TV

TV

Görmə qabiliyyəti

Səsli bələdçi
Səsli bələdçi Smart TV televizorlarına ekranınızda göstərilən elementlərin audio təsvirini göstərməyə imkan verir. Bu funksiya görmə qabiliyyətini itirmiş və ya ekranı görməkdə çətinlik çəkən istifadəçilərə səsləndirmənin köməyi ilə əsas TV funksiyalarından və müxtəlif smart xidmətlərdən, məsələn, internetdən və axtarışdan istifadə etməyə kömək edir. Səsli bələdçi ilə siz hazırda aktiv olan kanal və səs səviyyəsi, hazırda yayımlanan verilişlər və gələcək yayımlar, habelə, baxış proqramı barədə məlumatı dinləyə bilərsiniz.
  • Səs səviyyəsini/sürətini/tonunu tənzimləyin
  • Səsli bələdçidən istifadə edərək, TV-nin fon səsini tənzimləyin
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Səsli bələdçi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Səsli bələdçi
Audio deskripsiya
Audio deskripsiya bir çox televiziya proqramının görmə qabiliyyətini itirmiş və ya ekranı görməkdə çətinlik çəkən istifadəçilər üçün təqdim etdiyi xidmətdir. Ekranda nələrin baş verdiyinin başa düşülməsinin asanlaşdırılması üçün səhnənin sözlə təsvirini verən əlavə audio trek yayımlanır. Səhnədəki dəyişikliklər, personajların ifadələri, jestləri, kostyumları və s. barədə məlumat əldə edərək, daha çox zövq alın.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Audio deskripsiya
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Səsli bələdçi
  • * Audio deskripsiya yalnız müvafiq anda izlədiyiniz yayım tərəfindən dəstəkləndiyi halda istifadə oluna bilər.
Böyütmə
Görmə qabiliyyətinin zəif olması səbəbi ilə ekranı yaxşı görə bilmirsinizsə, siz mətni daha böyük formada görə bilmək üçün ekranı böyüdə bilərsiniz. Siz ekranı 200%-dək istədiyiniz kimi böyüdə və ya böyüdüləcək sahənin mövqeyini tənzimləyə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Böyütmə
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Böyütmə
Yüksək kontrastlıq
Qara fonda açıq rəngli mətn rəng korluğundan və ya görmə qabiliyyətinin zəif olmasından əziyyət çəkənlərə ekrandakı mətni daha aydın görməyə imkan verir. Siz əsas xidmət ekranının fon rəngini qaraya, mətnin rəngini isə, ağa və ya sarıya dəyişə, bununla da görüntü aydınlığını artıra və gözlərə düşən yükü azalda bilərsiniz. Bundan əlavə, mətnin daha da aydın olması üçün şəffaf TV menyu ekranı avtomatik olaraq qeyri-şəffaf hal alır.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Yüksək kontrastlıq
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Yüksək kontrastlıq
Menyunun və mətnin
miqyasının dəyişdirilməsi
Menyunun və mətnin miqyasının dəyişdirilməsi funksiyası görmə qabiliyyəti zəif olanlara kömək etmək üçün menyuları və mətni böyüdür. Siz Kanal haqqında məlumat, Smart hub, Tənzimləmələr, çıxan pəncərələr və s. xidmət ekranlarının bölmələrini daha ətraflı şəkildə oxuya və mətni böyüdə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Menyunun və mətnin miqyasının dəyişdirilməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Menyunun və mətnin miqyasının dəyişdirilməsi
Boz cədvəl
Rəngləri tanımaqda çətinlik çəkir və ya gözlərinizi çox yükləyirsinizsə, siz, boz cədvəldən istifadə edərək, ekranın rəngini ağ-qaraya dəyişə bilərsiniz. Siz rənglərin bulanıq etdiyi konturları daha aydın hala gətirmək və gözlərinizə düşən yükü azaltmaq üçün ağ-qara rejimindən istifadə edə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Boz cədvəl
