Galaxy Watch4

Four Galaxy Watch4 devices are grouped together, with each watch prominently showing different watch face styles to tell the time. Each watch is in a different color, from black, pink gold, green, to silver.

Sizi ən yaxşı tanıyan saat

Yaşıl Galaxy Watch4 geniş kəmər ilə nümayiş etdirilir. Siferblatda vaxtı yaşıl rəngdə göztərən dizaynlardan biri əks olunur.

Bir çoxumuz özümüz haqda daha çox bilmək istəyirik ki, özümüzü daha yaxşı inkişaf etdirə bilək. Buna görə də daha sağlam biri olaraq tamamilə yeni Galaxy Watch4 Classic-i sizə yoldaşlıq edəcək şəkildə hazırladıq. 1 1

FİTNES

Fitnes
bir əl
qədər
yaxınlıqda

Biləyinə gümüşü Galaxy Watch4 taxan xanım frisbee tutaraq gülümsəyir.

BODY COMPOSITION

Bədəninizi yalnız
duymayın,
həm də tanıyın

Bədən quruluşunu rahatlıqla ölçə bilən ilk ağıllı saatımızla fitness tərəqqinizi izləyin. Hədəflərinizə çatmaq üçün bədəninizdəki yağ nisbətini, skelet əzələsini, bədən suyunu və daha da çoxunu öyrənin. Samsung BioActive Sensor və ən sürətli çipimiz Galaxy Watch'a indiyədək ən böyük yeniliyi gətirir 2, 3, 4, 5, 6, 7, 8, 9, 10

Galaxy Watch4 cihazı taxarkən və sağ əlində Galaxy Z Flip3 5G tutarkən bir xanım aynaya baxır və əzələlərini hərəkət etdirir.
Galaxy Watch4 siferblatının ön hissəsində ölçülməni gözləyən Body Composition funksiyası işlək vəziyyətdə əks etdirilir.

İki barmağınızı istifadə edərək yalnız 15 saniyədə BİA ölçüsünü alın. İstənilən vaxt, istənilən yerdə.

Galaxy Watch4 cihazının alt hissəsi göstərilir və sensor vurğulanır

Yeni Samsung BioActive Sensor, bədən quruluşunuzu real vaxta görə fiksasiya edərək. sağlamlıq hədəflərinizə çatmaq üçün sizi xəbərdar edir.

Çəki, BMI, skelet əzələsi, yağ kütləsi, bədən suyu, BMR qədər fərqli ölçümlərin nəticələri.

Sağlamlıq
hədəflərinizə doğru
irəliləyişinizi izləyin

Çəkiniz, bədən yağı faiziniz və skelet əzələniz üçün hədəflər müəyyənləşdirin. İrəliləyişinizi izləyin və motivasiyanızı qorumaq üçün Galaxy Watch4 ilə xatırlatmalar alın. Nailiyyətlərinizi qazanacağınız nişanlarla qeyd edin və tamamilə sağlam bir bədənə sahib olun. 2, 3, 4, 5, 7, 11, 12

Krem rəngli kəmər ilə yaşıl Galaxy Watch4 bədən quruluşu hədəfinə nail olunduğunu qeyd etmək üçün "Fantastik" mesajını əks etdirir.

Çəkiniz, bədən yağı faiziniz və skelet əzələniz üçün hədəflər müəyyənləşdirin. İrəliləyişinizi izləyin və motivasiyanızı qorumaq üçün Galaxy Watch4 ilə xatırlatmalar alın. Nailiyyətlərinizi qazanacağınız nişanlarla qeyd edin və tamamilə sağlam bir bədənə sahib olun. 2, 3, 4, 5, 6, 7, 10

GROUP CHALLENGE

Məşq yoldaşlarınız daim
sizi dəstəkliyir

Mesajın ardınca iki emoji gəlir; əsən külək və sola baxan iki göz.

Finiş xəttində görüşərik, Devid!

