Daha geniş bir dünyaya daha böyük bir baxış

Cəmi 10.2 mm ölçülü simmetrik çərçivə ilə əhatələnən 10.5 düymlük geniş ekran sizə imkan verəcək.

*Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Klassik. Müasir

Gözalıcı toxunuşlar sayəsində özünəxas estetikaya malik Galaxy Tab A8-in parlaq aurası və gənc tərzi var. Cəmi 6.9 mm-lik ultra nazik profilə malik zərif metal korpusla o, Samsung-a özəl planşet dizaynını Boz, Gümüş və Çəhrayı Qızıl rənglərdə təqdim edərək, onun komfortlu cazibəsini vurğulayır.

* Rənglərin əlçatanlığı ölkəyə görə dəyişə bilər.

Dinamik səslərə qərq olun

Dolby Atmos® həcmli səslə təchiz edilmiş dörd dinamik, səsin hər bir detalını müstəsna aydınlıq və dolğunluqla ortaya qoyduqca, siz də əyləncə anlayışınızı daha yüksək səviyyələrə daşıyın. Sözün əsl mənasında oyuna tam aludə olmaq üçün hazırlanmış Galaxy Tab A8 gənclərin sevdiyi məzmun, oyunlar və aktivliklərdən ibarət hüdudsuz bir kainata açılır.

*Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Daha yüksək güc ilə hakimiyyəti əlinizə alın

Galaxy Tab A8 Səkkiznüvəli prosessorun 4 GB-a qədər RAM və 128 GB-a qədər daxili yaddaşla vəhdəti sayəsində sürəti və batareyası tükənmədən problemlərə meydan oxuyur. 1 TB-a qədər microSD kart ilə daha çox yaddaşa sahib olun və 7,040 mAs (tipik) batareya və 15 Vt Sürətli Şarj ilə enerjiniz heç zaman tükənməsin.

*Galaxy Tab A8 geniş çeşiddə RAM və yaddaş seçimi ilə təqdim olunur. İlkin seçim 3GB RAM və 32GB yaddaş təklif edir, 4GB RAM seçimi isə 64GB və 128GB tutumda mövcuddur. *RAM və yaddaş tutumunun vəhdəti ölkə və ya regiona görə dəyişə bilər. *Mövcud istifadəçi yaddaşının ümumi həcmi əməliyyat sistemi və cihaz xüsusiyyətlərini idarə etmək üçün istifadə olunan proqram təminatının saxlanmasına görə ümumi yaddaşdan azdır. Faktiki istifadəçi yaddaşı operatordan asılıdır və proqram yeniləmələri həyata keçirildikdən sonra dəyişə bilər. *MicroSD kart ayrıca satılır. *Üçüncü tərəfin laboratoriya şəraitində sınaqdan keçirilmiş tipik dəyər. Tipik dəyər IEC 61960 standartı altında sınaqdan keçirilmiş batareya nümunələri arasında batareya tutumunda sapma nəzərə alınmaqla təxmin edilən orta dəyərdir. Nominal (minimum) tutum 6,820 mAs-dır. *15 Vt Sürətli Şarj Cihazı ayrıca satılır. *Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Bolluca. Əlçatan. Tamamilə sizin

Samsung TV Plus ilə Galaxy Tab A8 istənilən vaxt, istənilən yerdə sizi ani, pulsuz TV ilə təmin edir. Minlərlə saatlıq xəbərlərdən, idman oyunlarından, filmlərdən, müxtəlif uşaq məzmunlarından və s. həzz alın. Sadəcə olaraq Samsung TV Plus tətbiqini aktivləşdirin və hazırda yayımda nəyin olduğunu və ya qarşıda nələrin olacağını görmək üçün BƏLƏDÇİ-dən istifadə edin.

*Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir. *Samsung TV Plus-un mövcudluğu ölkə və ya regiondan asılı olaraq dəyişə bilər. *Şəbəkə bağlantısı tələb olunur. *Mövcud kanallar və proqramlar ölkə/region üzrə fərqlənə və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

YouTube Premium abunəliyini sınaqdan keçirin

Heç bir əlavə ödəniş etmədən YouTube Premium-un iki aylıq abunəliyindən istifadə edərək YouTube təcrübənizi reklamlar olmadan yaşayın. Galaxy Tab A8 alarkən əldə edəcəyiniz pulsuz abunəlik sayəsində siz digər proqramlardan istifadə edərkən və ya ekran kilidli olduqda da videolara baxa bilərsiniz.

*YouTube Premium-un əlçatanlığı ölkə və ya regiona görə dəyişə bilər. İstifadəçilər bütün üstünlüklərdən istifadə etmək üçün YouTube Premium hesabına abunə olmalıdırlar. Üstünlük yalnız 05.03.2022-dək aktivləşdirilmiş cihazlara şamil edilir və 05.04.2022-ci ilə qədər istifadə edilməlidir. YouTube Premium Google MMC-nin ticarət nişanıdır. Bütün şərtlər: https://www.youtube.com/premium/restrictions *Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

*YouTube Premium-un əlçatanlığı ölkə və ya regiona görə dəyişə bilər. İstifadəçilər bütün üstünlüklərdən istifadə etmək üçün YouTube Premium hesabına abunə olmalıdırlar. Üstünlük yalnız 05.03.2022-dək aktivləşdirilmiş cihazlara şamil edilir və 05.04.2022-ci ilə qədər istifadə edilməlidir. YouTube Premium Google MMC-nin ticarət nişanıdır. Bütün şərtlər: https://www.youtube.com/premium/restrictions *Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Screen Recorder ilə videodərslər artıq daha asandır

Galaxy Tab A8-də quraşdırılmış Screen Recorder ilə canlı onlayn dərsin videosunu sadə, qüsursuz və problemsiz bir şəkildə yaza bilərsiniz. Birbaşa məzmunun üstünü işarələyərək və öyrəndiyiniz əsas məlumatlarla bağlı qeydlər apararaq bütün dərsi aktiv şəkildə izləyin.

*Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Samsung Kids ilə uşağınızın vaxtını rəngarəng edin.

Samsung Kids uşağınızın dünyanı kəşf etməsi və onunla əlaqə qurması üçün təhlükəsiz mühit təqdim edir. Təkmil Valideyn nəzarətindən istifadə edərək, siz oyun vaxtına məhdudiyyətlər qoya, seçilmiş proqramlara giriş icazəsi verə və uşağınızın fəaliyyətinə nəzarət edə bilərsiniz.

*Samsung Kids-də təqdim olunan məzmun ölkə və regiona görə dəyişir. *Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Daha çox pəncərədə daha çox iş görün

Təkmilləşdirilmiş Samsung çoxpəncərəli təcrübəsindən ən yaxşı şəkildə yararlanın. Galaxy Tab A8-də siz ekranı yarıya bölə və eyni anda iki işi görə bilərsiniz. Sürüşdür və burax hərəkəti ilə pəncərələrdəki fokusu tənzimləyə, tətbiqlər arasında məzmun paylaşa və hətta bildirişi də sürüşdürüb buraxa bilərsiniz.

*Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Samsung Knox ilə güvəndə qalın

Samsung Knox aparat təchizatı səviyyəsindən başlayaraq icazəsiz müdaxilələri bloklayır. Real vaxt rejimində cihazın beyni rolunu oynayan nüvə kompromislərin qarşısı alınır. Bu çoxqatlı, ən müasir platforma əsas proqram təminatını və cihazın bütövlüyünü müntəzəm olaraq yoxlayır.

*İllüstrativ məqsədlər üçün simulyasiya edilmiş ekran şəkilləri

Asanlıqla digər cihaza keçin

Tətbiqlərə digər cihazlarda davam edin

İstədiyiniz zaman qaldığınız yerdən davam edin. Eyni Samsung hesabına daxil olmaqla siz iki cihazınız arasında keçid edərkən yenidən başlamanıza ehtiyac qalmadan qeydlərinizə və ya internet axtarışınıza qayıda bilərsiniz.

