Jet 70 complete, Naqilsiz tozsoran
VS15T7036R5/EV
QR kodunu smartfonunla skan et və obyekti otağına yerləşdir.
Əsas məqamlar
Özəlliklər
Siklon tipli “Jet Cyclone” filtri
Yüksək effektivliyə malik “Jet Cyclone” siklon texnologiyası sayəsində tozsorandan çıxan hava təmiz olur və cihaz sorma gücünü sabit səviyyədə qoruyub saxlayır. Siklon sisteminin 27 dəliyi optimal hava axınını formalaşdırır və nəticədə sorma gücünün itkiyə getməsinin qarşısını alır. Eyni zamanda hava ən kiçik toz zərrəciklərindən təmizlənir.
Bütün növ səthlərin, örtüklərin effektiv şəkildə təmizlənməsi.
“Turbo Action Brush” başlığı
“Turbo Action Brush” başlığı həm xalçanın üzərindən, həm də bərk səthlərdən ən kiçik toz zərrəciklərini effektiv şəkildə təmizləyir. Başlığın rotorunun fırlanma sürəti dəqiqədə 3750 dövrdür*. Fırça öz oxu ətrafında 180 dərəcə dönür ki, bu da hərəkət istiqamətini asanlıqla dəyişdirməklə yanaşı otağın hər küncünün effektiv şəkildə təmizlənməsini təmin edir. Fırlanan barabanı cəmi bir hərəkətlə sökərək fırçanı asanlıqla təmizləyə bilərsiniz.
* Min, Mid və Max (“Minimal”, “Orta” və “Maksimal”) rejimlərində həyata keçirilmiş sınaqların nəticələrinə əsasən. Faktiki nəticələr fərdi istifadə xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.
İntuitiv idarəetmə
Rəqəmsal displey
Dəstəyə inteqrasiya edilmiş rəqəmli displeyə baxaraq tozsoranın optimal rejimdə işləyib-işləmədiyini asanlıqla müəyyən edə bilərsiniz. Həmin displey vasitəsi ilə tozsoranın vəziyyətini, o cümlədən cari gücünü və taxılmış başlığın tipini asanlıqla yoxlamaq mümkündür. Bundan başqa displeydə filtrin və ya fırçanın tıxana biləcəyi barədə xəbərdarlıq bildirişi göstərilə bilər.
Erqonomik akkumulyator şarj stansiyası
“2-si 1-də” şarj stansiyası
İstənilən mənzilin dizaynı ilə uzlaşan “2s-i 1-də” şarj stansiyası sayəsində tozsoranın saxladığınız yerdə batareyanı doldurun. Şarj stansiyasını divara quraşdıra, tozsoranı da elə həmin nöqtədə divara bərkidə bilərsiniz və ya batareyanı ayrıca doldurmaq üçün istədiyiniz başqa nöqtəyə yerləşdirə bilərsiniz.
Tamamilə yuyulub təmizlənən konteyner
Tozsoranınızın tozyığanını təmiz saxlamaq çox asan və sadədir. Multi-siklon sistemi də daxil olmaqla tozsoranı su ilə asanlıqla yuya bilərsiniz. Teleskopik quruluşlu xortumu tozsoranın korpusundan ayırmadan konteyneri asanlıqla açılıb çıxarmaq mümkündür.
Sərt örtüklərin təmizlənməsi
“Soft Action” fırçası
Komplektləşdirici qismində təmin edilən “Soft Action” fırçası bərk örtüklərin və aralıq yerlərin, yarıqların kiçik hissəciklərdən effektiv şəkildə təmizlənməsini təmin edir. Fırçanın yumşaq valına antistatikliyi təmin edən gümüş tellər sarılmışdır. Fırça öz oxu ətrafında 180 dərəcə dönür ki, bu da hərəkət istiqamətini asanlıqla dəyişdirməklə yanaşı otağın hər küncünün effektiv şəkildə təmizlənməsini təmin edir.
Asan təmizləmə
Yüngülləşdirilmiş konstruksiya
Tozsoranın yüngül, idarəetməni asanlaşdıran, istifadə rahatlığını təmin edən, habelə biləklərinizə təsir edən yükü azaldan konstruksiyası sayəsində təmizlik sizin üçün daha asan məşğuliyyət olacaq. Çəkisi cəmi 1.48 kq olan tozsoran korpusu adi naqilsiz Samsung tozsoranlarından 21% daha yüngüldür *.
* Samsung VS8000 tozsoranı ilə müqayisədə. Korpusun çəkisi: VS7000 - 1,48 kq, VS8000 - 1,89 kq.
* Samsung VS8000 tozsoranı ilə müqayisədə. Korpusun çəkisi: VS7000 - 1,48 kq, VS8000 - 1,89 kq.
Xüsusiyyətlər
-
Maks. enerji istehlakı
410 Vt
-
Sorma gücü
150 Vt
-
İşləmə müddəti (maks.)
40 dəq
-
Çəki (g)
2.6 kg
-
Növ
Siklon
-
Toz torbasının tutumu
0.8 ℓ
-
Təmizləmə sahəsinin eni
250 mm
-
Rəng
Gümüşü
-
Rəqəmsal invertor mühərriki
Var
-
Maks. enerji istehlakı
410 Vt
-
Sorma gücü
150 Vt
-
İşləmə müddəti (dəq.)
5 dəq
-
İşləmə müddəti (orta)
20 dəq
-
İşləmə müddəti (maks.)
40 dəq
-
Səs səviyyəsi
86 dBA
-
Batareya növü
Litium-ion
-
Gərginlik
21,6 V
-
Cordless
210 min
-
Əsas
Turbo Action Brush fırça
-
Əlavə fırça (digər)
Soft Action Brush fırça
-
Aksessuar 1
Kombinə edilmiş başlıq
-
Aksessuar 2
Uzadıcı yastı başlıq
-
Aksessuar 3
Mühərrikli fırça (Mini Motorized Tool)
-
Hava çıxarma filtri
HEPA filtri
-
Motorun önündəki filtr
Var
-
EZClean konteyner
Var
-
Ölçülər (ExHxD)
250X1123X215 mm
-
Çəki
2.6 kg
-
LED ekran
Var
Məhsul üçün dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
Son baxilanlar