Samsung televizorunuzda reklam görünürsə və tənzimləmələr dəyişirsə nə etməli

Son yeniləmə tarixi : 07-06-2024

Reklamlar niyə görünür və tənzimləmələr öz-özünə niyə dəyişir?

Televizorun iki iş rejimi var:

  • Ev rejimi — gündəlik istifadə üçün adi rejim.
  • Demonstrasiya — mağazalar tərəfindən televizorun imkanlarını nümayiş etdirmək üçün istifadə olunur.

Televizor demonstrasiya rejimində işləyirsə, bir neçə dəqiqədən sonra audio və görüntü parametrləri sıfırlanacaq. Bundan əlavə ekranda reklam mesajları və ya video əks oluna bilər.

Bunun baş verməməsi üçün demonstrasiya rejimini deaktiv edin.

Demonstrasiya rejimini necə deaktiv etmək olar?

Aşağıda müxtəlif seriyalara aid televizorlar üçün təlimatlarla tanış ola bilərsiniz.

  • Smart TV üçün:
1 TV menyusuna daxil olun: Home (Əsas) səhifə düyməsini basın və TV ekranında Parametrlər (Parametrlər > Bütün Parametrlər) seçin.
Parametrlər seçin
2 Ümumi (Ümumi və Məxfilik) seçin.
Ümumi seçin
3 Sistem Meneceri seçin.
Sistem Meneceri seçin
4 İstifadə rejimi seçin.
İstifadə rejimi seçin
5 Sorğu edilərsə PIN kodu daxil edin. Standart PIN kod - 0000.
6 Ev rejimini seçin.
Ev rejimini seçin
7 Menyudan çıxmaq üçün bir neçə dəfə Return (Qayıt) düyməsinə vurun.
  • Smart TV olmayan televizorlar üçün:

    1.  Parametrlər bölməsinə daxil olun.
    2. Dəstək Sistem seçin.
    3. İstifadə rejimi açın.
    4. Ev rejimi seçin

  • Smart TV üçün:

    1. TV menyusuna daxil olun: Home (Əsas) səhifə düyməsini basın və TV ekranında Parametrlər seçin.
    2. Ümumi maddəsini seçin.
    3. Sistem dispeçeri maddəsini seçin.
    4. İstifadə rejimi maddəsini seçin.
    5. Ev rejimini seçin.
    6. Menyudan çıxmaq üçün bir neçə dəfə Return (Qayıt) düyməsinə vurun.
  • Smart TV olmayan televizorlar üçün:

    1.  Parametrlər bölməsinə daxil olun.
    2. Dəstək Sistem seçin.
    3. İstifadə rejimi açın.
    4. Ev rejimi seçin

  • Smart TV üçün:

    1. Televizorun menyusuna daxil olun. Pultun modelindən asılı olaraq: Menyu və ya Home düyməsinə vurun və televizorun ekranında Parametrlər seçin.
    2. Sistem maddəsini seçin.
    3. Əlavə tənzimləmələr maddəsini seçin.
    4. İstifadə rejimi maddəsini seçin.
    5. Ev rejimini seçin.
    6. Menyudan çıxmaq üçün bir neçə dəfə Return (Qayıt) düyməsinə vurun.
  • Smart TV olmayan televizorlar üçün:

    1.  Menyu bölməsinə daxil olun.
    2. Dəstək Sistem seçin.
    3. İstifadə rejimi açın.
    4. Ev rejimi seçin

1. Televizorun menyusuna daxil olun. Pultun modelindən asılı olaraq:

  • J seriya — Menu və ya Menu/123 səhifə düyməsini vurun və TV ekranında Menyu seçin.
  • H seriya — Menu və ya Keypad səhifə düyməsini vurun və TV ekranında Menyu seçin.
  • F seriya — Menu və ya More səhifə düyməsini vurun və TV ekranında Menyu seçin.
     

2. Dəstək maddəsini seçin.

3. İstifadə rejimi maddəsini seçin.

4. Ev rejimini seçin.

5. Menyudan çıxmaq üçün bir neçə dəfə Return (Qayıt) düyməsinə vurun.

1. Source düyməsinə vurun və TV mənbəyi seçin.
2. Toold süyməsinə vurun və Demo maddəsini seçin.
3. Deaktiv etmək seçin.
4. E-POP maddəsini seçin.
5. Deaktiv etmək seçin.
6. Menyudan çıxmaq üçün bir neçə dəfə Return (Qayıt) düyməsinə vurun.

Televizorun korpusunda səs səviyyəsini azaltmaq və ya artırmaq (–/+) düyməsini vurun, sonra isə MENU düyməsini vurun və ekranda STANDAR yazısı görünənədək bir neçə saniyə gözləyin.

Demonstrasiya rejimi deaktiv olduqda reklamlar niyə görünür?

Televizorda ev rejimi seçildiyi zaman hələ də reklam görünürsə, iki variant mümkündür:

  • Bu televizora qoşulmuş xarici cihazın reklamıdır.

    Həll: xarici cihazdan reklam televizorda deaktiv edilə bilməz. Xarici cihazın tənzimləmələrini yoxlayın və ya onu televizordan ayırın.

  • Bu Tizen ƏS ilə işləyən Smart TV televizorlarında Smart Hub sürətli giriş panelində tətbiqlərdən reklamdır. 

    Həll: Smart Hub-da reklam banerlərini deaktiv etmək olmaz.

Şərhiniz üçün təşəkkür edirik!