12:45

Galaxy Watch4 ön hissəsində yaşıl zolaqla göstərilir, siferblatın üzərində isə dostları ilə birlikdə gedən Group Challenge -də «3-cü yer» əks olunur. Dairə şəklində saatın ətrafında müxtəlif insanlar oturur.Yuxarıda solda və aşağıda sağda mətn baloncukarı var, hansılardan ki, hər biri öz spikerini göstərir.

"Diqqətli ol" sözlərindən əvvəl və sonra iki nida işarəsi ifadəsi istifadə olunur.

Diqqətli ol İzabella sənə çatır...

12:46

Galaxy Watch4 ilə dostlarınız və ailənizlə atdığınız hər addımdan zövq alın. Addımlarınızı izləyin və canlı mesaj lövhəsi vasitəsi ilə əyləncəli bir yarışmada dostlarınızla rəqabət aparın. Challange lər nişanları və idmanı əyləncəli, motivasiyaedici və sosial baxımdan faydalı etmək üçün bir bal sistemi ilə müşahidə olunur.

GÜNDƏLİK FƏALİYYƏT & FİZİKİ AKTİVLİYİN İZLƏNİLMƏSİ

Məşqinizə ad verin.
O bunu izləyəcək

Fərqli məşqlərin nişanlarını görmək olar və üzmə nişanı vurğulanır. Bir xanım Galaxy Watch4 cihazı taxarkən hovuzda üzür.
Günəşli bir gündə iki xanım və bir kişi birlikdə velosiped sürürlər. Galaxy Watch 4 cihazlarını taxarkən gülümsəyərək gəzintidən zövq alırlar.
Kişi sol qolunu uzadır və məşqə hazırlaşır. Sağ biləyində qara rəngli Galaxy Watch4 cihazı var.

Saat və telefonda fəaliyyətlərinizi və fitness skorlarınızı izləyin. Addımları sayın, kaloriləri yoxlayın və GPS ilə şəbəkədə qalın. Galaxy Watch4, rutinlərinizi izləmək üçün fiziki aktivliyi aşkar edir və məşqlərinizin daha dəqiq hesabatı üçün 90 -dan çox məşqi dəstəkləyir. 13

QAÇIŞ VƏ VELOSİPED

Qaçışçılar və velosipedçilər üçün
önəmli məlumatlar

Məşq zamanı bədəninizin performansını ölçün və fasilə zamanı ürək ritminizi yoxlayın. Galaxy Watch4-də mövcud olan yüksək səviyyəli indeks və interval təlimi sayəsində məşqlərinizi optimallaşdıra və yeni hədəflərə çatmaq üçün çalışa bilərsiniz. 5

Galaxy Watch4 set sayı, dövr vaxtı, dövr məsafəsi, dövr sürəti və ürək ritmi kimi məşq məlumatlarını göstərir.
'Interval' is shown with options for workout 1, workout 2, recovery and repeat.

İnterval Məşqi Galaxy Watch4-də qaçış və velosiped interval məşqləri üçün setlərin müddətini, məsafəsini və sayını öncədən müəyyənləşdirin. Sonra yüksək və aşağı intensivli təlimlər boyunca biləyinizdəki bələdçiyə əməl edin.

Velosipeddə alət paneli kimi quraşdırılmış Galaxy S22, Galaxy Watch4 tərəfindən real vaxt rejimində ölçülmüş velosiped məşqi məlumatlarını göstərir.

