Samsung televizorunuzda gprüntü vaxtaşırı itirsə nə etməli

Son yeniləmə tarixi : 31-05-2024

Televizora baxarkən (kanallar, tətbiqlər vasitəsilə proqramlar, kənar mənbələrdən videolar) görüntü itir, lakin səs eşidilirsə, aşağıdakı təlimatlara əməl edin.

Пропадает изображение на экране
1 Televizoru yenidən işə salın

Bunun üçün televizoru söndürün, elektrik yuvasından ayırın və 1-2 dəqiqə gözləyin. Televizoru elektrik yuvasına qoşun.

Televizoru elektrik yuvasından ayırmaq imkanı yoxdursa, televizoru pult vasitəsilə yenidən işə salın. Bunun üçün "POWER" düyməsini vuraraq bir neçə saniyə gözləyin.

Televizoru yandırın və yoxlayın.

2 Problem yalnız telekanallara baxarkən yaranırsa:
  • Televizoru qəbulediciyə birləşdirən antena və kabelin sıx qoşulduğundan əmin olun.
  • Antena və ya kabeli televizordakı yuvadan ayırın, sonra isə yenidən qoşun.
  • Televizoru digər kabel vasitəsilə qoşmağa cəhd edin.

Kabelin əvəzlənməsi kömək etdisə, problem televizorun əvvəl qoşulduğu kabeldədir. Ola bilsin ki, o zədəlidir.

Kabelin əvəzlənməsindən sonra problem aradan qalxmırsa — növbəti addıma keçid edin.

3 Televizorun proqram təminatını yeniləyin

Tənzimləmələr > Dəstək > Proqram təminatının yenilənməsi > İndi yeniləmək açın. Televizorunuz üçün yeni proqram təminatı mövcuddursa, endirmə avtomatik olaraq başlayacaq.

4 Televizoru zavod tənzimləmələrinə qaytarmaq üçün tənzimləmələri sıfırlayın

Əvvəlki addımları tamamladıqdan sonra vəziyyət təkrarlanırsa, televizorun təmirə ehtiyacı var. Texnikanın diaqnostikası və təmiri üçün xidmət mərkəzi ilə əlaqə saxlayın.


Şərhiniz üçün təşəkkür edirik!