Samsung televizoru CAM modulunu tanımırsa nə etməli

Son yeniləmə tarixi : 07-06-2024

Televizorun ekranında "Siqnal şifrələnib və ya zəifdir" yazısı görünürsə, televizor giriş kartı ilə CAM modulunu aşkarlaya bilmir və ödənişli rəqəmsal kanalları deşifrə edə bilmir.

Aşağıdakı məqalədə CAM modulunda yaranan belə səhv necə aradan qaldırıla bilər haqqında məlumat təqdim edilir.

1 Yayım provayderinizlə əlaqə saxlayın.
CAM modulu ilə ödənişli kanalları izləyərkən problemlər yaranarsa, tənzimləmə ilə bağlı dəstək almaq üçün ilk növbədə televiziya yayımı provayderinizlə əlaqə saxlamağı tövsiyə edirik.
2 Əmin olun ki, giriş kartı ilə CAM modulu televizora qoşulub, kart aktivdir və hesabda kifayət qədər vəsait mövcuddur.
3 Müvafiq kart və CAM modulundan istifadə etdiyinizdən əmin olun.
Kart modulala birlikdə dəstdə olmalıdır. Məsələn, kart əvvəllər qəbuledicidə istifadə olunubsa, onun başqa modulda düzgün aşkarlanma ehtimalı çox aşağıdır.
4 “Ümumi interfeys” maddəsinə daxil olmağa cəhd edin.
F seriyasına aid və daha yeni televizorlarda: "Menyu" > "Yayım" > "Ümumi İnterfeys" açın.
C/D/E seriyalarına aid televizorlarda: "Menyu" > "Sistem" > "Ümumi İnterfeys" açın.
  • "Ümumi İnterfeys" maddəsinə keçid edə bilsəniz, bu o deməkdir ki, modulun qoşulması düzgün yerinə yetirilib. Televizor qoşulmuş modulu aşkarladı. Növbəti tövsiyəyə keçid edin (bənd 5).
  • “Ümumi interfeys” maddəsinə daxil ola bilməsəniz, bu o deməkdir ki, televizor CAM modulunu görmür, yəni modulun televizora qoşulmasında problem var (modul səhv qoşulub, nasazdır və s.).

CAM modulunu təkrar qoşun.

Bunun üçün modulu televizordan ayırın,  CI ötürücü adapterini (istifadə edildikdə) ayırın və sonra sadəcə CAM modulunu yenidən qoşun.

Bu kömək etməsə və ümumi interfeys hələ də deaktivdirsə:


  1. Müvafiq CI adapterindən (televizorla birlikdə dəstdə təqdim edilir) istifadə edilib-edilmədiyini yoxlayın.

    Məhz televizorun seriyası üçün xüsusi olaraq hazırlanmış adapterdən istifadə etmək vacibdir. Əks təqdirdə, adapterin uyğun gəlməməsi ehtimalı yüksəkdir (məsələn, başqa televizora aid adapterdən istifadə etsəniz). Adapter televizorla birlikdə dəstdə verilir və ya onu xidmət mərkəzindən əldə etmək olar.
  2. CI ötürücü adapterinin sıx qoşulduğundan əmin olun.
    Adapteri televizora sıx bərkidin və yenidən yoxlayın.
     

Bu addımlar kömək etmirsə, növbəti tövsiyəyə keçid edin.

Düyməli pultdan (Smart olmayan) istifadə edirsinizsə, CAM modulunun məcburi inisializasiyasını həyata keçirin.

  1. Televizoru söndürün, giriş kartı ilə CAM modulunu ayırın, kabeli və ya antenanı ayırın (istifadə ediləndən asılı olaraq).
  2. Televizoru yenidən işə salın və pultda MUTE-2-4-7-EXIT düymələrini göstərilən ardıcılıqla vurun. Bundan sonra ekranda yazı görünəcək.

    • CIPLUS Storage Test: Fail yazısı — yeni proqram təminatı versiyası buraxılıbsa, onu yeniləyin və yenidən MUTE-2-4-7-EXIT yığın. Yenidən «Fail» yazısı görünürsə, Samsung xidmət mərkəzi ilə əlaqə saxlayın.

    • CIPLUS Storage Test: Success yazısı — giriş kartı ilə CAM modulunu daxil edin və inisializasiya başlayanadək (adətən 2-3 dəqiqə ərzində başlayır) gözləyin.



  3. İnisializasiya başladıqdan sonra antena kabelini qoşun.

    • Antena kabelini inisializasiyadan əvvəl və bu proses aparılan müddətdə qoşmayın!

    • Peyk televiziyasında inisializisiya prosesi bir neçə saat davam edə bilər. (Daha ətraflı məlumatlar üçün peyk provayderinizlə əlaqə saxlayın).



  4. "Ümumi interfeys" maddəsini yenidən yoxlayın.
    Maddə aktivdirsə, CAM modulunun parametrlərini sıfırlayın: televizorun tənzimləmələrində “Yayımlamaq ” > “Ümumi İnterfeys” > “CI Menyu” > “Parametrlər” bölməsinə keçin və “Zavod Parametrləri” seçin.

 

"Ümumi interfeys" aktivləşibsə (yəni, televizor modulu aşkar edibsə), lakin televizor hələ də siqnalın şifrələndiyini bildirirsə, məqalədəki əlavə tövsiyələrə əməl edin.

5 Kartın CAM moduluna düzgün daxil edildiyindən əmin olun.
Kartı yenidən quraşdırın - ola bilsin ki, o səhv quraşdırılıb. Kart düzgün quraşdırılmayıbsa, televizor CAM modulunu tanıya bilər, lakin kanallar şifrəli olacaq.
Kartın CAM modulunda quraşdırılması sxemi

Kart çipinin metal kontaktları CAM modulunun ön tərəfinə yönəldilməlidir. Adətən kartın üzərində ox işarəsi olur, həmin işarə kartı necə və hansı istiqamətdə quraşdırılmalı olduğu göstərilir.

Kanallar hələ də şifrələnibsə, növbəti tövsiyəyə keçid edin.

6 Saat rejimini "AUTO" kimi təyin edin və "Kanalların Avtomatik" tənzimləməsini yenidən işə salın..
7 Televizorun proqram təminatını yeniləyin.
Proqram təminatının yeni versiyası buraxılıbsa, onu quraşdırın. Yeni versiyalarda sistemin işi stabil olur və mümkün səhvlər aradan qaldırılır.
8 Tənzimləmələri sıfırlayın.
Əvvəlki tövsiyələr kömək etmirsə, tənzimləmələri sıfırlamağa cəhd edin. Sıfırlama televizorun zavod tənzimləmələrini qaytaracaq və xətaları aradan qaldıracaq.

Yuxarıdakı tövsiyələr kömək etmirsə və modul işləkdirsə (yəni onun işini başqa cihazda yoxlamısınız və ya texniki mütəxəssisə müraciət etmisiniz), avadanlığın diaqnostikası və təmiri üçün Samsung xidmət mərkəzi ilə əlaqə saxlayın.


Şərhiniz üçün təşəkkür edirik!