Velosiped üçün Saat-Telefon iş birliyi Galaxy Watch4 real vaxt rejimində ürək ritmi və kaloriləri ölçür və məlumatları telefonunuzun böyük ekranında göstərir. Artıq telefonunuzu alət panelinə çevirə bilərsiniz. 14, 15, 16

QAN TƏZYİQİ & EKQ

Ürəyinizin istədiyi bütün məlumatlar

EKQ və qan təzyiqini real vaxtda ölçən Samsung BioActive Sensoru ilə tanış olun. İlkin kalibrdən sonra sensorlar qan təzyiqinizi tez bir zamanda yoxlayır. EKQ vasitəsi ilə anormal ürək dərəcəsi və ritmini yoxlaya və asanlıqla paylaşmaq üçün məlumatları birbaşa telefonunuza göndərə bilərsiniz. 17, 18, 19, 20, 21, 22, 23

Galaxy Watch 4 cihazının sensorun aşağı hissəsində qan təzyiqinin ölçülməsi EKQ ölçüsü ilə müşahidə olunur.

Qan Təzyiqi PPG Sensoru olaraq tanınan Optical Heart Rate Sensorundan istifadə edərək Təzyiqi Ölçün.

Electrical Heart Sensorundan istifadə edərək EKQ - ni ölçün.

Galaxy Watch4 cihazın ön siferblatı döyüntülərin tezliyini ölçür. Onun ekranı nəbz ölçmə menyusundan ölçmə interfeysinə keçid edir.

QANDA OKSİGEN

Biləyinizdən
qanınızdakı oksigen səviyyəsini
ölçün

Galaxy Watch4-də quraşdırılmış qanda oksigenin ölçülməsi hər an qan dövranınızdakı oksigenin miqdarını yoxlamağınıza imkan verir. Oksigen ilə doyma fiziki məhsuldarlıqla birbaşa əlaqədardır, buna görə də qanda oksigen monitorinqi sağlamlığınızı qoruyub saxlamağa kömək edə bilər 24, 25

Qara Galaxy Watch4 oksigen doyması və BPM ölçülməsini göstərir.

ADVANCED SLEEP

Galaxy Watch-da yuxunun ən dolğun təhlili

Gümüşü Galaxy Watch4 cihazı gümüşü kəməri ilə və siferblatında yuxunun izlənilməsinin funksiyası ilə göstərilir.

The sleep tracker, siz istirahət edərkən yuxu mərhələlərinizi aşkar edir və bütünlüklə təhlil edir.Təkmilləşdirilmiş ölçmə variantları, qanınızdakı oksigen səviyyəsini və xoruldama nümunələrini yoxlamağa imkan verir (etdiyinizi demədən). Üstəlik, daha yaxşı yuxu keyfiyyəti və müddəti üçün National Sleep Foundation dan ən son məlumatları əldə edin. 5, 24, 26, 27, 28, 29

YUXU TƏLİMİ

Başınızı yastığa rahat qoyasınız deyə

Yuxu təlimi ilə sağlam yuxu vərdişlərinizi necə inkişaf etdirəcəyinizi öyrənin. Yuxu rejiminizi izləyərək və yuxu sorğularını tamamlayaraq proqramımız yuxu növünüzü təmsil edən 8 yuxu simvolu heyvandan 1-ni təyin edir. Sonra o, 4-5 həftə davam edən yararlı yuxu məsləhətləri, hədəflər və nəzarət siyahılarından ibarət təlim proqramını təqdim edir. 5, 24, 30, 31, 32

Aslan yuxu simvolu ilə Yuxu təlimi mesajı.
Qara Galaxy Watch4 maral yuxu simvolu ilə Yuxu Təlimi mesajını əks etdirir.

Yuxu
növünüzə uyğun gələn
yuxu simvolunu
tapın

DİZAYN

Dizayn tamamlanmış fikir kimi

Solda qızılı çəhrayı, sağda gümüş rəngli iki Galaxy Watch4 cihazı göstərilir. Hər birinin vaxtı izah göstərən fərqli rəngli dizayna malik siferblatı var.

DİZAYN

Zərif, Qüsursuz, İkonik

Galaxy Watch4, Armor Aluminum metal çərçivə ilə sadə bir dizayna malikdir. Məşqləriniz və gündəlik işləriniz üçün yüksək səviyyəli görünüş və funksionallıq təqdim edir.