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Boz cədvəl
Rəng çevrilməsi
İşığa qarşı həssaslığınız varsa və ya görmə qabiliyyətiniz zəifdirsə, siz fonu qara fona, mətni isə, ağ mətnə çevirə bilərsiniz. Rəng çevrilməsi görüntünün tanınma dərəcəsini artırmağa, işığın əks olunma dərəcəsini və gözlərə düşən yükü azaltmağa kömək edir.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Rəng çevrilməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Rəng çevrilməsi
SeeColors rejimi
Bütün Samsung QLED televizorlarında mövcud olan SeeColors rejimi rəngləri ayırd etməkdə çətinlik çəkənlərə ekranın rənglərini öz gözlərinə uyğun şəkildə tənzimləməyə kömək edir. Siz rəng korluğunuzun olub-olmadığını və varsa, onun ağırlıq dərəcəsini yoxlaya və, diaqnoza əsasən, ekranın rəngini gözlərinizin ayırd edə bildiyi rəng spektrinə uyğun şəkildə tənzimləyə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > SeeColors rejimi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > SeeColors rejimi
Learn TV Remote
Learn remote funksiyası görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti zəif olan istifadəçilərə qısa bir zamanda pult düymələrinin yerini və nə işə yaradığını öyrənməyə imkan verir. Televizor sizə hər bir düymənin təyinatını söyləyəcək.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Learn TV Remote
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Learn TV Remote
Learn Menu Ekranı
Learn menu ekranı görmə qabiliyyətini itirmiş və ya görmə qabiliyyəti zəif olan istifadəçilərə televizorun müxtəlif funksiyalarını öyrənməyə imkan verir. Bu funksiya pultun, əlçatanlıq menyusunun, TV səs bələdçisinin necə istifadə ediləcəyinə dair elektron audio izahlar verir, yayımla, baxış proqramı və s. ilə bağlı təlimatlar təqdim edir.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Learn Menu Ekranı
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Learn Menu Ekranı
Səsli Subtitrlər
Bu səsli funksiya AI köməyi ilə videodakı subtitrləri tanıyır və onları səsləndirir.
  • Səsli Subtitrlər
  • Səsli Subtitrlərin Səs Səviyyəsi
  • Səsli Subtitrlərin Sürəti
  • Videonun Səs Səviyyəsi
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Səsli Subtitrlər
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Səsli Subtitrlər
Görüntünün Söndürülməsi
Bu funksiyadan istifadə etdiyiniz zaman televizorun ekranı söndürülür, lakin siz televizorun səsinə qulaq asmağa davam edə bilirsiniz. Ekranı təkrar yandərmaq üçün sadəcə pultun üzərindəki istənilən bir düyməni basın (Yandırb-söndürmə düyməsi və Səs artırma/azaltma düyməsi istisna olmaqla).
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Görüntünün Söndürülməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Görüntünün Söndürülməsi
Relumino Rejimi
Relumino Rejimi, obyektlərin konturunu gücləndirərək, kontrastlığı artıraraq, habelə, parlaqlığı və rəngi tənzimləyərək, şouların, kinoların və sənədli filmlərin izlənilməsini daha da asanlaşdırır.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Relumino Rejiminin Tənzimləmələri
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Relumino Rejiminin Tənzimləmələri

