqə saxlayın.


 

Şərhiniz üçün təşəkkür edirik!