Öz üslubunuzu yaratmaq üçün Hybrid Leather Band və Sport Band də daxil olmaqla bir çox kəmər seçin. Yüksək keyfiyyətli materiallar, rahat oturma və tərə davamlı səthlərlə biləyinizə qulluq edin. 33, 34, 35

SAAT ÜZÜ

Yeni bir gün. -
Yeni saat üzü

Galaxy Watch4 cihazı və onun müxtəlif saat üzləri görünür.

Zövqünüzə, havaya və ya günün önəminə uyğun olaraq müxtəlif fontlara, şriftlərlə və rənglərlə malik analoq və ya rəqəmsal saat üzləri arasında seçim edin. Üslubunuzu ifadə etmək üçün saatınızın üzünü AR Emojiləri ilə zənginləşdirin. Qrafik animasiya isə sizin hazırda nə etdiyinizi - qaçdığınızı və ya musiqi dinlədiyinizi göstərəcək.

YENİ ƏMƏLİYYAT SİSTEMİ

O, həqiqi
oyunçudur

Yaşıl Galaxy Watch4 cihazının yan görünüşü əks olunur və müxtəlif tətbiq nişanlarını görmək mümkündür.

Samsung tərəfindən dəstəklənən Wear ƏS ilə ilk ağıllı saat Galaxy Watch4 Classic, biləyinizdə ən sevdiyiniz tətbiqlərə problemsiz giriş imkanı verir. Musiqi axını tətbiqlərindən sağlamlıq və fitness tətbiqlərinə qədər zəngin tərtibata malik kütləvi kitabxana seçimi əldə edəcəksiniz. 36, 37

Galaxy S22 | S22+
Galaxy Tab S8 Ultra

Təkbaşına heyrətamiz. Birlikdə daha yaxşı

Galaxy Buds Pro
Galaxy Watch4 Classic

*Galaxy S22+, Galaxy Tab S8 Ultra, Galaxy Buds Pro və Galaxy Watch4 Classic ayrıca satılır.

Həyat Galaxy ilə
kəşf olunur

Ani zamanda parlaq
bir gələcək qururuq

Qlobal Məqsədləri dəstəkləmək daha da asanlaşdı.
Galaxy Watch üçün Samsung Global Goals tətbiqində dünyanı biləyinizdən daha yaxşı
bir yer halına gətirmək üçün hərəkata qoşulun.

Two Galaxy Watch4 devices are shown. One is a black Galaxy Watch4 displaying the time. The other is a green Galaxy Watch4 that is displaying the Global Goals list.
C C
  1. Rənglərin, ölçülərin, modellərin və kəmərlərin mövcudluğu ölkəyə və ya bölgəyə görə dəyişə bilər.

    *UI (istifadəçi interfeysi) dəyişə bilər.

    *Mövcud xüsusiyyətlər və tətbiqlər bölgəyə, bağlı cihaza, əməliyyat sisteminə və ya operatora görə dəyişə bilər.

    *Bu səhifədəki bütün şəkillər illüstrasiya məqsədləri üçün simulyasiya edilmişdir.

