Samsung televizorundan PIN kodu unutmusunuzsa nə etməli

Son yeniləmə tarixi : 06-06-2024

Standart PIN-kod hansıdır

Televizor üçün standart PIN kod — 0000. Onu dəyişmisinizsə və xatırlamırsınızsa, standart PIN-ə qayıda bilərsiniz.

Düyməli pult vasitəsilə PIN-kodu necə sıfırlamaq olar

  • 2015-ci və ya sonrakı illərdə istehsal olunmuş televizorlar

    Televizor yanılı vəziyyətdə olduqda aşağıdakı ardıcıllıqla düymələrə vurun:
    MUTE ➞ VOL + ➞ RETURN ➞ VOL – ➞ RETURN ➞ VOL + ➞ RETURN

    MUTE — səssiz
    VOL + — səs səviyyəsini artırmaq
    VOL – — səs səviyyəsini azaltmaq
    RETURN — qayıt

Ardıcıllıqla düymələri vurun
  • 2014-cü və ya daha əvvəlki illərdə istehsal olunmuş televizorlar

    Televizoru pult vasitəsilə söndürün. Ardıcıllıqla düymələri vurun:
    MUTE ➞ 8 ➞ 2 ➞ 4 ➞ POWER

    MUTE — səssiz
    POWER — güc
Ardıcıllıqla düymələri vurun

Smart Control pult vasitəsilə PIN-kodu necə sıfırlamaq olar

  • 2016-ci və ya sonrakı illərdə istehsal olunmuş televizorlar

    Televizor yanılı vəziyyətdə olduqda aşağıdakı ardıcıllıqla düymələrə vurun:
    MUTE VOL + RETURN VOL – RETURN VOL + RETURN

    MUTE (səssiz) üçün VOL düyməsinin yuxarı hissəsinə vurun. 
    VOL + — səs səviyyəsini artırmaq
    VOL – — səs səviyyəsini azaltmaq
    RETURN — qayıt
Ardıcıllıqla düymələri vurun
  • 2015-ci ildə istehsal olunan televizorlar

    Televizor yanılı vəziyyətdə olduqda aşağıdakı ardıcıllıqla düymələrə vurun:
    MUTE ➞ VOL + ➞ RETURN ➞ VOL – ➞ RETURN ➞ VOL + ➞ RETURN

    MUTE — səssiz
    VOL + — səs səviyyəsini artırmaq
    VOL – — səs səviyyəsini azaltmaq
    RETURN — qayıt
Ardıcıllıqla düymələri vurun
  • 2014-ci ildə istehsal olunan televizorlar

    Televizor yanılı vəziyyətdə olduqda aşağıdakı ardıcıllıqla düymələrə vurun:
    MUTE ➞ VOL + ➞ RETURN ➞ VOL – ➞ RETURN ➞ VOL + ➞ RETURN

    MUTE — səssiz
    VOL + — səs səviyyəsini artırmaq
    VOL – — səs səviyyəsini azaltmaq
    RETURN — qayıt
Ardıcıllıqla düymələri vurun
  • 2013-ci ildə istehsal olunan televizorlar

    Televizor yanılı vəziyyətdə olduqda aşağıdakı ardıcıllıqla düymələrə vurun:
    MUTE ➞ VOL + ➞ RETURN ➞ VOL – ➞ RETURN ➞ VOL + ➞ RETURN

    MUTE — səssiz
    VOL + — səs səviyyəsini artırmaq
    VOL – — səs səviyyəsini azaltmaq
    RETURN — qayıt
Ardıcıllıqla düymələri vurun

Düymələri vurduqdan sonra ekranda nə görünəcək

Heçnə. Yoxlamaq üçün, menyunun PIN kod sorğu edən hər hansı bölməsinə daxil olun və standart PIN kod daxil etməyə çalışın.

Sıfırlandıqdan sonra, PIN kod standart olaraq 0000 dəyərinə qayıdacaq.

Alınmırsa, nə etməli

Düymələrə tez vurmaq lazımdır. Bir neçə dəfə cəhd edin.

PIN kodu sıfırlamaq alınmırsa, Samsung pulsuz dəstək xidmətinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!