Samsung televizorunuz Wi-Fi şəbəkəsini itirərsə nə etməli

Son yeniləmə tarixi : 17-12-2024

Bu yazıda siz Samsung televizorunuz tez-tez Wi-Fi şəbəkəsi ilə əlaqəni itirirsə (kəsilir) nə edəcəyinizi öyrənəcəksiniz.

Wi-Fi Samsung televizorunda işləmir
1 Routeri televizora yaxın yerləşdirin.
Wi-Fi avadanlığından gələn siqnal zəif olduğundan və ya maneələr səbəbindən televizor siqnalı itirə bilər. Routeri televizorunuzdan 5 metrdən çox olmayan məsafədə yerləşdirin.

Wi-Fi router (marşrutlaşdırıcı) interneti ona qoşulmuş smartfonlar, kompüterlər, televizorlar və s. arasında paylayır. Router adətən antenaları və şəbəkə kabellərini birləşdirmək üçün portları olan kiçik düzbucaqlı qutudur.

Router
2 Routerin tənzimləmələrini sıfırlayın.
Routeri təxminən 1 dəqiqəlik eletrik yuvasından ayıraraq sıfırlamağa cəhd edin. Sonra bunun üçün PT yeniləməsini yoxlayın. Əgər yeniləmə varsa, onu quraşdırdığınızdan əmin olun.
3 Routerin tənzimlənməsi üçün tövsiyələri yoxlayın.
Routerin idarəetmə panelində aşağıdakı parametrləri özünüz təyin etməyə çalışın və ya kömək üçün provayderinizlə əlaqə saxlaya bilərsiniz.
Routerin tənzimlənməsi üçün tövsiyələri yoxlayın

Kanalı dəyişdirin

2.4 GHz üçün

WI-FI 6 kanalı tövsiyə edilir

5 GHz üçün

WI-FI 44 kanalı tövsiyə edilir

Şifrələmə növü

WPA2-PSK

Şifrələmə açarı

AES

IP ünvanlarının paylanması

DHCP

Router parametrlərini tövsiyə olunanlara dəyişdirdikdən sonra televizor hələ də Wi-Fi-ı itirirsə, növbəti addıma keçin.

4 Routerin işini mobil giriş nöqtəsi ilə yoxlayın.
İnterneti telefonunuzdan paylamağa çalışın.
  • Əgər sizdə Samsung Galaxy varsa, Samsung Galaxy-ni Modem və ya Wi-Fi Hotspot kimi necə istifadə etmək olar məqaləsində İnterneti necə paylamaq barədə ətraflı təlimat tapa bilərsiniz.
  • Əgər sizdə iPhone varsa, menyuya daxil olun - Tənzimləmələr > Modem rejimi > Başqalarına icazə ver.  
  • IPhone 12 və ya daha yeni modellər, iPad Pro 11 düym (3-cü nəsil və ya daha sonra), iPad Pro 12,9 düym (5-ci nəsil və ya daha sonra) və ya iPad mini (6-cı nəsil) üçün "Maksimum uyğunluğu yandırın". Sonra cihazları modem rejimində yenidən cihaza qoşmağa cəhd edin.

Mobil İnternet vasitəsilə əlaqə sabitdirsə, televizorda hər şey yaxşıdır. Növbəti addıma keçin.

5 TV-də DNS server ünvanını dəyişdirin.
DNS-i 8.8.8.8 və ya 208.67.222.222 olaraq dəyişdirin.
7 Televizorun tənzimləmələrini sıfırlayın.
Televizorun proqram təminatının nasazlığının qarşısını almaq üçün tənzimləmələri sıfırlamağı məsləhət görürük.

Yuxarıdakı addımlar kömək etmirsə, televizorun diaqnostikası və təmiri üçün xidmət mərkəzinə müraciət edin.


Şərhiniz üçün təşəkkür edirik!