  2. "Body composition" funksiyasını, qoşulmuş kardiostimulyator və digər qoşulmuş tibbi cihazlar varkən istifadə etməyin
  3. "Body composition" funksiyasını hamilə olarkən istifadə etməyin
  4. Ölçmə nəticələri, 20 yaşdan aşağı olan istifadəçilərdə, tam dəqiq olmaya bilər
  5. Yalnız ümumi sağlamlıq və fitnes məqsədləri üçün nəzərdə tutulmuşdur. Hər hansı bir xəstəlik və ya xəstəliyin aşkarlanması, diaqnozu, müalicəsi üçün nəzərdə tutulmur.
  6. BİA -nın mövcudluğu ölkəyə və ya bölgəyə görə dəyişə bilər.
  7. Bütün xüsusiyyətlər və UI (istifadəçi interfeysi) dəyişdirilə bilər.
  8. Android 6.0 və ya daha yüksək, RAM 1.5 GB və daha yüksək ilə uyğundur.
  9. Cihazın aktivləşdirilməsi yalnız Google Mobil Xidmətlərini (GMS) dəstəkləyən bir smartfona qoşulduqdan sonra mümkündür. Smartfonunuzun Goodle Mobil Xidmətlərini (GMS) dəstəklədiyini öyrənmək üçün cihaz istehsalçısına müraciət edin.
  10. Uyğun smartfonlar və mövcud xüsusiyyətlər bölgəyə, daşıyıcıya və cihaza görə dəyişə bilər.
  11. Yalnız Galaxy Watch4 seriyasında mövcuddur və uyğun mobil cihaz ilə əlaqələndirilməlidir.
  12. Uyğun smartfonlar və mövcud xüsusiyyətlər ölkəyə görə fərqlənə bilər.
  13. Galaxy Watch4, ISO 22810: 2010 standartına görə 50 metr suya davamlılıq dərəcəsinə malikdir. Dalğalı və ya yüksək təzyiqli su üçün uyğun deyil. Cihaz və ya əlləriniz nəmdirsə, istifadə etməzdən əvvəl yaxşıca qurudulmalıdır.
  14. Velosiped üçün Saat-Telefon iş birliyi funksiyası Samsung Health 6.21 və ya daha sonrakı versiyalara sahib Galaxy Watch4 seriyasında mövcuddur.
  15. Android 6.0 və ya daha yüksək versiya və minimum 1.5 GB RAM ilə uyğundur.
  16. Təsvir simulyasiya edilib. İstifadəçi təcrübəsi və istifadəçi interfeysi dəyişdirilə bilər.
  17. EKQ və BP xüsusiyyəti yalnız 22 il+istifadə oluna bilər. BP -nin dəqiq oxunması üçün BP monitoru və qol manşeti ilə hər 4 həftədə bir kalibrləmə tələb olunur. Android 7.0 və ya yuxarı ilə işləyən bir Galaxy smartfonu tələb olunur.
  18. Istifadəçilər qan təzyiqlərini ənənəvi manjetdə olduğu kimi sakit vəziyyətdə ölçməli və işlədikdə, siqaret çəkdikdə və ya içdikdə ölçməkdən çəkinməlidirlər.
  19. Xüsusiyyətin və tətbiqin mövcudluğu bölgəyə, bağlı cihaza, SW versiyasına və daşıyıcıya görə dəyişə bilər.
  20. Ölçülmüş arterial təzyiqin tarixini Samsung Health Monitor tətbiqetməsində müşahidə etmək olar.
  21. Galaxy Watch və Samsung Galaxy smartfonlarının Samsung Health Monitor tətbiqindən istifadə etməsi tələb olunur. Tibbi cihaz kimi təsdiq/qeydiyyat əldə edilməsində ölkədəki məhdudiyyətlər səbəbindən Samsung Health Monitor tətbiqi yalnız xidmət göstərildiyi ölkələrdə satın alınan saatlar və smartfonlarda işləyir. hazırda mövcuddur.

    - Dəstəklənən saatlar: Galaxy Watch4, Galaxy Watch3, Galaxy Watch Active2 və daha sonra buraxılan Galaxy Watch və Active modelləri (Galaxy Fit istisna olmaqla)

    - Dəstəklənən smartfonlar: Android N ƏS və ya daha yüksək versiyalı Samsung Galaxy smartfonu

    - Samsung Health Monitor Qan təzyiqi tətbiqi 39 ölkədə mövcuddur (Avstriya, Azərbaycan, Belçika, Braziliya, Bolqarıstan, Çili, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Hong Kong, Macarıstan, İslandiya, İndoneziya, İrlandiya, İtaliya, Koreya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sinqapur, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, İngiltərə və BƏƏ, 11 Avqust 2021 tarixindən etibarən).