Üfüqlərinizi genişləndirin

Kopyala və Yapışdır

Cihazlar arasında qüsursuz şəkildə kopyalayıb yapışdırmaqla sərhədlərdən kənara çıxaraq yaradın. İstər ilham paneli yaradın, istərsə də PowerPoint slaydlarına məlumat yerləşdirin, məhsuldarlığınız və yaradıcı enerjiniz daha sərbəst və səmərəli şəkildə öz axarında davam edəcək.

Ləngimədən qoşalaşdırın

Auto Sync

Qoy sevimli cihazlarınızın çox vaxt aparan manual qoşalaşdırma prosesi keçmişdə qalsın. Notbukunuz və qulaqlıqlarınızdan Galaxy Watch-a qədər, Galaxy telefonunuzla qoşalaşmış bütün cihazları avtomatik olaraq Galaxy Tab A8-in Bluetooth cihazları siyahısında görəcəksiniz.

Ritmi heç zaman qaçırmayın

Auto Switch

Fürsətləri qaçırmaqdan qorxmayın. Sevdiyiniz musiqi və ya məzmunla anı yaşayın. Hər dəfə zəng gələndə Galaxy Buds avtomatik olaraq planşetinizə keçəcək ki, siz zəngi dərhal qəbul edə biləsiniz.

  • *Bütün funksiyalar One UI 3.1 ilə dəstəklənir. One UI 3.1-in mövcudluğu cihaz, ölkə, region və operatordan asılı olaraq dəyişə bilər. *Hər bir cihazda One UI 3.1 olmalıdır, Bluetooth aktiv olmalıdır və eyni Samsung hesabına qoşulmalıdır. *Digər cihazlarda tətbiqə davam etmək funksiyası yalnız Samsung İnternet və Samsung Notes ilə uyğun gəlir. Bu funksiyanın işləməsi üçün istifadə edəcəyiniz iki cihaz eyni Samsung hesabına daxil olmalı və eyni Wi-Fi şəbəkəsinə qoşulmalı, hər iki cihazda Bluetooth və Digər cihazlarda davam et funksiyası aktiv olmalıdır. *Ekran təsviri illüstrativ məqsədlərlə simulyasiya edilmişdir.

Xüsusiyyətlər

  • Prosessor 2 GHs
  • Displey 10.5" (266.9 mm)
  • Arxa Kamera - İcazə 8.0 MP
  • Çəki (q) 508

{{family.currentModel.displayName}}

{{family.currentModel.modelCode}}

Rəng : {{chip.displayName}}
{{model.prices.currentPriceDisplay}}
Aylıq {{model.prices.monthlyPrice}} - dan . Aya {{model.prices.months}}
və ya {{model.prices.currentPriceDisplay}}
Price without VAT: {{model.prices.vatFreePriceFormatted}}

Price with discount: {{model.prices.currentPriceDisplay}}

Price before: {{model.prices.priceDisplay}}

{{model.prices.priceDisplay}} {{model.prices.savePrice}}
  • {{summary.title}}

    {{summary.value}}{{summary.unit}}

  • {{summary.title}}

Modelləri müqayisə et

Oxşar məhsullarla müqayisə et

SON BAXILANLAR

Əsas funksiya əsas xarakteristikadan fərqlənə bilər.

Bütün təsvirlər yalnız misallarla izah etmək üçündür, bütün aksessuarlar ayrıca satılır.

Cihazın bütün xüsusiyyətləri və texniki göstəriciləri satışa başlandığı zamana aiddir, lakin gələcəkdə əvvəlcədən xəbərdarlıq edilmədən dəyişə bilər.

İstifadəçinin istifadə edə biləcəyi daxili yaddaşın həcmi cihazın ümumi yaddaşından azdır, belə ki, yaddaşın bir hissəsi əməliyyat sistemi və cihazın işləməsini təmin edən tətbiqetmələr tərəfindən tutulur. Faktiki istifadəçi yaddaşının həcmi rabitə operatorundan və daxili Proqram Təminatının yenilənməsindən sonra asılı ola bilər.

Şəbəkə: Ddəstəklənən tezlik diapazonları regiondan və şəbəkə provayderindən asılı olaraq dəyişə bilər.