Eşitmə qabiliyyəti

Altyazı
Bir çox TV proqramların altyazısı təqdim olunur. Eşitmə qabiliyyətini itirmiş və ya eşitmə qabiliyyəti zəif olanlar üçün dialoq ekranda mətn şəkildə əks olunur. Altyazılar ekranı bağlayır və izləməyə maneçilik törədirsə, siz onları sizin üçün daha rahat yerə keçirə bilərsiniz. Bundan əlavə, daha yaxşı görüntünü təmin etmək üçün, siz şriftin ölçüsünü, rəngini və fon rəngini, habelə, şəffaflığı öz ehtiyaclarınıza uyğun şəkildə təyin edə bilərsiniz.
  • Altyazı
  • Altyazının avtomatik mövqeyi
  • Ayrıca Bağlı Altyazı
  • Altyazı Rejimi
  • Rəqəmsal Altyazı Opsiyaları
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Altyazı Tənzimləmələri
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Altyazı Tənzimləmələri
  • * Yayım proqramı, regiondan asılı olaraq, fərqlənə bilər.
  • * Altyazı xidmətlərinin mövcudluğu, yayım şirkətindən asılı olaraq, fərqlənə bilər.
İşarə dili sahəsinin miqyasının dəyişdirilməsi
İşarə dili sahəsinin miqyasının dəyişdirilməsi funksiyası avtomatik şəkildə işarə dilinin əks etdirildiyi sahəni tanıyır və həmin sahəni böyüdür, bununla da eşitmə qabiliyyətini itirmiş istifadəçilərə ağız və üz ifadələrini daha aydın şəkildə görməyə imkan verir. Siz işarə dili sahəsini təyin edə və böyütmə dərəcəsini 200%-dək təyin edə bilərsiniz. Görmə qabiliyyətini itirmiş istifadəçilər isə, bu funksiyadan, misal üçün, idman tədbirlərində xal cədvəlinin və ya viktorinalarda sualların göstərildiyi müəyyən bir sahənin böyüdülməsi üçün istifadə edə bilərlər.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > İşarə Dili Sahəsinin Miqyasının Dəyişdirilməsi Tənzimləmələri
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > İşarə Dili Sahəsinin Miqyasının Dəyişdirilməsi Tənzimləmələri
Çox çıxışlı Audio
Çox çıxışlı audio funksiyası eşitmə qabiliyyəti zəif olan istifadəçilərə ailələri ilə birlikdə televizora baxmağa imkan verir. Səs eyni zamanda həm dinamiklərə, həm də qulaqlıqlara verilir, bununla da, hər bir ailə üzvü yayımdan özünə lazım olan səs səviyəsinə uyğun zövq ala bilir. Eşitmə qabiliyyəti zəif olan istifadəçilər Bluetooth cihazlardan, digər ailə üzvləri isə, televizorun dinamiklərindən istifadə edə bilərlər.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Çox çıxışlı Audio
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Çox çıxışlı Audio
İşarə dili təlimatı
Televizor menyusunun funksiyalarının işarə dilində izah olunması üçün televizorun aşağısında avatar çıxır.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > İşarə dili təlimatı tənzimləmələri
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > İşarə dili təlimatı tənzimləmələri
  • * Modeldən və coqğrafi ərazidən asılı olaraq, bu funksiya dəstəklənməyə də bilər.

Mobillik

Pult Düyməsinin
Təkrar Basılmasının Tənzimlənməsi
Pult düymələrinin işləmə sürəti sizin üçün rahat deyilsə, Pult Düyməsinin Təkrar Basılmasının Tənzimlənməsi funksiyası düymələrin işləmə sürətini azaltmağa imkan verir. Kanalların dəyişdirilməsini, səs səviyyəsinin tənzimlənməsini və ya siyahı elementlərinin yerinin dəyişməsini sizin üçün daha rahat etmək üçün, pultun davamlı işləmə sürətini tənzimləyə bilərsiniz.
  • * Necə quraşdırmalı : Əsas səhifə düyməsinə basın > Menyu > Tənzimləmələr > Bütün tənzimləmələr > Ümumi tənzimləmələr və məxfilik > Əlçatanlıq > Pult düyməsinin təkrar basılmasının tənzimlənməsi
  • * Necə quraşdırmalı : Əlçatanılıq yarlıqlarına daxil olmaq üçün səs artırma/azaltma düyməsini basıb saxlayın > Pult düyməsinin təkrar basılmasının tənzimlənməsi

Əlçatanlıqla bağlı müştərilərə dəstək

Əlçatanlıqla bağlı yardım almaq üçün biz müraciət edin