  22. Qeydiyyat/təsdiqlənmə tələb olunan ölkələrdə qan təzyiqi tətbiqi «tibbi cihazdır». Nəzərə alın ki, «Qan təzyiqi» tətbiqinin mövcudluğu ölkədən asılı olaraq dəyişə bilər. «Istifadə qarşısında ehtiyat tədbirləri» və «Necə istifadə etmək olar» addımlarını oxuduqdan sonra istifadə edin 1 ~ 4.
  23. Qan təzyiqi tətbiqi hipertoniya və ya digər ürək xəstəlikləri və ya 22 yaşdan kiçik istifadəçilərlə əlaqədar heç bir diaqnostik məqsəd üçün nəzərdə tutulmamışdır. İstifadəçilər ixtisaslı tibb işçisi ilə məsləhətləşmədən qurğunun çıxış məlumatları əsasında klinik hərəkətləri şərh etməməlidirlər. Arterial təzyiq tətbiqi ənənəvi diaqnostika və ya müalicə üsullarını əvəz etmək üçün nəzərdə tutulmayıb.
  24. Mövcudluq ölkədən və ya regiondan asılı olaraq fərqlənə bilər.
  25. Qanda oksigen yalnız sağlamlıq və fitnes məqsədləri üçün nəzərdə tutulmuşdur. Hər hansı bir sağlamlıq vəziyyəti və ya xəstəliyin aşkarlanması, diaqnozu, müalicəsi üçün nəzərdə tutulmur. Ölçmələr yalnız şəxsi istinadınız üçündür. Məsləhət üçün tibbi mütəxəssisə müraciət edin.
  26. Galaxy Watch4 yuxu idarəetmə funksiyasından istifadə etmək üçün, cihaz smartfona qoşulmuş olmalıdır
  27. Xorultu səslərinin aşkarlanması və qeyd edilməsində ən yaxşı nəticələr əldə etmək üçün smartfonunuzu başınızın yaxınlığında sabit bir səthə elə yerlədirin ki, smartfonun alt hissəsi başınız tərəfə yönlənsin.
  28. Xorultu səslərnin aşkarlanması üçün standart funkisya söndürülüb. İstifadəçilər, istənilən vaxt Samsung Health tədbiqinı App 6.18 və ya daha yeni versiyası olan smartfonlarda aktiv edə bilərlər.
  29. National Sleep Foundation dən ən son analitik məlumatlar yalnız Galaxy Watch4-a qoşulmuş smartfonda əlçatandır
  30. Yalnız Galaxy Watch4 seriyasında mövcuddur və ən son proqram təminatı yenilənməsini tələb edir.
  31. Samsung Health tətbiqinin 6.21 və ya daha sonrakı versiyalarını tələb edir.
  32. Android 8.0 və ya daha sonrakı versiyalara sahib Samsung Galaxy telefonu tələb edir.
  33. Optimal oxuma dəqiqliyi üçün sizin Galaxy Watch4 biləyinizə möhkəm bərkidilməlidir. Ifadə vermədiyinizdə, nəfəs otağını təmin etmək üçün zolağı zəiflədə bilərsiniz. Ümumiyyətlə, saatı çox sıx və ya sərbəst bağlamamalısınız: biləyin ətrafının rahat olduğundan əmin olun.
  34. Qırmızılıq, qaşınma və ya digər qıcıqlanma hiss edirsinizsə, Galaxy Watch4 cihazınızı çıxarın və istifadəyə davam etməzdən əvvəl bir həkimlə məsləhətləşin. Bu cür reaksiya allergiya, uzun müddət geyinmə, çox sıx geymək kimi istifadə vərdişləri və ya tərə və ya digər qıcıqlandırıcılara səbəb ola bilər.
  35. Galaxy Watch4 cihazınızı və kəmərlərini yumşaq, quru bir parça ilə silin və təmiz saxlayın.
  36. Mövcud tətbiqlər ölkəyə və bölgəyə görə dəyişə bilər.
  37. Samsung tərəfindən dəstəklənən Wear ƏS Android -in son versiyasını dəstəkləyən telefonlarla işləyir (Go nəşri və Google Play olmayan telefonlar istisna olmaqla). Dəstəklənən xüsusiyyətlər, uyğunluğu dəyişdirilə bilən platformalar və ölkələr arasında dəyişə bilər.
Logo tienda 0 +INFO
? Cargando... Se ha añadido un nuevo artículo en tu cesta Ver Cesta Seguir comprando

