İntellektual Panel ilə qurudan maşın, 9 kq, DV8000T
- * Android və iOS-da mövcuddur. * Wi-Fi qoşulma və Samsung Account lazımdır. ** Əgər yuyucu və qurutma maşını AI intellektual panelə malikdirləsə və Wi-Fi-ya qoşulublarsa, avtodövrələrin birləşdirilməsi mümkündür.
A+++ sinfi enerji effektivliyi
A+++ sinif enerji effektivliyi üçün Heat Pump texnologiyası
Elektrik enerjisinə qənaət edin və ətraf mühiti qoruyun. Heatpump (İstilik nasosu) texnologiyası qənaətli enerji sərfiyyatını və sizin paltarınızın qayğı ilə qurudulmasını təmin edir. İsti havanın təkrar dövriyyəsi və havanın qızdırılması üçün soyuducu amilinin istifadəsi A + enerji effektivliyinin inanılmaz reytinqini təmin edir.
81 dəqiqəyə qurutma
Sürətləndirilmiş qurutma
Cəmi 2 saata təmiz və geyilməyə hazır paltar! Sürətləndirilmiş rejim 81 dəqiqə ərzində qarışıq pambıqdan və sintetikadan olan qarışıq paltar yükləmələrini qurutmağa imkan verir*. Super Speed funksiyası ilə paltaryuyan maşınının sürətli rejiminin köməyi ilə isə paltarınızı cəmi 39 dəqiqə ərzində yuya bilərsiniz*. Nəticədə yuyulma və qurutma yalnız 2 saat vaxt aparacaqdır.
* IEC standartına uyğun olaraq 3 kq yükləməklə DV8000T-də sınaqdan keçirilmişdir. ** 3 kq yükləməlklə Samsung QuickDrive ™ WW8800M IEC paltaryuyan maşını istifadə etməklə sınaqdan keçirilmişdir.
Minimum səs
Səssiz qurutma
Qurudan maşın uşaqları yuxudan oyatmayacaq və qonşuları narahat etməyəcəkdir. İşləmə prosesində səs azaldılmasına səs udan materiallar və barabanın fırlanma sürətinin alqoritminin optimallaşdırılması sayəsində nail olunur. Nəticədə, səs səviyyəsi 60 dBA-nı* aşmır.
* DV8000T, 9 kq pambıq yükü ilə .
Bakteriyanı yox edir.
Gigiyenik təmizləmə
Paltarınızın üzərində bakteriyaların qalmasından narahatsınız? Zərərsizləşdirmə proqramı qurutmanın effektivliyinə zərər yetirmədən həm quru, həm də nəm əşyalardan bakteriyaların təmizlənməsini təmin edəcəkdir. Proqram göbələklərin və bakteriyaların 99.9% -ə qədərini məhv edir. Bu yolla siz çamaşırlarınızı, süfrələrinizi və hətta uşaq oyuncaqlarınızı sterilizasiya edə bilərsiniz.
* 2 kq quru və ya 4 kq yaş camaşırları bakteriyalardan təmizləyir.
İstədiyiniz kimi açılır
Reversiv qapı
Divarın və ya qapının sizə mane olmaması üçün qurutma maşınınızın yerləşdiyi yerdən asılı olaraq qapını açmaq istədiyiniz istiqaməti seçin. Bundan əlavə, qapı şəffafdır və qurutma prosesini görməyə imkan verir.
Qırışsız paltar
Qırışıqların qarşısının alınması.
Qurutmadan sonra paltarlarınızı ütülənməsinə ehtiyac yoxdur. 'Qırışmaların qarşısının alınması' proqramını seçin və qurutma dövrəsi bitdikdən sonra baraban 180 dəqiqə ərzində qızdırılma olmadan fırlanmaya davam edəcəkdir. Bu paltarların uzun müddət bir vəziyyətdə qalmamasına imkan yaradır.
Qurutmaya ağlıllı yanaşma
Optimal qurutma
Paltarlarınız əlavə yoxlamaya ehtiyac qalmadan quru olacaq. OptimalDry sistemi, paltarınızı əlavə qurutma və ya zədələmə olmadan ideal nəticələrin əldə edilməsinə nail olmaq üçün qurutma dövrəsinin vaxtını və temperaturunu avtomatik olaraq tənzimləyir.
Asan qulluq
2-si 1-də filtr
Qurutma maşınınıza asanlıqla qulluq edin. Effektiv ikipilləli filtr ikiqatlı torlu filtrdən ibarətdir. Sizə istilik dəyişdiricisinin başqa bir, daha çətinliklə əlçatan filtrinə qulluğun göstərilməsinə ehtiyac qalmayacaqdır. İkili səs siqnalı isə sizə filtrin təmizlənməsinin vacibliyini xatırladır.
Hava ilə təravətləndirmə
Air Wash
Paltarınızı yumadan, təmizləmədən, qaynatmadan və ya yuyucu vasitələrdən istifadə etmədən təravətləndirin. Hava ilə yuma texnologiyası paltarları və yataq dəstlərini təmizləyir, bunun sayəsində onlar uzun müddət təravətli qalırlar. Xoşagəlməz qoxular qaynar havanın köməyi ilə aradan qaldırılır. Nəticədə paltarlarınız quru təmizlənmədən çıxmış kimi görünür və daha uzun müddət təravətini qoruyur.
Az həcmli yükləmə zamanı daha sürətlə qurudulması
35 dəqiqəyə qurutma
Sürətli rejim pambıqdan və sintetikadan olan az həcmli yüklənməni 35 dəqiqə ərzində qurudulmasına imkan verir*. İndi paltarlarınızı çox gözləməyə ehtiyac yoxdur, ehtiyac duyduğunuz əşyalar sizə lazım olduqda - qurudur.
* Paltarın növündən asılıdır.
* Paltarın növündən asılıdır.
Xüsusiyyətlər
-
Qurutma üçün tutum yükü 9.0 kg
-
Enerji səmərəliliyi sinfi A+++
-
Fiziki xüsusiyyətlər 600 x 850 x 600 mm
-
Çəki 52 kg
Dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
{{family.currentModel.displayName}}
{{family.currentModel.modelCode}}
Price with discount: {{model.prices.currentPriceDisplay}}
Price before: {{model.prices.priceDisplay}}
-
{{summary.title}}
-
{{summary.title}}
Modelləri müqayisə et
Oxşar məhsullarla müqayisə et