Əsas məqamlar

Bədən quruluşu ikona

Bədən quruluşu

Gündəlik Fəaliyyət və Fiziki Aktivliyin İzlənilməsi ikona

Gündəlik Fəaliyyət və Fiziki Aktivliyin İzlənilməsi

Zərif və İkonik ikona

Zərif və İkonik

Xüsusiyyətlər

  • NFC

    Var

  • Bluetooth Versiyası

    Bluetooth v5.0

  • Ekran Ölçüsü

    1.4" (34.6mm)

  • Prosessor

    1.18GHz

  • Daxili yaddaş (GB)

    16

  • Sensorlar

    Akselerometr, Barometr, Giro Sensor, Geomaqnit Sensor, İşıq Sensoru, Optik Nəbz Sensoru, Elektrik Ürək Sensoru, Bioelektrik Empedans Analiz Sensoru

  • Rabitə standartı

    Bluetooth, Wi-Fi

  • Audio Formatı

    MP3,M4A,3GA,AAC,OGG,OGA,WAV,AMR,AWB

  • Naviqasiya Sistemi

    GPS,Glonass,Beidou,Galileo

  • Wi-Fi

    802.11 a/b/g/n 2.4+5GHz

  • NFC

    Var

  • Bluetooth Versiyası

    Bluetooth v5.0

  • Bluetooth Profilləri

    A2DP,AVRCP,HFP,HSP

  • Samsung tərəfindən dəstəklənən Wear ƏS

  • Ekranın Növü

    Super AMOLED

  • Ekran Ölçüsü

    1.4" (34.6mm)

  • Ekranın İcazəsi

    450 x 450

  • Ekranın Rəng Dərinliyi

    16 mln.

  • Prosessorun Sürəti

    1.18GHz

  • Prosessorun Növü

    İki nüvəli

  • Yaddaş (GB)

    1.5

  • Yaddaş yeri (GB)

    16

  • Mövcud Yaddaş yeri (GB)

    7.6

  • External Storage Support

    Mövcud deyildir

  • Akselerometr, Barometr, Giro Sensor, Geomaqnit Sensor, İşıq Sensoru, Optik Nəbz Sensoru, Elektrik Ürək Sensoru, Bioelektrik Empedans Analiz Sensoru

  • Korpus Ölçüləri (HxExD, mm)

    44.4 x 43.3 x 9.8 mm

  • Korpus Çəki (q)

    30.3 g

  • Batareya Həcmi (mAh, Tipik)

    361

  • Çıxarılan Batareya

    Yoxdur

  • Tipik İstifadə Müddəti (Saat, AOD Off)

    40 saata qədər

Son baxilanlar

Əsas funksiya əsas xüsusiyyətdən fərqlənə bilər.

Bütün təsvirlər yalnız şəkillərdir, bütün aksessuarlar ayrıca satılır.

Cihazın bütün xüsusiyyətləri və texniki göstəriciləri satışa başlandığı zamana aiddir, lakin gələcəkdə əvvəlcədən xəbərdarlıq edilmədən dəyişə bilər.

İstifadəçinin əldə edə biləcəyi daxili yaddaşın həcmi cihazın ümumi yaddaşından azdır, çünki yaddaşın bir hissəsi əməliyyat sistemi və cihazın işləməsini təmin edən tətbiqetmələr tərəfindən tutulur. Həqiqi istifadəçi yaddaşın həcmi rabitə operatorundan və daxili PT yenilənməsindən sonra asılı ola bilər.